Şaban bayramları və İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə baş tutdu
İslam İnqilabının Rəhbəri Ali Məhkəmənin sədrinin ümumi və inqilab məhkəmələri, Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı və hökumətin nəzarət-cəza orqanı tərəfindən məhkum edilmiş iki min yüz səkkiz (2108) nəfərin əfv olunması və ya cəzasının yüngülləşdirilməsi və dəyişdirilməsi barədə müraciəti ilə razılaşdı.
Höccətül-İslam vəl-Müslimin Möhsüni Ejei Şaban ayındakı bayramlar və İslam İnqilabının qələbəsinin qırx yeddinci ildönümü münasibətilə Həzrət Ayətullah Xameneiyə ünvanladığı məktubda həmin məhkumlar üçün əfv, cəzanın yüngülləşdirilməsi və ya dəyişdirilməsi barədə müraciət etmişdi.