Klip

Hər il təşkil olunan bu böyük yığıncaq mühüm bir hədəf güdməklə yanaşı, İran millətinin ehtiyac duyduğu bir hadisədir. Bu gün də mən əzəmətli İmam Xomeyninin baxış bucağından keçən ilin xordad ayından bu günə kimi baş verən iki mühüm mövzu haqda mətləb qeyd edəcəm.

Fələstin məsələsinə gəldikdə, əzəmətli İmam Xomeyninin Fələstinin gələcəyi ilə bağlı proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir. Əzəmətli İmam Xomeyninin Fələstin barədə istədiyi məsələ bu idi ki, saziş müzakirələrinə ürək bağlanmasın. İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı və düşməni geri çəkilməyə məcbur etməlidir. Bu gün bu hadisə həyata keçibdir.

Fələstinlilər Əqsa fırtınası əməliyyatında meydana daxil oldular, fəaliyyətə və hərəkətə keçdilər və düşməni meydanın elə bir küncünə sıxışdırdılar ki, qaçmaq üçün heç bir yol, xilas olmaları üçün heç bir vasitə yoxdur.

İki əsas və zəruri məqam.

Bir məqam budur ki, 7 oktyabrda baş verən Əqsa fırtınası əməliyyatı eynilə məntəqənin ehtiyac duyduğu bir hadisə idi. Amerika və sionist ünsürləri tərəfindən hərtərəfli və geniş bir plan cızılmışdı və hədəf də məntəqənin hesablamarını dəyişmək idi.

Bunun mənası sionist rejimin bütün Qərbi Asiyanın, daha doğrusu, bütün İslam dünyasının siyasət və iqtisadiyyatına yiyələnmək idi.

7 oktyabr fırtınası düşmənin tam dəqiqlik və incəliklə hazırladığı planı puça çıxardı.

İkinci məqam budur ki, bu əməliyyat sionist rejimə həlledici bir zərbə idi, özü də heç bir əlacı olmayan zərbə.

Sionist rejim bu zərbənin təsirindən elə bəlalara düçar oldu ki, bu bəlalardan xilas ola bilməyəcəkdir.

Amerika sionist rejimi himayə edir, bir çox Qərb dövlətləri dəstəkləyirlər, lakin hamısı etiraf edir və bunu qəbul edirlər ki, sionist hökuməti üçün meydana gələn şərait elə bir şəraitdir ki, ondan qurtulmağın həll yolu yoxdur.

Əqsa fırtınası belə bir möcüzə etdi; sionist rejimi elə bir yola gətirib çıxarıb ki, bu yolun sonu məhv olub aradan getməkdən başqa bir şey deyil.

Siz ki görürsünüz, sionist rejim belə bir şiddət və qəsavətlə Qəzzanın müdafiəsiz əhalisinə hücum edir, bu hücum həmin planın puça çıxmasına əsəbi bir reaksiyadır.

Biz sionist rejimin sona çatmasının başlanğıc dönəmindəyik.

Sionist rejim dünya əhalisinin gözü önündə tədricən əriyib aradan gedir. Artıq məhv olmaq üzrədir.