Həzrət Ayətullah Xamenei bu müraciətdə əziz İran xalqına xitabən dedi:
"Bu ilin 22 Bəhmən günündə böyük bir iş gördünüz, İranı başıuca etdiniz, hər zaman olduğu kimi İslam Respublikasına dəstək verməklə onun gücünü artırdınız və bəyanatlarında və proqramlarında İran xalqını təslim etdirməyə çalışan düşmənləri məyus etdiniz".
İnqilab Rəhbəri bu möhtəşəm hərəkətin mükafatını İranın daha çox izzət və qüdrəti, daha tam müstəqilliyi kimi dəyərləndirdi və əlavə etdi:
"Gəlin hamımız çox dəyərli və qiymətli olan bu bağlılığı və milli birliyi qorumağa çalışaq".
O Həzrət xalqın küçələrdə iştirakını, vahid söz və şüarın təkrarlanmasını, öz kimliyini və şəxsiyyətini düşmənlərə nümayiş etdirməsini təqdir edərək vurğuladı:
"Bütün İran xalqına təşəkkür edir, ölkə boyu bu möhtəşəm və milyonluq yürüşdə iştirak edən hər bir şəxsə dərin salam və ehtiramımı çatdırıram".