04/11/2024
Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
24/10/2024
Bu gün günorta saatlarında Fars vilayətinin 15 min şəhidinin konqresini təşkil edənlər İnqilab Rəhbəri ilə görüşdülər.
09/10/2024
Bu ağlasığmaz cinayətlər yeganə dərmanı məhv olmaq olan canavar sifət və uşaq qatili sionist rejimin zati həqiqətidir.
04/10/2024
“Fələstin” adlı parlaq tarixi kimliyə sahib müstəqil bir ölkə, Qərbin dəhşətli bir fitnəsi əsasında 20-ci əsrin qırxıncı illərində ingilisin başçılığı ilə o millətdən qəsb edib silah, qırğın və aldatmaq gücünə, əsasən, Avropa ölkələrindən köçürülən camaatın ixtiyarına verildi. Bu böyük qəsb şəhərlərdə və kəndlərdə bir dəstə müdafiəsiz insanların kütləvi qırğını ilə yanaşı idi Dünya (bunu) unutmayıb və unutmayacaq o günü ki Ariel Şaron adlı bir cinayətkar qatil Səbra və Şətilanı qan gölünə çevirdi Amerika rəsmilərinin zehnində terrorizm məfhumu yanlış bir məfhumdur. Onlar terrorizmi yanlış məna ediblər; elə bir tərzdə məna edirlər ki, Səbra və Şətila (yəni fələstinlilərin iki yaşayış düşərgəsi) əhalisinin bir gecədə soyqırım və qətliamı terrorizm hesab olunmur! Qondarma sionist rejimin başçılarında olan vəhşilik və cinayət qərizəsi Fələstin facisəinin başlandığı ilk onilliklərdəki vaxtla heç bir fərq etməyib, həmin siyasət, həmin yırtıcılıq və amansızlıq əxlaqı Səbra və Şətila faciəsini vücuda gətirdiyi Kimi bu gün də eynilə zamanə tağutlarının zülmət içində olan zehn və qəlblərinə hakimdir Əlbəttə, bu gün inkişaf etmiş texnologiyalardan yararlanmaqla cinayətin əhatə dairəsi kifayət qədər genişlənib və daha faciəvi olub Yırtıcı və qaniçən düşmən- qəsbkar terrorist rejim cinayət üçün bir hədd-hüdud bilmir. Bunlar dövlət deyillər, bunlar cinayətkar bir bandadırlar, qatil bir bandadırlar, terrorist bir bandadırlar.
22/07/2024
Sionistlər HƏMAS kimisini diz çökdürə bilmirlər, çünki müqaviməti diz çökdürə bilmirlər. İnsanların başına məktəbdə, xəstəxanada, habelə uşağa və qadına baxmayaraq bomba yağdırırlar. Ən böyük cinayət dünya insanlarının gözü qarşısında törədilir.
22/07/2024
İndi düzdür ki, aylar keçməsinə baxmayaraq, əvvəldə olan həyəcan  bəzi şəxslərdə yoxdur, lakin həqiqət budur ki, ilk günlərdə Qəzza məsələsinə verilən əhəmiyyət bu gün daha da çox mövcuddur.
21/07/2024
İslam Şurasının sədri və nümayəndələri bu gün bazar günü 21.07.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüblər. Bu görüşdə Ayətullah Xamenei Qəzza məsələsinə toxunaraq bildirdi: "Qəzza məsələsi hələ də İslam dünyasının birinci məsələsidir".
24/06/2024
Öz ölkəsini işğalçı sionistlərin cinayətləri müqabilində müdafiə edən bir millət terroristdir? Yaxud da bu millətə insani kömək və onu gücləndirmək terrorizmə kömək sayılır? 
20/06/2024
Hər il təşkil olunan bu böyük yığıncaq mühüm bir hədəf güdməklə yanaşı, İran millətinin ehtiyac duyduğu bir hadisədir. Bu gün də mən əzəmətli İmam Xomeyninin baxış bucağından keçən ilin xordad ayından bu günə kimi baş verən iki mühüm mövzu haqda mətləb qeyd edəcəm. Fələstin məsələsinə gəldikdə, əzəmətli İmam Xomeyninin Fələstinin gələcəyi ilə bağlı proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir. Əzəmətli İmam Xomeyninin Fələstin barədə istədiyi məsələ bu idi ki, saziş müzakirələrinə ürək bağlanmasın. İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı və düşməni geri çəkilməyə məcbur etməlidir. Bu gün bu hadisə həyata keçibdir. Fələstinlilər Əqsa fırtınası əməliyyatında meydana daxil oldular, fəaliyyətə və hərəkətə keçdilər və düşməni meydanın elə bir küncünə sıxışdırdılar ki, qaçmaq üçün heç bir yol, xilas olmaları üçün heç bir vasitə yoxdur. İki əsas və zəruri məqam. Bir məqam budur ki, 7 oktyabrda baş verən Əqsa fırtınası əməliyyatı eynilə məntəqənin ehtiyac duyduğu bir hadisə idi. Amerika və sionist ünsürləri tərəfindən hərtərəfli və geniş bir plan cızılmışdı və hədəf də məntəqənin hesablamarını dəyişmək idi. Bunun mənası sionist rejimin bütün Qərbi Asiyanın, daha doğrusu, bütün İslam dünyasının siyasət və iqtisadiyyatına yiyələnmək idi. 7 oktyabr fırtınası düşmənin tam dəqiqlik və incəliklə hazırladığı planı puça çıxardı. İkinci məqam budur ki, bu əməliyyat sionist rejimə həlledici bir zərbə idi, özü də heç bir əlacı olmayan zərbə. Sionist rejim bu zərbənin təsirindən elə bəlalara düçar oldu ki, bu bəlalardan xilas ola bilməyəcəkdir. Amerika sionist rejimi himayə edir, bir çox Qərb dövlətləri dəstəkləyirlər, lakin hamısı etiraf edir və bunu qəbul edirlər ki, sionist hökuməti üçün meydana gələn şərait elə bir şəraitdir ki, ondan qurtulmağın həll yolu yoxdur. Əqsa fırtınası belə bir möcüzə etdi; sionist rejimi elə bir yola gətirib çıxarıb ki, bu yolun sonu məhv olub aradan getməkdən başqa bir şey deyil. Siz ki görürsünüz, sionist rejim belə bir şiddət və qəsavətlə Qəzzanın müdafiəsiz əhalisinə hücum edir, bu hücum həmin planın puça çıxmasına əsəbi bir reaksiyadır. Biz sionist rejimin sona çatmasının başlanğıc dönəmindəyik. Sionist rejim dünya əhalisinin gözü önündə tədricən əriyib aradan gedir. Artıq məhv olmaq üzrədir.
