09.01.1978-ci il tarixdə Pəhləvi rejiminə qarşı İmam Xomeyniyə dəstək məqsədilə Qumdakı qiyamın ildönümü münasibətilə bu şəhərin müxtəlif təbəqələrindən olan minlərlə insan bu gün səhər (çərşənbə axşamı) 09.01.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüb.
Azərbaycan onu fərqli, üstün edən kimliyinə çox diqqətli olmalıdır. Sözün əsil mənasında bizim Azərbaycan adlandırdığımız məcmuə İran xalqı arasında üstün kimliyə malikdir.
Qum hadisəsindən sonra nə üçün başqa şəhərlərdə yox, məhz Təbrizdə hadisələr baş verdi, səbəbi nədir? Bu xalqda hansı xüsusiyyət var ki, belə gənclər tərbiyə edir, belə şəhidlər verir? Milli kimlik, dini kimlik çox əhəmiyyətlidir.
Şücaət ancaq döyüşməkdə deyil, nəfsə qələbə şücaəti, danışmaq şücaəti, susmaq şücaəti, özünü saxlamaqda olan şücaət, irəli getmək şücaəti– bütün bunlar mühümdür. Bu səhnələri yaxından görənlər, tanıyanlar var. (Bu dəyərlərin ötürülməsindən ötrü) Onlardan istifadə edilməlidir.
(Şəhidlərdəki) Şəhadət zəminələri tanınsın. (İnqilabın əvvəlində) İlk İnqilab qığılcımı yaradan şəhid Qazi Təbatəbai kimilərinin şəhadət zəminəsi bilinsin. O, ilk addımı atdı, xalqı məscidə dəvət etdi, sonra hadisələr baş verdi.
Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Yəni şəhidlərin xatırlanması sadəcə anım mərasimi deyil. Yəni şəhid Bakiri kimilərini meydana aparan təqva, fədakarlıq, şücaət, parlaq vücud gövhəri nümayiş etdirilsin, gələcəyə ötürülsün, gənc nəsilə nümunə olsun.
Bu "Allahı unutduqlarına görə, Allah da onları özlərinə unutdurdu" ayəsinə əsasən, özünə, kimliyinə, xüsusiyyətlərinə diqqət etmək hər bir şəxs üçün, hər millət üçün, hər bir toplum üçün zəruri bir işdir.
Vəzifələrimizdən biri özümüzə, kimliyimizə, şəxsiyyətimizə diqqət yetirməyimizdir. İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır.(İran milləti) Şəxsiyyətini, kimliyini unutsa, zərbə alacaq, sillə yeyəcək, geri qalacaq.
Şərqi Azərbaycan vilayətinin 10 min şəhidi Anım Konqresinin Mərkəzi Qərargah üzvləri 06.12.2023-cü il tarixdə çərşənbə günü İnqilab Rəhbəri ilə görüşüblər. Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin əsərlərinin qorunması və nəşri idarəsinin informasiya bloku olan KHAMENEI.IR (saytı) bu görüşün bəyanatını və fotolarını 14.12.20203-cü il tarixdə cümə axşamı səhər Şərqi Azərbaycan vilayətinin 10 min şəhidini Anım Konqresi mərasiminin başlanması ilə eyni zamanda yayımladı.