Müqəddəs Müdafiə illərində kimlər hücuma keçmişdilər? Əgər bu baxışla Müqəddəs Müdafiə illərinə baxsaq, Müqəddəs Müdafiə illərinin əzəmət və əhəmiyyəti aydın olacaqdır. Amerika, Avropa ölkələri, Sovet İttifaqı və o zamanın bütün qüdrətləri bir cəbhədə yer aldılar və İslam Respublikasına qarşı müştərək olaraq hücuma keçdilər.
Şərq bloku, keçmiş Sovet İttifaqı və Şərqi Avropa ölkələri Səddama lazım olan bütün quru və hava hərbi imkanlarını verdilər. O zamanlar raket baha idi və ona görə də (İraqın) artilleriyasını elə təchiz edirdilər ki, çox xərc çəkmədən Tehranı topla vura bilsinlər.
Ömrünün mühüm bir dönəmində, təxminən ömrünün son otuz ilində Şəhriyar çox gözəl bir irfani və mənəvi dövr keçirdi. O, Quran və mənəviyyatla ünsiyyət qurmuşdu və özünü düzəltməklə məşğul olmuşdu. Yəni özünə (mənəvi cəhətdən) yetişdi, öz batin və mənəviyyatına səfa bəxş etməyə çalışdı.
İslam Respublikasının əleyhinə müşahidə etdiyiniz bu qədər çox cəncəl bizim qüdrətimizdən xəbər verir. İmam Xomeyni (r.ə) bir zaman buyurmuşdu ki, əgər İslam Respublikası önəmli bir şey deyilsə, nə üçün onun əleyhinə bu qədər düşmənçilik edirlər? Əgər əhəmiyyəti yoxdursa, nə üçün onunla qarşıdurma yaradırlar və özlərini öldürürlər? Bu, İslam Respublikasının qüdrətinə dəlildir.
"وَعْدَ اللَّهِ لا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَ لكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ"
"Allah bu vədi verib, Allah əsla öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir". (Rum surəsi, ayə 6)
Müqəddəs Müdafiə Həftəsi astanasında qabaqcıllar, şəhid ailələri, incəsənət xadimləri, yazıçılar, xilasedicilər, Müqəddəs Müdafiə illərinin veteran və fəallarından ibarət bir dəstə bu gün səhər saatlarında İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
Şəhriyar təmiz və saf, üstün əxlaqi keyfiyyətlərə malik bir şəxsiyyət idi. O, təvazökar, haqpərəst, təqvalı, səmimi, sədaqətli və şeir azuqəsini heç kimə satmayan bir insan idi. O, sağlığında şöhrət zirvəsinə çatsa da, tağutun tələbinə boyun əymədi.
Avropanın da vəziyyəti Amerikadan yaxşı deyil və tənəzzül etmək üzrədir. Bu günlər Afrika əhalisi Fransanın əl altısı olan hökumətləri süqut etdirirlər. Qərb qüdrətləri əvvəlki o qüdrətə sahib deyil və zəifləmək üzrədir. Bu, dünya miqyasında böyük bir dəyişikliyidir.