زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Allahla olan kəs mütləq qalibdir Plakat

Allahla olan kəs mütləq qalibdir

İslam ölkələri rəsmilərinin namünasib əməllərinə və bütün çətinliklərə rəğmən, Quranda buyurulduğu kimi, Allah-təala mömin insanlarladır və Allahın olduğu hər yerdə qələbə olacaqdır.​
Tarix boyu ən mübarək hadisə olan Besət Plakat

Tarix boyu ən mübarək hadisə olan Besət

Bütün dünya müsəlmanlarını Məbəs bayramı münasibəti ilə təbrik edirəm. Qətiyyətlə deyə bilərik ki, tarix boyu dünyada bəşəriyyət üçün ən mübarək və ən böyük hadisə İslamın dəyərli Peyğəmbərinin (s) besətidir.
Məbəs haqq ardınca olanların qəlblərini cəzb edir Plakat

Məbəs haqq ardınca olanların qəlblərini cəzb edir

Məbəs bayramı münasibətilə dünyanın bütün haqq ardınca olanları və müsəlmanlarını təbrik edirəm. Əgər besətin (Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçilməyi) nidası haqq ardınca olanlara çatsa, əlbəttə, onların qəlblərini özünə cəzb edəcək.​
Besət cahiliyyət ilə mübarizədir Plakat

Besət cahiliyyət ilə mübarizədir

Dəyərli Peyğəmbərin (s) besətində (peyğəmbərliyə seçilməsində) ən önəmli şüarı və tutduğu istiqamət cahiliyyət ilə mübarizə idi.
Besətin bəşəriyyətə gətirdiyi ərməğan Plakat

Besətin bəşəriyyətə gətirdiyi ərməğan

Besətin ən böyük xəzinəsi tövhiddir. Çünki Allaha bəndəlik bəşəriyyəti başqalarının köləsi və qul olmasından xilas edir.
Besətin mesajı Plakat

Besətin mesajı

Düzdür, besət (Peyğəmbərin peyğəmbərliyə seçilməsi), tarixdə baş vermiş bir hadisədir. Ancaq biz olduğumuz zamanda da bu hadisədən bəhrələnə bilərik, yəni besətin bütün dövrlərdə olan müsəlmanlara mesajı budur ki, əgər insanların iradə və əzmi Allahın iradəsi ilə üst-üstə düşsə və İlahi iradəyə tabe olsa, insanlar, hətta mümkünsüz görünən işləri bacarar, normal düşüncə və hesablamalara görə əlçatmayan hədəflərə çata bilərlər.
İran xalqının yenidən həyata gəldiyi günlər Plakat

İran xalqının yenidən həyata gəldiyi günlər

Fəcr ongünlüyü İran milləti və əziz ölkəmizin yenidən həyata gəldiyinin xatirəsidir. Xalq bu günləri bayram edir və bayram etməklərində də haqq vardır.      
Fəcr ongünlüyü müsəlmanların bayramıdır Plakat

Fəcr ongünlüyü müsəlmanların bayramıdır

Bu günlər əzəmətli İslam inqilabının ildönümü (İranda inqilabın qələbə qazandığı) günləridir və İran milləti və hətta dünya müsəlmanları üçün bir bayramdır. İslam bu iftixara nail ola bildi ki, qarətçi və dünyanı talan edənlərlə mübarizə aparıb, bir millətə nicat versin.    
Şəhid Nəvvab Səfəvinin təsiri altında idim Plakat

Şəhid Nəvvab Səfəvinin təsiri altında idim

Gənclik dövrümdə mənə çox təsir edən şəxslərdən biri ilk növbədə mərhum Nəvvab Səfəvi idi. O, Məşhədə gələn zaman mənim təqribən 15 yaşım var idi. Mən son dərəcə onun şəxsiyyətinin təsiri altına düşdüm və Məşhəddən gedəndən bir neçə ay sonra onu çox pis bir vəziyyətdə şəhid etdilər. Bu hadisə də onun təsirini bizdə daha da gücləndirmiş oldu.  
Dövlət rəsmiləri və İslam ölkələrinin səfirlərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Dövlət rəsmiləri və İslam ölkələrinin səfirlərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

Dəyərli İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) Besət bayramı ilə eyni günə təsadüf edən və 08.02.2024-cü il tarixdə səhər saatlarında bir qrup dövlət rəsmiləri, İslam ölkələri nümayəndə və səfirləri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşüblər.