Zeynəb nəvayə gəldi Klip

Zeynəb nəvayə gəldi

İnqilab Rəhbəri 26.07.2000-ci  il tarixdə Ərdəbil vilayətinə səfəri zamanı bu vilayətin yüksək istedadlı elmi şəxslərinin iştirakı ilə keçirilən görüşdə İmam Hüseyn əleyhissəlamın məqamını vəsf edərək azəri dilində şeir və rövzə oxudu. Şeirin mətni:Ay batdı, sübh açıldı, Zeynəb nəvayə (sözə) gəldi, Zəhra dedi Hüseyn vay, aləm sədayə (sözə) gəldi. Sonra deyir ki, "Hüseyn qətlə yetirildi" adıyla məşhur oldu: Cənnatidən eşitdi Peyğəmbəri-gerami (dəyərli), nəleyinsiz (ayaqqabısız), əbasız Kərbü-bəlayə gəldi. Daha sonra bu hissəyə gəlib yetişir: Yel əsdi, gün tutuldu, zülmət fəzaya (hər yeri bürüdü) gəldi.​
İnqilab Rəhbərinin 1447-ci ilin Məhərrəm ayı Aşura gecəsi əzadarlıq mərasimi üçün İmam Xomeyninin hüseyniyyəsinə daxil olduğu an Video

İnqilab Rəhbərinin 1447-ci ilin Məhərrəm ayı Aşura gecəsi əzadarlıq mərasimi üçün İmam Xomeyninin hüseyniyyəsinə daxil olduğu an

Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 05.07.2025-cü il tarixdə şənbə hicri-qəməri təqvimi ilə 1447-cı ilin Məhərrəm ayının 10-ci gecəsi, İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.
İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti Video

İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti

Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025
Sionist rejimin Qəzzada törətdiyi soyqırım nəticəsində təxminən 60 min fələstinli qətlə yetirilib Klip

Sionist rejimin Qəzzada törətdiyi soyqırım nəticəsində təxminən 60 min fələstinli qətlə yetirilib

Heç bir dövlət və heç bir xalq Fələstini İran xalqı və İran dövləti kimi müdafiə etməmişdir. 15.01.2007
Biz döyüş meydanına doğru uçaraq gedirik. Klip

Biz döyüş meydanına doğru uçaraq gedirik.

Bu məğrur,cahil və təəssübkeş Bu gün öz ayağı ilə qəbrinin qazıldığı mübarizə meydanına qədəm qoyub. Bütün xalq hazırdır, hamımız vuruşacağıq. Xalqımız Əli ibn Əbu Talibin bu kəlamına inanıb. O Həzrət İslam döyüşçülərinə xitabən buyurdu: İzzət və şərəflə ölüm, zillət və alçaqlıqla yaşamaqdan üstündür. Qəbul edib və razılaşıb ki, əgər güclü hegemonların hökmranlığı altında məğlub halda sağ qalsa, həqiqətdə ölüdür. Əgər qanına boyana, lakin hegemon güclərin qanlı caynağını kəsmiş olarsa, onda diridir. Biz illərdir döyüş meydanını sınaqdan keçirmişik. Biz döyüş meydanına doğru uçaraq gedirik. Bizim döyüş meydanına getməyimizdə məğlubiyyət yoxdur. Allah məğlubiyyət yolunu üzümüzə bağlayıb. Təyyarəni nəzərə aldılar, amma millətləri nəzərə almadılar. Bizi bütün tağut rejimlərindən fərqləndirən şey məhz budur. Bizim gücümüz iman gücü, Allahın gücü və insan gücüdür. Bu güc məhv olmaz bir gücdür. Allahın nişanəsinin zahir olması nəzərdə tutulub  Ey Allahın əsgərləri, qərar verilib ki, hegemon güclərin ərazilərini fəth etməyə gedək. Müharibə bizim üçün müqəddəs və mübarək bir işdir.
Kömək yalnız yenilməz və hikmətli Allahdandır Klip

Kömək yalnız yenilməz və hikmətli Allahdandır

“Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.​
Allah bizim mövlamızdır Klip

