Həzrət Ayətullah Xamenei bu görüşdə gələcəkdə müqavimətin daha da genişlənəcəyini buyurdu:
"Mən bu gün deyirəm ki, bu gün müqavimət cəbhəsi hansı genişliyə malikdirsə, sabah bunun əhatəsi bir neçə dəfə artıq olacaqdır".

İnqilab Rəhbəri sionist rejimin bu qırğınlarla qələbə çatmayacağını qeyd etdi:
"Axmaq sionistlər elə düşünməsinlər ki, əhalinin evini, xəstəxanaları, insanların toplaşdığı yerləri bombardman etdikləri üçün qalibdirlər, xeyr. Heç kəs bunu dünyada qələbə hesab etmir".

O Həzrət düşmənin Qəzza və Livanda qalib gəlməyəcəyini vurğuladı:
"Düşmən Qəzza və Livanda qələbə qazanmadı və Qəzza və Livanda qalib də gəlməyəcəkdir".

Daha sonra Ayətullah Xamenei ümumi bir qaydaya işarə edərək buyurdu:
"Sionist rejimin cinayətləri Livanda, Qəzza və Fələstində özlərinin istədiklərinin əksini yaradır. Yəni müqaviməti daha da gücləndirir, şiddətləndirir. Bu ümumi bir qaydadır və mütləq, həyata keçəcəkdir".

İnqilab Rəhbəri Netanyahu və sionist rejim başçılarına edam hökmü verilmənin zəruriliyə toxunaraq bildirdi:
"Netanyahunun həbs olunma hökmü kifayət deyil. Netanyahu və sionist rejimin cinayətkar başçılarının edam hökmü çıxarılmalıdır".

O Həzrət sözlərinin sonunda möminlərin arzusuna çatmasını Allahdan dua edərək istədi:
"Pərvərdigara! Bütün öz saleh bəndələrinin arzuladığı aqibəti Məhəmməd və onun Əhli-beytinin haqqına xatir ən qısa zamanda