Bu görüşdə Ayətullah Xamenei bu fırtınanın davam edəcəyi halda ABŞ-ın siyasətini məhv edəcəyini bildirdi:
“Tarix formalaşdıran Əl-Əqsa fırtınası hadisəsi sionist rejim əleyhinədir, lakin Amerikanı da (məntəqədən) təmizləyəcək bir hadisədir. (Bu hadisə) Amerika siyasətlərinin cədvəlini məntəqədə bir-birinə vura bildi və inşallah, əgər bu fırtına davamlı olarsa, bu cədvəli məhv edəcəkdir”.

O Həzrət məntəqənin taleyinin “Qlobal müqavimət özəkləri”nin əlində olduğunu qeyd etdi:
“Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir.‌ İmam Xomeyninin bəşarət verdiyi həmin “Qlobal müqavimət özəkləri” bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır”.

İnqilab Rəhbəri düşmənlərin bilmələri lazım olan məsələni nəzərə almalarını bildirərək buyurdu:
“Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir”.

O Həzrət sözlərinin davamında Fələstindəki hökumət formasını xalqın rəyi təyin edəcək deyə buyurdu:
“Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir”.

Həzrət Ayətullah Xamenei məntəqədəki dəyişikliyin müqavimətin xeyrinə olduğunu qeyd etdi:
“Məntəqənin siyasi coğrafiyası dəyişmək üzrədir, lakin Amerikanın deyil, müqavimət cəbhəsinin xeyrinə”.

Məntəqədə siyasi coğrafi xəritənin müqavimətin xeyrinə dəyişdiyini vurğulayan Ayətullah Xamenei belə buyurdu:
“Qərbi Asiyanın siyasi coğrafi xəritəsi müqavimətin xeyrinə olaraq dəyişdi. Müqavimət qalib oldu. Tədricən hakimiyyət əldə edən bu yeni xəritənin birinci xüsusiyyəti Amerikanı (məntəqədən) təmizləməkdir. Amerika təmizləmə, yəni məntəqədə Amerika hökmranlığını rədd etmək”.

Düşmənin məkrli və xaincəsinə planlarından söz açan o Həzrət bu planın baş tutmadığını vurğuladı:
“Amerikanın yeni “Orta Asiya” təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə “İki dövlət” (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar”.

Ayətullah Xamenei müqavimət və təslim olmaq ikiliyinin məntəqəyə hakim olduğunu qeyd edərək buyurdu:
“Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir”.