Allah bizim mövlamızdır

Uca Allah Musaya və Haruna Fironun yanına getməyi əmr etdi. Təbii ki, bu, əzəmətli bir iş idi. İki nəfərin o günün əzəmətli bir qüdrəti ilə təkbaşına üzləşməsi və mübarizə aparmaq üçün getməsi (çox böyük bir işdir). Fironun qüdrəti çox əzəmətli bir qüdrət idi. Həzrət Musa dedi: “Pərvərdigara! Bəli, biz getsək mümkündür ki məsələn bizi öldürüb qətlə yetirsinlər, (nəticədə) işimiz yarımçıq qalsın”. (Təbii ki ) Öldürülməkdən qorxmurdular. Allah-təala Həzrət Musaya buyurdu: “Şübhəsiz, mən sizinləyəm, eşidirəm və görürəm”. Qorxmayın, qorxmayın! Vahiməyə düşməyin! Hesablamada səhvə yol verməyin, Allah sizinlədir. “Şübhəsiz, mən sizinləyəm, eşidirəm və görürəm”. Bədr döyüşündə kafirlər öz bütlərinin adlarını şüar olaraq səsləndirməyə başlayanda Peyğəmbər müsəlmanlara “Allahu Məvlana və la Məvla ləkum” demələrini buyurdu.   Allah bizim mövlamızdır, himayədarımızdır, gücümüz onun qüdrətinə arxalanır və sizdə (isə) bu yoxdur! İran millətinin qüdrətinin əsas və mühüm hissəsi Allahın himayəsinə etimada görədir. “Süstləşməyin və kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız, siz üstünsünüz”. Əgər qəlbdə və əməldə iman olarsa, dağlar bir cəmiyyət, bir dəstə və bir qüdrətli şəxsin qarşısında hamar olar! Firon hakimiyyətinin yaratdığı o qeyri-adi çətinliklərdə Musa öz qövmünə dedi: “İstəinu billahi vəsbiru” “Allahdan kömək istəyin, səbr edin və müqavimət göstərin”. “Şübhəsiz, yer üzü Allaha məxsusdur və istədiyini onun varisi edər. (Gözəl) Aqibət pərhizkarlarındır”. Mühüm olan budur! Bəziləri dedilər ki, biz ələ keçdik, lakin Allah-təala öz qüdrətini göstərərək Firon və onun qövmünə qələbə çaldı. Mən sizə deyirəm: “İnnə məiyə Rəbbi”. Bilin, Allah bizimlədir. Allahın bizimlə olmasının mənası iki nəfər əliyalını təkbaşına Fironla döyüşə göndərə bilməsidir. Bütün imkanlardan istifadə edirlər, bu mübarək inkişafı, bu İslam Respublikasını, bu təcəssüm etmiş inqilabı məğlub etmək üçün və (lakin) edə bilmədilər. Allah bizim mövlamızdır. İnanmayanlar bu qırx ilə baxsınlar! Bu qırx ildə dünyanın maddi qüdrətinin mərkəzi sayılan düşmənlərimiz bütün vücudları ilə bir araya gəldilər və bu inqilab və hərəkatın qarşısında dayandılar, zərbə vurdular və bütün güclərini sərf etdilər. Bütün vücudları ilə bir araya gəldilər və bu inqilab və hərəkatın qarşısında dayandılar, zərbə vurdular və bütün güclərini sərf etdilər. Qırx ildən sonra onlar ilk gündəkindən daha zəifdirlər, biz isə ilk gündəkindən daha güclü, bu onu göstərir ki, (Allahın buyurduğu kimi) “Mən sizinləyəm”, (bəli) Allah-təala bizimlədir, “Eşidirəm və görürəm”. Bu inqilab çox qəribədir, bu (inqilab) hələ bundan sonra da dünya hegemonlarına başağrısı verəcəkdir.
Allahın köməyinə doğru Klip

Allahın köməyinə doğru

İsrail nəinki bir ölkə, əksinə, Fələstin xalqına və digər müsəlman xalqlarına qarşı olan terror bazasıdır. Mən qətiyyətlə deyirəm bu səylər heç bir nəticə verməyəcək. Bu düşmən sionist rejiminin uçuruma doğru və pisləşən hərəkəti başlayıb və dayanmayacaq. Allahın adı ilə irəli gedin və bilin: “Allah ona kömək edənlərə kömək edər”. (Həcc/40)
Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatıb Klip

Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatıb

Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatmışdır. Bu, onillər əvvəl, təqribən, altmış il öncə bu rejimin əsas qurucularından və ilk Baş nazirlərindən biri olan Ben Qurionun xəbərdarlıq etdiyi məsələ idi. O demişdi ki, nə vaxtsa bizim qabaqlayıcı qüdrətimiz tükənsə, rejimimiz süqut edəcək. İndi isə həmin qabaqlayıcı qüdrət ya başa çatıb, ya da bitmək üzrədir.​
Biçarə olacaqsınız Klip

Biçarə olacaqsınız

Xəbis sionist düşmənə ağır zərbələr