ABŞ prezidenti işğal olunmuş Fələstində puç söz və yersiz hərəkətlərlə məyus sionistləri ümidləndirməyə, onlara ruh yüksəkliyi verməyə çalışdı. Mənim Amerika prezidentinin işğal olunmuş Fələstinə səfəri ilə bağlı təhlilim budur.
Seyid Əli Xamenei
20.10.2025
“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”
Niyabəti müharibə o şəraitə deyilir ki, böyük bir güc öz düşməni ilə birbaşa qarşıdurmaya girmək əvəzinə, başqa qruplardan və ya dövlətlərdən niyabət və proksi kimi istifadə edərək öz maraqlarını irəli aparır. ABŞ İkinci Dünya Müharibəsindən sonra öz rəqiblərinin əleyhinə dəfələrlə bu üsula əl atıb. Latın Amerikası və Afrikada üsyançı qrupları dəstəkləməkdən tutmuş Orta Şərqdə təkfirçi terrorçuları gücləndirməyə qədər müxtəlif addımlar atıb. Bunların hamısı göstərir ki, Vaşinqton başqalarını daim öz alətinə çevirməyə çalışır.