Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan və Təbriz əhalisi ilə görüşdə Səttarxan barədə bir hadisəni nəql edir. Bu video klip bu barədədir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei:
Çarın (Rusiya) məmurları Səttarxana israr edirdilər ki, evinin üstünə ağ bayraq tax ki, orada olan rus qoşunlarının hücumundan qorunasan. Səttarxan isə cavabında dedi: "Mən Əbülfəzl Abbasın bayrağı altındayam, onun tədbiri ilə desək, "Beydəq", başqa heç kimin bayrağı altına girmərəm".
17.02.2025
09.01.1978-ci il tarixdə Pəhləvi rejiminə qarşı İmam Xomeyniyə dəstək məqsədilə Qumdakı qiyamın ildönümü münasibətilə bu şəhərin müxtəlif təbəqələrindən olan minlərlə insan bu gün səhər (çərşənbə) 08.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüb.

1978-ci il fevral ayının 18-də Pəhləvi rejiminə qarşı tarixi qiyam zamanı təbrizlilər öz vəzifəsini anında dərk etdilər və anında öz vəzifələrinə görə qiyam etdilər. Məsələnin əhəmiyyəti bundan ibarətdir.
Bu gün o böyük şəxsiyyətin mövlud günüdür. Bu gündə Hüseyn ibn Əlidən (ə) dərs almaq gərəkdir. Hüseyn ibn Əlinin ümmətə verdiyi dərs budur ki, haqq, ədalət və onun həyata keçməsi, zülmlə mübarizə üçün həmişə hazırlıqlı olmaq və (insanın) bütün varlığı ilə meydana gəlməyi lazımdır. (İmam Hüseynin etdiyi iş) O miqdar və həddə nə mənim, nə də sizin görə biləcəyiniz bir işdir, lakin şəraitimizə, əxlaq və (gündəlik) rəftarlarımıza münasib olan həddə isə bu iş bizə də aid olur. Gərək (bunları) öyrənək.
Bu gündə elə bir kəs dünyaya göz açdı ki, İslamın taleyi ondan, onun hərəkətindən, qiyamından, fədakarlıq və ixlasından asılı idi. Bu böyük şəxsiyyət bəşəriyyət tarixinə misli və bənzəri olmayan bir hərəkət təqdim etdi və bunu bəşəriyyətin gözü önündə sərgilədi ki, heç zaman unudulmayacaqdır. Bu (şəxs) nümunədir.