28/02/2025
Bu iki başıuca mücahidə, son dövrdə şəhadətə yetişən başqa şücaətli və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə Allahın və onun saleh bəndələrinin salamı olsun.
27/02/2025
Şəhid olduğumuz zaman qələbə həyata keçir. Allahla və daha aramızda olmayan şəhidlərlə görüşmək şövq və həsrətindən bu dünya mənə daralıb." Tehran cümə namazındakı çıxışdan: "Əzizlərim, vəfalı Livan xalqı, Hizbullah və Əməlin coşqulu gəncləri! Hamımız əziz seyidin şəhadətə yetişməsinə görə müsibətə düçar olmuşuq və yas içindəyik.  Əlbəttə, yasımız ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik mənasında deyil, Seyyidüş-Şühəda Hüseyn ibn Əlinin yasına bənzər bir yasdır. Hizbullah, həqiqətən, "Pak ağac"dır. Hizbullah və onun qəhrəman və şəhid rəhbəri Livanın tarixi və kimlik fəzilətlərinin xülasəsidir. Hizbullah və şəhid seyid Qəzzanı müdafiə etmək və Məscidül-Əqsanın müdafiəsi uğrunda cihad apararaq bütün bölgəyə və bütün İslam aləminə həyati bir xidmət yolunda addım atdılar. Allahın salamı şəhid rəhbər Nəsrullahın üzərinə olsun...
23/02/2025
Düşmən bunu bilsin ki, müqavimət işğal, zülm və imperializmin müqabilində sona çatan deyil və Allahın izni ilə, hədəfə çatana qədər davam edəcəkdir.
23/02/2025
Əgər şəhid Seyid Həsən Nasrullah kimi cihadı, ağlı, şücaəti və fədakarlığı bir araya gətirib ortaya qoyan böyük şəxsiyyətlər tapılmasaydı, hərəkət bir cür olardı, indi ki belə şəxsiyyətlər ortaya çıxdılar, başqa cür olacaq. 
23/02/2025
Seyid Həsən Nəsrullah on illər boyu Allah yolundakı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanında qazandı. O, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini, viran edilmiş evlərini və qətliam olmuş əzizlərini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və cihad etdiyi halda şəhid oldu.
23/02/2025
Seyid Həsən Nəsrullah Beyrutun  Zahiyə məntəqəsində yaşayan sığınacağı olmayan insanları müdafiə etməklə məşğul olarkən şəhid oldu. Necə ki, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və  cihad etmişdir. 
22/02/2025
Fərqli ölkələrdən, o cümlədən Livan, İraq, İran və digər ölkələrdən olan şiə əzadarlıq heyətlərinin Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin pak cənazələrinin dəfn mərasimindən öncə Beyrutun Zahiyə bölgəsində yerləşən əza evindəki əzadarlıq heyətlərinin məclisləri Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin dəfn mərasiminə yaxın günlərdə Beyrutun ab-havasını əks etdirən görüntüləri KHAMENEI.IR saytının Azərbaycan bölməsindən izləyə bilərsiniz.
22/02/2025
Seyid Həsən Nəsrullah on illər boyu Allah yolundakı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanında qazandı. O, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini, viran edilmiş evlərini və qətliam olmuş əzizlərini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və cihad etdiyi halda şəhid oldu.
18/01/2025
İki tanınmış hakim Höccətül-İslam vəl-müslimin hacı Şeyx Əli Razini və Hacı Şeyx Məhəmməd Müqeysənin şəhadəti ilə bağlı İnqilab Rəhbərinin başsağlığı mesajı.
02/01/2025
Müqəddəs hərəmlərin müdafiəsi Hacı Qasim üçün apardığı bütün mübarizələr sırasında əsas bir prinsip olmuşdur. Məscidül-Əqsanı müdafiə etməli idi, çünki Məscidül-Əqsa İslam dünyasının böyük bir hərəmidir. Məhz buna görə şəhid Haniyə ona Qüds şəhidi deyirdi.
23/12/2024
Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik.
21/12/2024
Biz Fələstin və Allah yolunda cihad edən Hizbullah mübarizlərinin kənarındayıq, onları dəstəkləyir və bacardığımız qədər kömək edirik.
17/12/2024
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
14/12/2024
“Müqavimət cəbhəsi” məhv edilə bilən bir texniki vasitə deyil. “Müqavimət” iman, düşüncə, qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət bir etiqad məktəbidir. Bu, sadəcə formal bir anlayış deyil. Bu müqavimət təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir.
04/11/2024
Ayətullah Xamenei bu gün 03.11.2024-cü il tarixdə günorta saatlarında sionist rejimin hücumuna qarşı mübarizədə şəhid olmuş İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhidlərinin ailələri ilə görüşüb.
04/11/2024
Ayətullah Xamenei bu gün 03.11.2024-cü il tarixdə günorta saatlarında sionist rejimin hücumuna qarşı mübarizədə şəhid olmuş İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhidlərinin ailələri ilə görüşüb.
