زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Əgər ürəkdən istiğfar etsəniz, bilin ki... Plakat

Əgər ürəkdən istiğfar etsəniz, bilin ki...

Əgər ürəkdən istiğfar diləyə bilsəniz, əzm göstərib hərəkət etsəniz, bilin ki, İlahi tövfiq və diqqət halınıza şamil olur, sizi (mənəvi aləmə tərəf) cəzb edirlər və (özlərinə tərəf) çəkirlər.
Quranın verdiyi mübarizə meyarı Video

Quranın verdiyi mübarizə meyarı

Ehtiyatlı olmalıyıq ki, yolu yanlış getməyək, səhv etməyək və haqla batili səhv salmayaq. Quran bizlərə meyar verib. Quran buyurur ki, "Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar". Bizim söhbətimiz bundan gedir ki, görəsən, biz Peyğəmbərləyik, ya yox? (Yol budur, axı). Bunun əlaməti vardır: "Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdir". Əgər siz görsəniz ki, getdiyiniz bu yol kafirləri şad edir, bilin ki, kafirlərə qarşı sərt deyilsiniz. Demək, Allah Rəsulu ilə deyilsiniz, Peyğəmbərlə birlikdə deyilsiniz. Amma əgər görsəniz ki, xeyr, bu getdiyiniz yol hegemonları, din və İslamın ziddinə olan zalım dövlətləri narahat edir, əsəbi edir, bəs, düz yoldur. Bu kafirlərə qarşı sərt olmaq deməkdir. Bu oldu meyar və ölçü. Gərək diqqətimizi cəmləyək, nə etdiyimizi və nə danışdığımızı bilək. Danışdığımız söz düşmənin planı istiqamətində olmamalı, düşmənin cədvəlinin pazıllarını tamamlamamalıdır. Bəzən mümkündür ki, bir nəfər qəflət edib bir hərəkət etsin və bir söz desin ki, düşmənin plan cədvəlini doldursun, bu, təhlükəlidir. Ehtiyatlı olmaq lazımdır ki, bu baş verməsin. Əgər biz ehtiyatlı olsaq, düşmən heç bir qələt edə bilməz, heç bir iş görə bilməz.
İmam Həsən Əskərinin ümidverici məktubu Plakat

İmam Həsən Əskərinin ümidverici məktubu

Şiələrin bir dəstəsi belə düşünürdülər ki, İmam Həsən Əskəri (ə) öz atalarının yolundan dönmüşdür. İmam Həsən Əskəri (ə) onlara (yazdığı) məktubunda buyurur: "Bizim niyyət və əzmimiz həmişə olduğu kimi möhkəmdir. Qəlbimiz sizin xoş niyyət və xoş düşüncələrinizlə hüzur tapır". Görün bu, şiələr üçün necə də enerji bəxşdir... Bu, İmam və tərəfdarları arasında olan həmin möhkəm təşkilati bir əlaqədir.
Hər təbəqə üçün istiğfar və tövbənin əhəmiyyəti Plakat

Hər təbəqə üçün istiğfar və tövbənin əhəmiyyəti

Allah-təala Quranda təkrar-təkrar bağışlanma diləmək və Allaha doğru tövbə etməyə əmr edir. Tövbə, yəni qayıdış. Bu qayıdış həm iman mərhələsindədir, həm də əməl və rəftar. Bizim səhlənkarlıqlarımız olub və (indi də) vardır. Özümüzü islah etməliyik və bunun da birinci dərəcəli əhəmiyyəti vardır. Mübarək "Hud" surəsi belə başlayır: "Bağışlayan və mehriban Allahın adı ilə. Əlif, Lam, Ra. Ayələri möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən ətraflı şəkildə izah edilmiş bir kitabdır. (Mənim dəvətim bundan ibarətdir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm. Öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra ona tərəf qayıdasınız". Yəni Quranın risaləti birinci növbədə tövhid məsələsidir. Dərhal Allaha qayıdış və Allahdan məğfirət diləməkdən söhbət gedir. Bu bütün təbəqələrə–peyğəmbərlərdən tutmuş aşağı dərəcədə olanlara qədər hamıya aiddir. Lakin istiğfar etməyimizə səbəb olan günah bizdə bir cür, pak və seçilmiş insanlarda isə başqa cürdür.
Xudbinlikdən istiğfar etməliyik Plakat

Xudbinlikdən istiğfar etməliyik

Xudbinlikdən istiğfar etməliyik. (Yalnız) Özünü istəmək Allahı istəməyin müqabilində dayanıb.
Zəmanə qüdrətləri qarşısında vahid bir mübarizə xətti Plakat

Zəmanə qüdrətləri qarşısında vahid bir mübarizə xətti

Hədislərdə görmüşük və oxumuşuq ki, Əhli-beyt imamlarının (ə) həyatı Allah yolunda başdan-ayağa mücahidlik və mübarizə olmuşdur. İmam Səccaddan (ə) tutmuş on birinci imam olan İmam Həsən Əskəriyə (ə) qədər (bütün imamlar üçün) vahid bir xətt mövcuddur. Bu vahid xətt başdan-ayağa təlaş, döyüş, zəmanənin (hakim) qüdrəti və onlara bağlı olanların müqabilində cəbhələşməkdən ibarət davamlı bir xətdir.
İmam Əskəri (ə) zamanında şiə təşkilatlarının fəaliyyətlərinin pik həddə çatması Plakat

İmam Əskəri (ə) zamanında şiə təşkilatlarının fəaliyyətlərinin pik həddə çatması

Bu üç imamın, yəni İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əskərinin (ə) Mədinədən birbaşa İraqa gətirilməsinin, hər üçünün  İraqda qalmasının,  orada şəhid olmasının, (elə ordada da) dəfn olunmasının və eləcə də cavanlıq dövründə qətlə yetirilməsinin səbəbi bu idi ki, şiə təşkilatı bu üç imamın dövründə öz qüdrət zirvəsinə çatmışdı.
Rəbiül-əvvəl ayı həyatın baharıdır Plakat

Rəbiül-əvvəl ayı həyatın baharıdır

Mərifət əhli və mənəvi yolu seyr edən kəslərdən bəzilərin etiqadı budur ki, Rəbiül-əvvəl ayı həyatın və yaşayışın baharıdır. Çünki bu ayda əziz Peyğəmbər və o cümlədən ali cənab övladı Həzrət Əba Əbdillah Cəfər ibn Muhəmməd Sadiq (əleyhissəlam) dünyaya gəliblər və Peyğəmbərin mövludu Allahın-təalanın bəşər üçün təqdir etdiyi bütün bərəkətlərin başlanğıcıdır.
İstiğfar—ən yaxşı dua Plakat

İstiğfar—ən yaxşı dua

(Hədisdə buyurulur:) "Ən yaxşı dua istiğfar etməkdir". Allah-təaladan bağışlanma diləmək bütün dualardan üstündür.  
Səddama bu döyüşdə əsas Amerika kömək edirdi Plakat

Səddama bu döyüşdə əsas Amerika kömək edirdi

Deyilirdi ki, Səddamı İrana hücuma keçməyə təşviq edən əsas Amerikalılar idi. Sonra da döyüş zamanı kəşfiyyat yardımı olan ən əsas köməyi də Amerikalılar edirdilər. Daimən hava kordinantlarını, döyüş mövqelərimizin planını çəkib Səddamın ixtiyarına verirdilər. Döyüşün taktiki gedişatlarını onun ixtiyarında qoyurdular.