Təzəlikcə baş verən fitnə amerikalılara aid bir fitnə idi. Amerikalılar proqram cızdılar, fəaliyyət göstərdilər. Amerikanın da hədəfi İranı udub-həzm etmək idi.
Seyid Əli Xamenei
17.01.2026
Həzrət Ayətullah Xamenei, İslam İnqilabı Rəhbərinin bu gün geniş şəkildə keçirilən xalq yığıncağı və bu baş verən tarixi gün münasibətlə şəni uca olan İran xalqına təşəkkürü və etdiyi təkid:
İran xalqı özünü, səy və öz kimliyini düşmənlərin gözü önündə sərgilədi və bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiyləgərliklərini dayandırsınlar və xain əlaltılarına etimad etməsinlər.
Bazar əhlinin xarici valyutanın qiymətinin hesabsız şəkildə qalxmasına etirazı düzgün məsələdir. Mühüm məsələ odur ki, düşmən tərəfindən təhrik olunmuş bir qrup muzdlu adam bazar əhlinin arxasında gizlənib İran İslam Respublikasına qarşı şüarlar versin.
Seyid Əli Xamenei
03.01.2026
Həzrət Əmirəlmöminin Əli (ə)-nin movludu günü münasibətilə bu gün səhər, şənbə günü 3 yanvar 2026-cı il tarixdə şəhid Süleymaninin ailəsi və onunla birlikdə olan silahdaşlarının ailələri, eləcə də bir qrup "İqtidar şəhidlərinin" ailələri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Həzrət Əmirəlmöminin Əli (ə)-nin movludu günü münasibətilə bu gün səhər, şənbə günü 3 yanvar 2026-cı il tarixdə şəhid Süleymaninin ailəsi və onunla birlikdə olan silahdaşlarının ailələri, eləcə də bir qrup "İqtidar şəhidlərinin" ailələri İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər.
Düşmənlər nəticəyə gəldilər ki, İranı müharibə ilə diz çökdürmək mümkün deyil. Onlar gördülər ki, yol ölkə daxilində ixtilaf yaratmaqdır. Daxildə də əlləri var, sionizmə və Amerikaya bağlı qüvvələr də var. Amma, Allaha şükür, ölkə vəhdət halındadır.
Seyid Əli Xamenei
24.08.2025
Milli müqavimət, yəni düşmənin bir xalqı təslim olmağa məcbur etmək üçün insan həyatının hansısa bir sahəsinə tətbiq etdiyi təzyiqə qarşı tab gətirmək deməkdir. Bu təzyiq hərbi təzyiq ola bilər, bu təzyiqin məqsədi həm də ərazi zəbt etmək də ola bilər, amerikalıların bəzi Latın Amerikası ölkələri ilə indi etdikləri kimi.
Seyid Əli Xamenei
11.12.2025
Həzrət Ayətullah Xamenei, 11 dekabrda çıxışında vurğuladı ki, İran xalqı dayanıqlılığı, sədaqəti, ədalət tələbliyi və xeyirxahlığı ilə İslamın izzətli simasını dünyaya göstərir, lakin bu irəliləyişlər mərhələli və uzunmüddətlidir.
Bizim başımız yumşaq müharibəyə qarışıb. Yumşaq müharibədə düşmənin məqsədi xalqı ruhdan salmaq və öz gücündən ümidsiz etməkdir. Siz, idman meydanında və elmi sahələrdə medal qazanaraq düşmənin hərəkətinə qarşı hərəkət edə bildiniz.
Seyid Əli Xamenei
20.10.2025
Biz bu gün uranın zənginləşdirilməsi baxımından yüksək səviyyədəyik... Dünyanın iki yüz neçə ölkəsi arasında zənginləşdirməyə qadir olan on ölkə var ki, bu on ölkədən biri də İslami olan İrandır... Biz bu mühüm sənayedə on aparıcı ölkədən biri hesab olunuruq.
23.09.2025 -
O (ABŞ prezidenti) iranlı alimləri terror eməklə fəxr edir, ... Tehrançi və Abbasi kimi adamları terror etdiniz, lakin onların elmini terror edə bilməzsiniz.
