Hidden in list: 
Show in list
Bu tabloya baxanda, ağlayıram Plakat

Bu tabloya baxanda, ağlayıram

Mən, cənab Fərşçianın illər əvvəl mənə verdiyi tablosuna hər dəfə baxanda ağlamışam. Halbuki mənim sinəm Aşura səhəri və günortadan sonrakı hadisələri ilə bağlı rövzələrlə doludur. Axı kim bizdən daha çox bilir ki, bu barədə kim nə yazıb, nə oxuyub, nə deyib? Deyirlər, bu işlərlə məşğul olan adamların özləri ağlamır. Amma biz bu qədər rövzə bildiyimiz halda cənab Fərşçian [çəkdiyi tablo ilə] elə bir rövzə oxuyur ki, bizi ağladır. Bu necə faydalı, dərin məzmunlu və mənalı bir sənətdir ki, bir sənətkar bu halı yarada bilir?
Rza şahın hicab qadağasının mənşəyi Plakat

Rza şahın hicab qadağasının mənşəyi

Rza şah təkcə bir xarici səfər etdi və o səfər də Atatürk zamanı Türkiyəyə səfər idi. Orada hicabsız qadınları gətirib ona göstərdilər. Hicabsızlıq ideyasını onun zehninə yerləşdirdilər və sonra da ətrafında olanlar dedilər ki, sivilizasiya və bu kimi işlər Atatürkün gördüyü həmin işlərdir və o zamandan bunun fikrinə düşərək, bu işin müqəddimələrinə başladı. Sonra 1935-ci ildə bu iş artıq icbari oldu.
Qanlı Gövhərşad Məscidi – hicab qadağası Plakat

Qanlı Gövhərşad Məscidi – hicab qadağası

Gövhərşad Məscidi hadisəsinin əsas mövzusu mərhum Hacı Ağa Hüseyn Qumidir. O, Allah yolunda qorxmaz, hazırlıqlı və bütün təhlükələri gözə alan bir mücahid ruhanı idi. O, "Hicabın zorla açılması" məsələsində demişdi: "Mən gedib Rza xanla danışacağam və onu məcbur edəcəyəm ki, məni dinləsin." 28.03.2017   KHAMENEI.IR media orqanı Rza xan hakimiyyəti dövründə hicabın zorla açılmasına qarşı çıxanların 1935-ci ilin iyul ayında Məşhəd şəhərindəki Gövhərşad Məscidində baş vermiş qanlı hadisənin ildönümündə Hacı Ağa Hüseyn Quminin şəklini paylaşaraq onu bu hərəkatda ilk mücahid kimi qeyd etmişdir.
Hikmətin qələmi və Rza şahın tüfəngi Plakat

Hikmətin qələmi və Rza şahın tüfəngi

Rza şah zamanının Əli Əsğər Hikmət kimi məşhur mədəniyyət sahəsinin şəxsiyyətləri hicabın açılması mövzusunda mütəmadi rol ifa etdilər. Rza şahın əlində tüfəng var idi və bunlar da düşüncə formalaşdırıb, Rza şahı o tüfəngi harada istifadə etməsi üçün yönləndirirdilər. 
Biz güzəşt etməyəcəyik Plakat

Biz güzəşt etməyəcəyik

Bu gün bu alçaq, rəzil və xəbis kimliyə malik terrorçu sionistə qarşı qətiyyətlə hərəkət edilməlidir və inşallah, ediləcək də. Biz onlara heç bir güzəştə getməyəcəyik.
İran heç bir gücə boyun əyməyəcək Plakat

İran heç bir gücə boyun əyməyəcək

Bunu dünyanın bütün güc sahibləri və hegemonları bilməlidirlər ki, İran xalqı heç bir gücə boyun əyməyəcək.
Düşmənin psixoloji müharibədən olan hədəfi Plakat

Düşmənin psixoloji müharibədən olan hədəfi

Düşmənin hərbi meydanda yaratdığı psixoloji müharibədən məqsədi qorxu yaratmaq və geri otuzdurmaqdır. Qurani-Kərimin təbirinə görə, istənilən hərbi, siyasi, təbliğat və iqtisadi sahədə qeyri-taktiki geri çəkilmə İlahi qəzəblə nəticələnəcəkdir.
Kömək yalnız Allahdandır Mesaj

Kömək yalnız Allahdandır

“Kömək yalnız yenilməz və hikmətli Allahdandır”. Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.​
İran və Pakistan arasında isti münasibət Xəbər

İran və Pakistan arasında isti münasibət

İran və Pakistan arasında münasibətlər həmişə isti və qardaşcasına olub. Səddamın İrana qarşı tətbiq etdiyi müharibə zamanı Pakistanın yaxşı mövqeyi bu qardaşcasına münasibətlərə misaldır.
Aşura xalqların düyünlərini açacaq Plakat

Aşura xalqların düyünlərini açacaq

Həqiqətən də, İslamın İmam Hüseynin qiyamı ilə qorunduğuna dair bu etiqad düzgün bir etiqaddır. Təxminən yüz il əvvəlki dövrlə müqayisədə insanların dindarlığına zahirən bu günkü qədər qarşı çıxanlar yox idi, amma bu gün keçirilən mərasimlər daha coşqulu, daha təsirli və daha geniş miqyasda keçirilir. Bütün bunlar Hüseyn ibn Əlinin (ə) rəhbərliyi ilə dünyada irəliləyən bir həqiqətin və bir cərəyanın göstəricisidir. Bu cərəyan yol açacaq və xalqların düyünlərini açacaqdır.