06/06/2024
Sionistlər tərəfindən Qəzza soyqırımının törədilməsi və dırnaqarası liberal Qərb hökumətlərinin bu qaniçən canavarı dəstəkləməsi Qərbdə azadlıq və bəşər hüquqlarının mənasını vicdanları oyaq olanlar üçün aşkar edir.
06/06/2024
Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər.
03/06/2024
İslam hökumətində hökmranlıq bəşəri, hədəflər isə İlahidir. Hədəflər ədalət, insan kəraməti, yerin abadlaşdırılması, zamandan səmərəli istifadə və bunun da nəticəsində Allaha yaxınlaşmaq istiqamətində insanın ucalmasıdır.
30/05/2024
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Amerika universitetlərində Fələstini dəstəkləyən vicdanlı tələbələrə xitabən yazdığı məktubda bu tələbələrin sionistlərə qarşı etirazlarla yanaşı (fələstinlilərə qarşı) həmrəylik göstərmələrinə görə onları müqavimət cəbhəsindən olduqlarını bildirdi və Qərbi Asiya məntəqəsinin vəziyyətinin dəyişməsi və taleyinin əvəz olunmasını təkidlə vurğuladı.​
17/05/2024
Mülahizə edin ki, amerikalılar dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyirlər! Amerika universitetlərinin tələbələri ilə bu şəkildə rəftar olunur və bu hadisənin özü də Amerikanın Qəzzada böyük soyqırım cinayətində sionist rejimlə əməli surətdə şərik olduğunu göstərir.
10/05/2024
Qərb dövlətləri müqavimət cəbhəsinə terrorist deyirlər. Bir halda ki, xalq Amerika küçələrinin birində Hizbullah bayrağını göyə qaldırdı. Dünya əhalisi bunları dəstəkləyir. Çünki bunlar müqavimətçi və zülmə qarışdırlar.​
09/05/2024
Deyirlər ki, siz nə üçün Fələstini dəstəkləyirsiniz? Bu gün bütün dünya Fələstini dəstəkləyir. Avropa küçələrində, Vaşinqton və Nyu-Yorkda xalq Fələstini dəstəkləyirlər.
08/05/2024
Qəzza əhalisi ABŞ və Avropanın gözündə terroristdir. Xəbis, qondarma, qəsbkar və rəhimsiz bir dövlət 6 aya yaxın bir zamanda bir neçə min nəfəri uşaq olmaqla qırx minə yaxın insanı qətlə yetirirlər və onlar terrorist olmur, lakin onların bombardmanları altında qalan xalq isə terroristdirlər.
07/05/2024
Sionist rejim gəlib qarşı tərəfin əkin sahələri və yaşayış evlərini orada şəhərcik salsın deyə buldozerlə məhv edir və fələstinli də ondan zorla alınmış evini müdafiə edir. O, terroristdir? Terrorist bunları bombardman edən kəslərdir.​
05/05/2024
Mülahizə edin ki, ABŞ dildə İsraillə müxalifət etməklə hansı rəftarı sərgiləyir. Amerikalı tələblər nə dağıdıb tökmək şüarı verdilər, nə kimisə öldürdülər və nə də hər hansı bir yeri yandırdılar. Onlara qarşı bu şəkildə rəftar olunur.​
01/05/2024
Qəzza əhalisini bombalamaqla sionist rejimin yaratdığı faciə nəticə verməyəcəkdir.​
30/04/2024
Biz illərdir ki, Amerika və Avropanın kəskin sanksiyaları ilə üz-üzəyik. Bu sanksiyaların hədəfi nədir? Yalandan deyirlər ki, bu, nüvə silahı və bəşər hüququna görədir. Xeyr, bunlar deyil. Terrorizmi dəstəklədiyinə görə İrana sanksiya tətbiq edirlər. Onların gözündə terrorist kimdir? Qəzza əhalisi.​
19/02/2024
İnşallah, Qəzza xalqının qələbəsi günü-gündən daha aydın görünəcək.​
18/02/2024
(Hazırkı) Dünya nizamının puç olduğunu Qəzzada baş verən bu hadisədən anlamaq olar.​
17/02/2024
Qəzza hadisəsi Qərb sivilizasiyasını rüsvay etdi. Qərb sivilizasiyasında qəddarlıq o həddə rəvac tapıb ki, xəstəxananı vururlar, bir gecədə yüzlərlə insanı öldürürlər, dörd ay ərzində otuz minə yaxın insanı qətlə yetirirlər.​