Seyid Əli Xamenei
20.10.2025
İdman və dünya elmi olimpiadalarının çempionları və medal qazananları 20.10.2025-ci il tarixdə çərşənbə axşamı səhər saatlarında İslam İnqilabı Rəhbəri, Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
İdman və dünya elmi olimpiadalarının çempionları və medal qazananları 20.10.2025-ci il tarixdə çərşənbə axşamı səhər saatlarında İslam İnqilabı Rəhbəri, Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Dünyada bir dövlət ortaya çıxıb ki, İranın böyük xalqının bütün şan-şöhrət ilə ona tabe olması intizarındadır. Amerikanın İranla düşmənliyi də buna görədir.
Amerikanın İranla düşmənliyinin səbəbi nədir?
Keçmişdə bu səbəbi terrorizm, insan haqları, qadın məsələsi və demokratiya kimi adlar altında gizlədirdilər. Bu gün Amerikada iş başında olan şəxs isə məsələni aşkara çıxardı. Dedi ki, bizim İranla qarşıdurmamızın səbəbi odur ki, İran Amerikanın əmrinə tabe olsun.
Tərəfdarlar, şiələr, müxaliflər, ona etiqadı olmayanlar – bunların hamısı İmam Həsən Əskərinin (əleyhissalam) fəzilətinə, elminə, təqvasına, habelə paklığına, ismətinə, düşmənlər qarşısındakı şücaətinə, çətinliklər qarşısındakı səbri və möhkəmliyinə şahidlik edib etiraf etdilər. Bu böyük insan, bu möhtəşəm şəxsiyyət şəhid olduqda cəmi iyirmi səkkiz yaşı var idi, beləliklə bu, nümunə olur.
Seyid Əli Xamenei
29.02.2012
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
Bu gün İran xalqı vəhdətdədir. Siyasi-ictimai fikir ayrılıqları mövcuddur, amma bu quruluş və ölkənin müdafiəsində, düşmənə qarşı müqavimətdə vəhdət halındadır. Bu birlik düşmənin zərərinədir və onların təcavüz və hücumlarına mane olur.
Bu gün, bazar günü 24.08.2025-ci il tarixdə İmam Əli ibn Musa Ər-Rzanın (ə) şəhadətinin ildönümü mərasimi İslam İnqilabı Rəhbərinin iştirakı və çıxışı ilə keçirildi.
İmam Rzanın (əleyhissalam) hamımıza dərsi budur ki: Ey müsəlman! Mübarizədən yorulma. Yatma, çünki düşmən həmişə ayıqdır və müxtəlif formalarda, fərqli geyimlərdə, müxtəlif maskalarda və rəngbərəng formalarda ortaya çıxır. Gözünüz iti olsun, düşməni tanıyın, onunla mübarizə yolunu bilin və Əli ibn Musa Ər-Rza kimi əvvəldən axıradək mübarizəni davam etdirin.
İslam düşmənlərinin müxtəlif vasitələrlə İslam ümmətinə qarşı fəaliyyət göstərdiyi bir zamanda, Allah-təalanın qəfil olaraq Ərbəin yürüşü hadisəsini bu cür cilvələndirməsi İlahi böyük bir nişanədir.
Dünya hegemonlarının, başda isə cinayətkar Amerika rejiminin əleyhinə olduğu əsas məsələ İran xalqının dini və elmi qüdrətidir.Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.
Düşmənin hərbi meydanda yaratdığı psixoloji müharibədən məqsədi qorxu yaratmaq və geri otuzdurmaqdır. Qurani-Kərimin təbirinə görə, istənilən hərbi, siyasi, təbliğat və iqtisadi sahədə qeyri-taktiki geri çəkilmə İlahi qəzəblə nəticələnəcəkdir.
Yumşaq təhdid xalqın ictimai rəyini təhrif etmək, düşmən müqabilində müqavimət göstərməkdə şəkk və ixtilaf yaratmaq deməkdir. Düşmənlər bu işi görürlər, lakin Allahın lütfü ilə bu günə kimi nəticəyə çatmayıblar.
