O, vurğuladı ki, amerikalılar müharibə ilə hədələsələr də, özlərinin siyasi, iqtisadi problemləri və beynəlxalq nüfuzlarının zəifləməsi səbəbilə bu sözlərin nəticələrinə dözə bilməyəcəklərini bilirlər və əlavə etdi:
"Onlar yaxşı bilirlər ki, səhv etsələr, onları necə bir aqibət gözləyir".
Ayətullah Xamenei Amerika prezidentinin “Dünyanın ən güclü ordusuna malikik” iddiasına toxunaraq buyurdu:
"Dünyanın ən güclü ordusu belə bəzən elə bir sillə yeyə bilər ki, ayağa qalxa bilməz".
O Həzrət amerikalıların digər hədəsi və addımı olan İran istiqamətinə hərbi gəmi göndərməsi barədə idi və belə bildirdi:
"Hərbi gəmi, əlbəttə, təhlükəli vasitədir, amma ondan daha təhlükəli olan, o gəmini dənizin dibinə göndərə biləcək silahdır".
Ayətullah Xamenei Amerika prezidentinin 47 il keçməsinə baxmayaraq, İslam Respublikasını məhv edə bilmədiklərini etiraf etməsinə işarə edərək qeyd etdi:
"Bu, yaxşı etirafdır. Əlbəttə, mən deyirəm ki, sən də bu işi bacarmayacaqsan. Çünki İslam Respublikası xalqdan ayrı bir hakimiyyət deyil. Canlı, möhkəm və dayanıqlı bir millətə söykənir".
O Həzrət Amerikanın çoxsaylı iqtisadi, siyasi və ictimai problemlərini Amerika imperiyasının tənəzzül və süqut prosesinin əlamətləri kimi qiymətləndirdi və dedi:
"Amerikanın bizimlə problemi budur ki, İranı udmaq istəyir, lakin İran xalqı və İslam Respublikası onların bu hədəfinin həyata keçməsinə mane olur".
İnqilab Rəhbəri fasid və zalım Amerika imperiyasının süqutunun digər əlamətlərindən birini də onların məntiqsizliklərində gördü və dedi:
"Onların məntiqsiz davranışlarının nümunələrindən biri İranın daxili işlərinə, o cümlədən bizim mühüm məsələlərimizdən biri olan silahlanma məsələsinə müdaxilə etmələridir".
İnqilab Rəhbəri, Ayətullah Xamenei “Xalqın çəkindirici silahlara malik olmasını” zəruri və vacib adlandırdı:
"Hər bir ölkə çəkindirici silahlara malik olmazsa, düşmənlərin ayağı altında tapdalanar. Lakin amerikalılar silah məsələsinə müdaxilə edərək deyirlər ki, siz filan növ və ya filan mənzilli raketə malik olmamalısınız. Halbuki bu məsələ İran xalqına aiddir və onların buna heç bir aidiyyəti yoxdur".
O Həzrət Amerikanın İranın ölkənin idarə olunması, tibbi, kənd təsərrüfatı və enerji məqsədləri üçün dinc nüvə sənayesindən istifadə hüququna müdaxiləsini də onların digər məntiqsiz davranışı kimi qiymətləndirdi və amerikalılara xitabən dedi:
"Bu məsələ İran xalqına aiddir. Bunun sizə nə aidiyyəti var?"
Ayətullah Xamenei belə xatırlatdı:
"Nüvə obyektlərinə və zənginləşdirmə hüququna malik olmaq haqqı Beynəlxalq Atom Enerjisi Agentliyinin müqavilə və qaydalarında da bütün ölkələr üçün tanınıb və amerikalıların milli hüquqlara müdaxiləsi onların indiki və əvvəlki dövlət rəsmilərinin nizamsız düşüncəsinin göstəricisidir".
