İnqilabın Rəhbərinin televiziya müraciətinin mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Hər il iyirmi iki bəhmən (11 fevral) günü İran xalqının güc və izzətinin təqdimat günüdür. Həmd olsun Allaha, maraq göstərən, iradəli, sabitqədəm, qədirbilən və öz mənfəət və zərərlərindən agah olan bir xalqın günüdür.
İlk iyirmi iki bəhmən baş verən gün İran xalqı böyük bir qələbə qazandı, özünü və ölkəsini yadların müdaxiləsindən xilas edə bildi. O yadlar bu illər ərzində daim əvvəlki vəziyyəti yenidən bərpa etmək istəyiblər, amma İran xalqı dirəniş göstərib. Bu dirənişin simvolu iyirmi iki bəhmən günüdür.
Bu yürüş dünyada bənzərsizdir. Dünyanın heç bir yerində illər keçməsinə baxmayaraq, ölkənin müstəqillik və milli günündə hər il bütün ölkə üzrə bu cür əzəmətli cəmiyyətin gəlişini və camaatın özlərini bu şəkildə göstərə bildiyini görməmişik. Bu gün İran xalqı küçələrdə yürüş etməklə özünü göstərir və İslami olan İranda, İslam Respublikasında və bu xalqın mənafelərində gözü olanları geri çəkilməyə məcbur edir.
Milli güc raket və təyyarədən daha çox xalqların iradəsi və dirənişi ilə bağlıdır. Siz, həmd olsun Allaha, müxtəlif məsələlərdə dirənişinizi və iradənizi göstərmisiniz, yenə də göstərin və düşməni məyus edin. Düşmən məyus olmayınca, bir xalq təzyiq və əziyyətə məruz qalır, düşməni məyus etmək lazımdır. Düşmənin məyusluğu sizin birliyinizlə, düşüncə və iradə gücünüzlə, göstərdiyiniz maraq və düşmənin vəsvəsələrinə qarşı durmaqla mümkündür, bunlar milli gücü formalaşdırır.
İnşallah, gənclərimiz müxtəlif meydanlarda — elm meydanında, əməl, təqva, əxlaq, maddi və mənəvi tərəqqi meydanlarında daha da irəliləsinlər, təşəbbüs göstərsinlər və ölkə üçün iftixar yaratsınlar. İyirmi iki bəhmən günü bütün bunların təzahürüdür, hamı küçələrə çıxır, şüarlar səsləndirir, həqiqətləri bəyan edir və öz həmrəyliyini elan edir, İran xalqı İslam Respublikasına sədaqətini nümayiş etdirir.
Ümid edirik ki, bu iyirmi iki bəhmən də keçmiş illərin bütün iyirmi iki bəhmənləri kimi İran xalqının əzəmətini daha da artıracaq, gücləndirəcək və digər xalqları, dövlətləri, gücləri və başqalarını İran xalqı qarşısında təvazö və təzim etməyə vadar edəcək, inşallah, elə də olacaq.