İnşallah, başda bu çox tamahkar və cinayətkar Amerika olmaqla düşmən və təcavüzkarların hamısı Qərbi Asiya əhalisindən əl çəkməyə və zillətli formada bu regiondan çıxmağa məcbur olacaqlar.
(İslam İnqilabından öncə) Amerikanın istəyi bu idi ki, İran tam itaətkar olsun, Amerika və sionist rejimin mənafeyini təmin etsin. Bunlar İran üçün bunu arzulayırdılar, bu gün də elə bunun arzusunu edirlər. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu qəbrə aparacaqlar.
Təkfirçi qruplar İslam dünyasının düşmənləri üçün bir müjdədir. İslam ümmətinin bütün diqqətinin Fələstin məsələsinə yönəldiyi bir vaxtda onlar sionist rejimin xəbis həqiqətinə diqqət çəkmək əvəzinə diqqəti başqa yerə yönəldirlər.
Ayətullah Xamenei bu gün 03.11.2024-cü il tarixdə günorta saatlarında sionist rejimin hücumuna qarşı mübarizədə şəhid olmuş İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhidlərinin ailələri ilə görüşüb.
Ayətullah Xamenei bu gün 03.11.2024-cü il tarixdə günorta saatlarında sionist rejimin hücumuna qarşı mübarizədə şəhid olmuş İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin şəhidlərinin ailələri ilə görüşüb.
Şəhid Nəsrullahın dünya həyatında Livan millətinə verdiyi mesaj bu idi ki, İmam Musa Sədr, Seyid Abbas Musəvi kimi görkəmli şəxsiyyətləri itirməklə naümid olmayın, gücünüzü artırın. Həmçinin təcavüzkar düşmən qarşısında müqavimət edin və onu öz istəklərindən nakam edin.
Düşmənə ümid bağlamayın. Proqramlarımız üçün düşmənin razılığa gəlməsini gözləməyək. Bu, bəzən düşmənlə əlaqəyə girməklə ziddiyyət daşımır. Lakin ona ümid bağlamayın, düşmənə etimadınız olmasın.
Düşmənin hərbi meydana daxil olduqda yaratdığı psixoloji savaş (müqabil tərəfdə) qorxu və geri çəkilməklə nəticələnir. Qurani-Kərim bu geri çəkilmənin, əslində, Allahın qəzəbinə səbəb olduğunu bəyan edib açıqlamışdır: "Hər kəs o gün o mövqedə (döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla) onlara arxa çevirərsə, mütləq, Allahın qəzəbinə düçar olar".
Sizə hücum edən bir düşmənlə qarşılaşsanız (hücum edənlərin müxtəlif növləri var, məsələn, biri qılıncla və meydanda üz-üzə hücum edəndir, biri təbliğat hücumçusu, biri iqtisadi hücumçu, digəri isə yeni texnologiyalara malik hərbi hücumçudur), əgər qeyri-taktiki olaraq geri çəkilsəniz (əlbəttə, bəzən geri çəkilmək taktikidir, bəzi vaxtlarda geri çəkilməyin özü irəliləmək kimi bir taktikadır və bunun eybi yoxdur; Quran buyurduğu kimi, "...Döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla"), bu mövqelərdən başqa halda geri çəkilsəniz, "Allahın qəzəbinə düçar olar".
Builki Həcc ziyarətində (düşmənlərdən) bezarlıq etmək həmişəkindən daha aydın görünür. İstər iranlı, istərsə də dünyanın hər tərəfindən olan qeyri-iranlı mömin zəvvarlar bu Quran məntiqini bütün İslam dünyasına çatdırmağı bacarmalıdırlar. Bu, vəzifədir.
Qələbənin vacib bir şərti budur ki, düşməni və onun bacarıqlarını (qüdrətini) tanımaqla yanaşı, ondan qorxmayaq. Əgər qorxsanız, məğlub olacaqsınız. Düşmənin təhdidindən, nərə və təzyiqindən qorxmamaq lazımdır.
Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar.
Düşməndən qəflət etməyək. Düşmənin məkr, hiylə və (hiyləsini həyata keçirmək üçün) vasitələri vardır. Düşməni zəif və bacarıqsız təsəvvür etməyək. Düşməni zəif və çarəsiz hesab etmək olmaz.