Müqəddəs Müdafiə Həftəsinin 5-ci günündə müharibə qabaqcılları, cihad və Müqəddəs Müdafiə illərinin veteran və fəallarından ibarət bir dəstə çərşənbə günü 25.09.2024-cü il tarixdə İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei düşmənin İrana hücum etməyə cürəti olmadığını bildirdi:
"Bu gün İran millətinin müqavimətinin bərəkəti sayəsində İran sərhədlərinə hücum etməyə cürətləri yoxdur və başqa bir yolla düşmənçilik etməkdədirlər".
"Biz dünya hegemonluğu ilə müxalifik",– deyə o Həzrət qeyd etdi.
Daha sonra İnqilab Rəhbəri belə qeyd etdi:
"Fələstin və Qəzza əhalisi sözün həqiqi mənasında Allah yolunda cihad edirlər".
O Həzrət Livan Hizbullahının Allah yolunda cihad etdiyini vurğuladı:
"Qəzzaya görə sinəsini sipər edən və buna görə də bu acı hadisələrə məruz qalan Livan Hizbullahı Allah yolunda cihad edir".
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Fələstinə kömək etməyin hər kəsə şəri cəhətdən vacib olduğunu bildirdi:
"Fələstin və Məscidül-Əqsanı müsəlmanlara və öz həqiqi sahiblərinə qaytarmaq istiqamətində səy göstərmək və kömək etməyin hamıya vacib olması qəti olan şəri bir hökmdür".
İnqilab Rəhbəri Amerikalıların bu döyüşdə sionistlərin arxasında olmadıqları iddiasının yalan olduğunu qeyd etdi:
"Bu gün bu döyüşdə Livanla Fələstin ən çox texnikaya sahib kafir və xəbis bir düşmənlə üz-üzədir. O düşmənin arxasında Amerika dayanıb. Amerikalılar deyirlər ki, biz müdaxilə etmirik, xəbərimiz yoxdur, lakin yalan deyirlər! Həm xəbərləri vardır, həm də müdaxilə edirlər".
O Həzrət Amerikanın aşkar şəkildə münafiqlik etdiyini belə vurğuladı:
"Amerikanın sionist rejimin qələbəsinə ehtiyacı vardır. Amerikanın hazırkı dövləti qarşıdakı seçkilərdə göstərmək istəyir ki, bunlar sionist rejimi qalib etdilər və buna ehtiyac duyur. Əlbəttə, müsəlmanların səs verməsinə də ehtiyac duyurlar, buna görə də deyirlər ki, müdaxilə etmirik".
Daha sonra Ayətullah Xamenei az imkana sahib olan mücahidlərin qalib olduğunu bildirdi:
"Sionist düşmən pul, silah, müxtəlif imkanlar və dünyamiqyaslı təbliğatlara sahib olduğu halda, müqabil tərəfləri olan mömin və Allah yolunda cihad edən mücahidlər o imkanların yüzdə birinə belə malik deyillər. Amma bununla belə, qalib tərəf Allah yolunda cihad edən mücahidlərdir".
"Fələstin müqaviməti qalibdir! Hizbullah qalibdir!", – deyə o Həzrət buyurdu.
İnqilab Rəhbəri sözlərinin davamında müqavimət qüvvələrinin meydanın qalibləri olacağını qeyd etdi:
"Bu günün özünə qədər qələbə Hizbullah və müqavimət qüvvələrinə aid idi. Dəlili də budur ki, sionist rejim əgər mübariz qüvvələri Qəzzada, Qərb Sahili və Livanda məğlub edə bilsəydi, daha ehtiyac duymazdı ki, ev, məktəb, xəstəxanalar, uşaq və qadınlar üzərində cinayət törətsin".
O Həzrət baş verən bu şəhadətlərin Hizbullahı taqətdən sala bilməyəcəyini vurğuladı:
"Onlar ki Hizbullahın nüfuzlu və qiymətli üzvlərini şəhid etdilər, bu, Hizbullah üçün, şübhəsiz ki, xəsarət idi. Əlbəttə, Hizbullahı taqətdən salacaq həddə də deyildi. Hizbullahın təşkilati və insani qüvvələr cəhətindən olan möhkəmliyi bu deyilənlərdən çox-çox yuxarıdır".
Ayətullah Xamenei sözlərinin sonunda qələbənin müqavimətə aid olduğunu bildirdi:
"Son qələbə bu döyüşdə Müqavimət və Hizbullah cəbhəsinə məxsusdur".