Məsələn, "Nudbə duası"nda o böyük şəxsiyyətin (İmam Zamanın) sifətlərini sadalamağa və bəyan etməyə başladıqda, onu böyük atalarına və pak nəslinə nisbət verdikdən sonra ilk cümlə belədir:

Haradadır zalımların kökünü kəsmək üçün hazırlanmış şəxs?
Haradadır sapma və əyriliyi düzəltmək üçün intizarı çəkilən?
Haradadır zülmü və düşmənçiliyi aradan qaldırmaq üçün ümid edilən?

Yəni bəşəriyyətin qəlbi o nicat verənin gəlişi üçün döyünür ki, zülmün kökünü kəssin, bəşər tarixində və həmişə mövcud olmuş və bu gün daha da şiddətlənmiş zülm binasını viran etsin və zalımları layiq olduqları yerinə otuzdursun.

Bu, vədi verilmiş Məhdi (ə.f) intizarında olanların onun zühuru üçün ilk istəkləridir.

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

22.10.2002