زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Qərb sivilizasiyasındakı qəddarlıq rəvac tapıb Plakat

Qərb sivilizasiyasındakı qəddarlıq rəvac tapıb

Qəzza hadisəsi Qərb sivilizasiyasını rüsvay etdi. Qərb sivilizasiyasında qəddarlıq o həddə rəvac tapıb ki, xəstəxananı vururlar, bir gecədə yüzlərlə insanı öldürürlər, dörd ay ərzində otuz minə yaxın insanı qətlə yetirirlər.​
Bu şərtlərlə bəşəriyyət İslama cəlb olar Plakat

Bu şərtlərlə bəşəriyyət İslama cəlb olar

Müsəlmanlar islah olsalar və İslamın əsil və həqiqi nümunəsini bəşəriyyətə göstərsələr, bəşəriyyət İslama cəlb olunacaq.​
İmam Hüseynin İslam ümmətinə dərsi Plakat

İmam Hüseynin İslam ümmətinə dərsi

Bu gün o böyük şəxsiyyətin mövlud günüdür. Bu gündə Hüseyn ibn Əlidən (ə) dərs almaq gərəkdir. Hüseyn ibn Əlinin ümmətə verdiyi dərs budur ki, haqq, ədalət və onun həyata keçməsi, zülmlə mübarizə üçün həmişə hazırlıqlı olmaq və (insanın) bütün varlığı ilə meydana gəlməyi lazımdır. (İmam Hüseynin etdiyi iş) O miqdar və həddə nə mənim, nə də sizin görə biləcəyiniz bir işdir, lakin şəraitimizə, əxlaq və (gündəlik) rəftarlarımıza münasib olan həddə isə bu iş bizə də aid olur. Gərək (bunları) öyrənək.​
İslamın taleyi İmam Hüseyndən asılı idi Plakat

İslamın taleyi İmam Hüseyndən asılı idi

Bu gündə elə bir kəs dünyaya göz açdı ki, İslamın taleyi ondan, onun hərəkətindən, qiyamından, fədakarlıq və ixlasından asılı idi. Bu böyük şəxsiyyət bəşəriyyət tarixinə misli və bənzəri olmayan bir hərəkət təqdim etdi və bunu bəşəriyyətin gözü önündə sərgilədi ki, heç zaman unudulmayacaqdır. Bu (şəxs) nümunədir.​
Peyğəmbərin xitabı bu gün və hər zaman mövcuddur Plakat

Peyğəmbərin xitabı bu gün və hər zaman mövcuddur

Bu gün və həmişə bəşəriyyət İslam Peyğəmbərinin təlimlərinin müxatəbidir. Necə Peyğəmbər o gün insanları bütlərdən uzaq olmağa və onları sındırmağa çağırdısa, bu gün də eyni xitab mövcuddur. Bu, dəyərli İslam Peyğəmbərinin (s) və İslam besətinin bizdən tələbidir.​
Qəzza müsibəti bəşəriyyətin müsibətidir Plakat

Qəzza müsibəti bəşəriyyətin müsibətidir

Qəzza müsibəti İslam dünyasının, hətta ondan da yuxarı, bəşəriyyətin müsibətidir.​
İslam ölkələri sionistlərlə əlaqələri kəssinlər Plakat

İslam ölkələri sionistlərlə əlaqələri kəssinlər

İslam ölkələri rəsmilərinin ixtiyarında olan məsələ sionist rejimin həyati damarlarını kəsməkdir. İslam ölkələri sionist rejimlə siyasi və iqtisadi əlaqələri kəsməli və bu rejimə kömək etməməlidirlər.​
Qəzza xalqının qələbəsi qətidir Plakat

Qəzza xalqının qələbəsi qətidir

Qəzza xalqının qələbəsi qətidir və Allah-təala bu qələbəni İslam ümmətinə çox da uzaq olmayan bir zamanda göstərəcəkdir. Müsəlmanların, xüsusilə Fələstin və Qəzza xalqının qəlbi şad olacaq.​
Millətlər dövlətlərdən tələb etsinlər Plakat

Millətlər dövlətlərdən tələb etsinlər

Qəzza məsələsinə gəlincə, hökumətlərin vəzifəsi sionist rejimə siyasi və təbliğat yardımının, silah və istehlak mallarının getməsinin qarşısını almasıdır. Bu dövlətlərin vəzifəsidir. Millətlərin vəzifəsi hökumətlərin bu vəzifəni yerinə yetirməsi üçün onlara təzyiq göstərməsidir.
İslam ölkələri rəsmiləri yanlış mövqe sərgiləyirlər Plakat

İslam ölkələri rəsmiləri yanlış mövqe sərgiləyirlər

Bəzi hallarda İslam ölkələri rəsmilərinin mövqe sərgiləmə və bəyanatları yanlışdır, çünki Qəzzada atəşkəs kimi bir mövzudan söhbət açırlar ki, bu da onların ixtiyarından xaric və xəbis sionist rejimin əlində olan bir məsələdir. İslami ölkələrin rəsmiləri öz ixtiyarlarında olan məsələlərlə yanaşı fəaliyyətə keçməlidirlər.​