İnqilab Rəhbəri amerikalıların daha qəribə məntiqsizliyini isə onların danışıqlara dəvət formasında gördü və qeyd etdi:
"Onlar deyirlər ki, gəlin nüvə enerjisi barədə danışıqlar aparaq, amma danışıqların nəticəsi əvvəlcədən belə müəyyən edilir ki, siz nüvə enerjisinə malik olmamalısınız!"
Ayətullah Xamenei vurğuladı ki, əgər danışıqlar aparılacaqsa, nəticəni əvvəlcədən müəyyənləşdirmək səhv və axmaqcasına bir işdir. O əlavə etdi:
"Bu axmaq addımı Amerika hökuməti, prezidenti və bəzi senatorları atırlar və düşünmürlər ki, bu yol onlar üçün çıxılmaz vəziyyət yaradır".
İnqilab Rəhbəri Ayətullah Xamenei yanvar ayının əvvəlində baş verən fitnənin mahiyyətini izah edərək dedi:
"Amerikanın və sionist rejimin kəşfiyyat və casusluq orqanları bəzi digər ölkələrin xüsusi xidmət qurumlarının köməyi ilə çox müddət əvvəl bir qrup şər qüvvəni və ya şər törətməyə meyilli şəxsləri cəlb etmiş, onlara xaricdə təlim, pul və silah vermiş və hərbi və dövlət mərkəzlərinə hücum və təxribat üçün ölkə daxilinə göndərmişdilər ki, münasib fürsətdə hərəkətə keçsinlər. Bu fürsət də yanvar ayının əvvəllərində onların əlinə düşdü".
O Həzrət belə xatırlatdı:
"Təlim keçmiş ünsürlər təcrübəsiz və sadə insanlardan ibarət bir qrupu önə verdilər, özləri isə müxtəlif silahlarla və “Sərt və amansız hərəkət” siyasəti ilə meydana daxil oldular və İŞİD kimi qəribə bir vəhşiliklə “Od vurdular, öldürdülər və dağıtdılar”.
Ayətullah Xamenei bu addımların əsas məqsədini sistemin əsaslarını sarsıtmaq kimi qiymətləndirdi və buyurdu:
"Hüquq-mühafizə orqanları, Bəsic, SEPAH və çoxlu sayda xalq nümayəndələri iğtişaşçılar qarşısında dayandılar və bütün hazırlıqlara və böyük xərclərə baxmayaraq “Çevriliş” açıq şəkildə məğlub oldu, meydanın qalibi isə xalq oldu".
O Həzrət iğtişaşlarda axıdılan qanlarla bağlı əlavə belə dedi:
"Fitnənin başçıları və çevrilişçilərdən olan bir qrup öz cəzalarına çatdı və onların işi Allahın öhdəsindədir. Lakin həlak olan digər üç qrupun hamısını öz övladlarımız hesab edirik və hamısının matəmini saxlayırıq".
İnqilab Rəhbəri birinci qrup həyatını itirənləri, yəni “Hüquq-mühafizə orqanları, Bəsic, SEPAH və onlarla birgə olan xalqı” cəmiyyətin və sistemin təhlükəsizliyi, asayişi və sağlamlığının üstün və seçilmiş şəhidləri adlandırdı və əlavə etdi:
"İkinci qrup yoldan keçənlər və günahsız insanlar da şəhiddirlər. Üçüncü qrup isə sadəlövhlük edib fitnəçilərlə birgə hərəkət edən “Aldadılmış şəxslərdir”.
Ayətullah Xamenei amerikalıların İŞİD-i yaratdıqlarını etiraf etmələrinə işarə edərək dedi:
"O İŞİD az-çox aradan gedib, amma bunlar “Yeni İŞİD-lərdir” və bu məsələdə bütün məsullar və xalq ayıq-sayıq olmalıdır".
Sonda o Həzrət 12 yanvar və 11 fevral yürüşlərini “İlahi ayələrdən” hesab etdi və vurğuladı:
Bu cür düşmənçilik və fitnələrə qalib gələn əziz xalq bu aşkar İlahi tövfiqi “Hazırlıq, sayıqlıq və milli birlik”lə qorumalıdır.