Bəsic Həftəsi münasibətilə 25.11.2024-il tarixdə ölkənin müxtəlif bölgələrindən çox sayda bəsici İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdü.
Qərblilər bu məntəqədə qondarma ikilik tətbiq etdilər; ərəb və qeyri-ərəb, şiə və sünni ikiliyi. Bu gün məntəqədə bu qondarma və məcburi tətbiq olunan ikiliyin əvəzinə yeni bir ikilik hakim oldu və o da müqavimət və təslim olmaq ikiliyidir.
Qərbi Asiyanın siyasi coğrafi xəritəsi müqavimətin xeyrinə olaraq dəyişdi. Müqavimət qalib oldu. Tədricən hakimiyyət əldə edən bu yeni xəritənin birinci xüsusiyyəti Amerikanı (məntəqədən) təmizləməkdir. Amerika təmizləmə, yəni məntəqədə Amerika hökmranlığını rədd etmək.
Amerikanın yeni "Orta Asiya" təşkil etmə planı bütünlüklə nakam qaldı. Hizbullahın aradan getməsi onun planlarının bir hissəsi idi, lakin Hizbullah on qat artıq gücləndi. İraq və Suriyanı udmaq istəyirdilər, bacarmadılar. Fələstin məsələsini xaincəsinə "İki dövlət" (İsrail və Fələstin dövləti) yaratmaq planı ilə qəsbkar rejimin xeyrinə bitirməyi də bacarmadılar.
Təqribən bu 50 gündə baş verən faciələr sionist rejimin Fələstində 75 il törətdiyi cinayətlərin xülasəsidir... Bilsinlər ki, Allahın güc və qüvvəsi ilə bu vəziyyət davam gətirməyəcəkdir və Əqsa fırtınası sönən deyildir.
Dünyada bəziləri yalandan deyilər ki, İran deyir ki, yəhudi və sionistləri gərək dənizə töksünlər. Xeyr, biz heç zaman bunu demədik. Biz deyirik ki, xalqın rəyi müəyyən etməlidir. Fələstin millətinin rəyi ilə təşkil olunacaq dövlət başqa ölkələrdən gələn insanların qalıb-qalmayacağı haqda qərar verəcəkdir.
Bəsic haqda mühüm məqamlardan biri onun sərhəd tanımama cəhətidir. İmam Xomeyninin bəşarət verdiyi həmin "Qlobal müqavimət özəkləri" bu gün bu məntəqənin taleyini təyin etməkdədir. Bir nümunəsi də həmin Əqsa fırtınasıdır.
Tarix formalaşdıran Əl-Əqsa fırtınası hadisəsi sionist rejim əleyhinədir, lakin Amerikanı da (məntəqədən) təmizləyəcək bir hadisədir. (Bu hadisə) Amerika siyasətlərinin cədvəlini məntəqədə bir-birinə vura bildi və inşallah, əgər bu fırtına davamlı olarsa, bu cədvəli məhv edəcəkdir.
Bu gün səhər 29.11.2023-cü il tarixdə çoxlu sayda bəsici İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
1979-cü ildə İmam Xomeyninin göstərişi ilə Bəsic təşkilatının təşkil olunması münasibətilə bu gün səhər 29.11.2023-cü il tarixdə çoxlu sayda bəsici İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Xoş gəldiniz əziz qardaş və bacılar! Qəhrəman bəsici gənclər! Sizin yüksək bəsici ruhiyyəniz bizim bu hüseyniyyəmizi nurlandırdı. Allaha həmd olsun ki, sizlər bu nura sahibsiniz. Bəsic həftəsi sizin hamınıza, o cümlədən bütün İran xalqına mübarək olsun.