Bu görüşdə Ayətullah Xamenei İran xalqının milli kimliyini unutduğu təqdirdə zərbə yeyəcəyini vurğuladı:
“Vəzifələrimizdən biri özümüzə, kimliyimizə, şəxsiyyətimizə diqqət yetirməyimizdir. İran xalqı öz kimliyini yaddan çıxarmamalıdır. (İran milləti) Şəxsiyyətini, kimliyini unutsa, zərbə alacaq, sillə yeyəcək, geri qalacaq”.

Milli kimliyin qorunmasının hər toplum üçün zəruri olduğuna toxunan o Həzrət belə buyurdu:
“Bu “Allahı unutduqlarına görə, Allah da onları özlərinə unutdurdu” ayəsinə əsasən, özünə, kimliyinə, xüsusiyyətlərinə diqqət etmək hər bir şəxs üçün, hər millət üçün, hər bir toplum üçün zəruri bir işdir”.

İnqilab Rəhbəri Azərbaycan (Təbriz) xalqının üstün kimliyə malik olduğunu qeyd etdi:
“Azərbaycan onu fərqli, üstün edən kimliyinə çox diqqətli olmalıdır. Sözün əsil mənasında bizim Azərbaycan adlandırdığımız məcmuə İran xalqı arasında üstün kimliyə malikdir”.

 

“Azərbaycan canından keçənlərin və şəhidlərin yurdudur”,- deyə bildirdi.

 

Ayətullah Xamenei şəhadət ruhiyyəsinin əvvəl gündən indiyədək Azərbaycan (Təbriz) xalqında olduğunu qeyd edərək bildirdi:
“Əzəmətli İmamın və İran xalqının hərəkatının başlanğıcından şəhadət rəftarı, şəhadət ahəngi Azərbaycanda başlayıb və bu günə qədər davam edir”.

O Həzrət şəhid qanlarının atəşinin sönməsinə imkan verməməyi tövsiyə edib buyurdu:
“Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Yəni şəhidlərin xatırlanması sadəcə anım mərasimi deyil. Yəni şəhid Bakiri kimilərini meydana aparan təqva, fədakarlıq, şücaət, parlaq vücud gövhəri nümayiş etdirilsin, gələcəyə ötürülsün, gənc nəsilə nümunə olsun”.

Ən gözəl nümunənin şəhidlər olduğunu bildirən İnqilab Rəhbəri belə qeyd etdi:
“Gənclərimizə nümunə lazımdır. Ən gözəl nümunə şəhidlərdir”.

Şəhidlərdə olan mənəvi dəyərlərin nəsillərə ötürülməli olduğunu qeyd edən İnqilab Rəhbəri belə buyurdu:
“Şücaət ancaq döyüşməkdə deyil, nəfsə qələbə şücaəti, danışmaq şücaəti, susmaq şücaəti, özünü saxlamaqda olan şücaət, irəli getmək şücaəti– bütün bunlar mühümdür. Bu səhnələri yaxından görənlər, tanıyanlar var. (Bu dəyərlərin ötürülməsindən ötrü) Onlardan istifadə edilməlidir”.

O Həzrət söhbətinin davamında şəhidlərdəki şəhadət zəminələrinin tanınmasının zəruriliyinə toxunaraq bildirdi:
“(Şəhidlərdəki) Şəhadət zəminələri tanınsın. (İnqilabın əvvəlində) İlk İnqilab qığılcımı yaradan şəhid Qazi Təbatəbai kimilərinin şəhadət zəminəsi bilinsin. O, ilk addımı atdı, xalqı məscidə dəvət etdi, sonra hadisələr baş verdi”.

Milli kimlik və dini kimliyin xalqlar üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Ayətullah Xamenei belə qeyd etdi:
“Qum hadisəsindən sonra nə üçün başqa şəhərlərdə yox, məhz Təbrizdə hadisələr baş verdi, səbəbi nədir? Bu xalqda hansı xüsusiyyət var ki, belə gənclər tərbiyə edir, belə şəhidlər verir? Milli kimlik, dini kimlik çox əhəmiyyətlidir”.

 

“(İnqilabi) Hərəkət zəminəsi aydın olsa, hərəkat davam edər”,- deyə o Həzrət buyurdu.

 

Ayətullah Xamenei öz söhbətinin başqa bir yerində də şəhidlərin parlaq vücudunun incilərinin gənc nəsilə ötürülməli olduğunu təkidlə vurğuladı:
“Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Şəhidlərin varlığının parlaq inciləri gənc nəsilə ötürülməli və örnək olmalıdır.