25/10/2024
Onun, digər komandirlərin və Nəsrullah mehvəri mücahidlərinin şücaəti və fədakarlığı cənubi Litani, Sur və həmin bölgənin digər şəhərlərinin qəsb olunma və işğal altına keçmə təhlükəsini aradan qaldıraraq onların qəsb olunmuş Fələstinə birləşdirilməsinin qarşısını aldı və bu ölkənin ərazi bütövlüyünü qorumaq üçün Hizbullahın canını, malını və dəyərli abırını ortaya, təcavüzkar və cinayətkar sionist rejimi isə nakam qoydu.
06/10/2024
Seyid Həsən Nəsrullah mübariz və haqq tələb insanların ümid yeri və cəsarət mənbəyi idi. Onun məhəbbətinin miqyası Livan, İran və ərəb ölkələrindən kənara ötüb keçmişdi və hazırda onun şəhadəti bu təsiri daha da artıracaqdır.​
03/10/2024
Livanda müdafiəsiz insanların qətliamı yenə də quduz sionis itin yırtıcılığını hamıya aşkar etdi.  Sionist cinayətkarları bilsinlər ki, Livan Hizbullahının möhkəm quruluşuna mühüm zərbə vura biləcək həddən çox aşağıdırlar. Bu regionun müqəddəratını başıuca Hizbullah başda olmaqla müqavimət qüvvələri təyin edəcəkdir.
03/10/2024
Bu qədər mücahidlikdən sonra şəhadət feyzinə yetişmək Seyid Həsən Nəsrullahın həqiqi bir haqqı idi.
02/10/2024
Seyid Həsən Nəsrullahın Livanda təməlini qoyduğu prinsip digər müqavimət mərkəzlərinə istiqamət verdi. Onun yoxluğu ilə bu prinsip nəinki aradan getməyəcəkdir, hətta onun və bu hadisədəki şəhidlərin qanının bərəkəti ilə bu prinsip daha çox möhkəmlənəcəkdir.
02/10/2024
Müqavimətin seyidi bir fərd deyildi, bir yol və bir məktəb idi. Bu yol elə o cür də davam edəcəkdir. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadığı kimi, Seyid Həsənin də qanı yerdə qalmayacaqdır.
01/10/2024
KHAMENEI.IR mediası Seyid Həsən Nəsrullahın (Allah ona rəhmət eləsin) cinayətkar sionist rejim tərəfindən terror olunması və şəhadəti münasibətilə İnqilab Rəhbərinin yanında olan şəkillərini dərc edir.
25/09/2024
Müqəddəs Müdafiə Həftəsinin 5-ci günündə müharibə qabaqcılları, cihad və Müqəddəs Müdafiə illərinin veteran və fəallarından ibarət bir dəstə çərşənbə günü 25.09.2024-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
13/02/2024
İslam ölkələri rəsmilərinin namünasib əməllərinə və bütün çətinliklərə rəğmən, Quranda buyurulduğu kimi, Allah-təala mömin insanlarladır və Allahın olduğu hər yerdə qələbə olacaqdır.​
20/01/2024
(Fələstinlilərin qələbəsi) Müqabilində qəsbkar sionist rejim dünya siyasətçiləri və dünyanın müsəlman, yaxud qeyri-müsəlman insanlarının nəzərində zalım, qaniçən canavar, rəhimsiz, məğlub, naümid və param-parçadır.
19/01/2024
Ümid edirik ki, bu mücahidlik, müqavimət və Yəmən xalqının fəaliyyətləri ta qələbəyə qədər davam etsin, Allah-təalanın izni ilə.
15/10/2023
İslam Respublikası təsis olunduğu gündən indiyə qədər günbəgün daha güclü olmuş və gələcəkdə də indiki vəziyyətindən daha güclü olacaqdır.  
15/10/2023
Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın inayəti ilə bu hərəkatin müvəffəqiyyətləri daha çox qüdrətlə davam edəcəkdir.  
15/10/2023
Fələstində son günlərdə baş verən hadisələr, məxsusən də bombardmanlar və qadın, uşaq və kişilərin şəhadəti insanın qəlbini yaralayır, lakin bu hadisənin digər tərəfi isə İslamın Fələstində inanılmaz qüdrətinin nişanəsidir və Allah-təalanın lütfü sayəsində Fələstində başlanan bu hərəkət irəliləyəcək və fələstinlilərin tam qələbəsi ilə nəticələnəcəkdir.  
15/10/2023
Cənab Şeyx Zəkzaki, sizinlə və ailənizlə görüşmək çox sevindirici bir haldır. Siz Allah yolunda həqiqi mücahidlik edənin nümunəsisiniz və ümid edirəm ki, öz mücahidliyinizi davam etdirəcəksiniz.  
20/08/2023
Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır.