زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Fərqlilik sadəlikdədir Plakat

Fərqlilik sadəlikdədir

Qoyun evlilik müsəlman bir qız üçün Fatimeyi-Zəhranın (əleyha əs-salam) evliliyi kimi olsun. Yəni mömin kişi və xanım arasında İlahi eşq və bənzərsiz şövqlə düyünlənmiş, həmçinin İlahi və şərif olan iki ünsür arasında sözün həqiqi mənasında yoldaşlıq əsasında olmaqla yanaşı, bütün cah-cəlaldan, təmtəraqdan, puç və mənasız şöhrətlərdən uzaq bir evlilik olsun.   16.01.1990
Peyğəmbərin böyük dərsi Plakat

Peyğəmbərin böyük dərsi

İzzət günündə, zillət günündə, çətinlikdə, asanlıqda – hər bir halda Allahı yada salmaq, Allaha söykənmək, ondan istəmək– bunların hamısı Peyğəmbərin bizə verdiyi böyük dərsdir. Seyid Əli Xamenei 27.09.1991
Dünyanın ən mənfur rejimi Plakat

Dünyanın ən mənfur rejimi

Bu gün bizim düşmənimiz, yəni sionist rejim dünyanın ən mənfur rejimidir. Xalqlar da sionist hökumətdən iyrənir, ona nifrət edirlər, dövlətlər də bu hökuməti məhkum edirlər.   25.08.2025
Camaatla gözəl əxlaqla davranmaq Plakat

Camaatla gözəl əxlaqla davranmaq

Peyğəmbərin İlahi və təbii bir heybəti vardı və onun hüzurunda camaat özünü itirirdi, amma o, insanlarla nəvaziş və gözəl əxlaqla davranırdı. Bir cəmlə oturduğu zaman isə onun peyğəmbər və bu toplumun rəhbəri, böyüyü olduğu seçilmirdi.   Seyid Əli Xamenei 27.09.1991
Peyğəmbərin yaşam tərzi Plakat

Peyğəmbərin yaşam tərzi

Peyğəmbər qulamlarla oturub-durur, onlarla birlikdə yemək yeyir və sadə libas geyinirdi. Qarşısına hansı yemək var idisə, ondan yeyirdi, bir yeməyi xoşuna gəlmədiyi üçün rədd etmirdi. Bütün bəşəriyyət tarixində bu əxlaq misilsizdir.   Seyid Əli Xamenei 27.09.1991
Fələstin probleminin həlli ümumxalq səsverməsinə qədər müqavimət göstərməkdir Klip

Fələstin probleminin həlli ümumxalq səsverməsinə qədər müqavimət göstərməkdir

Fələstin probleminin həlli: Ümumxalq səsverməsinə qədər müqavimət göstərməkdir
Evlilikdə olan təmtəraqdan uzaq olun Plakat

Evlilikdə olan təmtəraqdan uzaq olun

Biz insanlar arasında başqa problemlərdən biri də aşırı həddə təmtəraq dalınca olmaqdır. Məhz təmtəraq dalınca olmaqdır ki, evliliklərdə problem yaradıb. İstər gənc oğlan, istərsə də gənc bir qız evlilik yaşında evlənməyə qadir deyildir. Nə üçün? Çünki ata-anası qohumları arasında, məsələn, filan cür mehriyyə, filan cür cehiz, filan cür təmtəraq və qonaqlıqlara görə üzə düşüblər. Bunlara görə evlilik xərcləri çoxalıb. Belə bir təmtəraqlıq müsabiqəsindən uzaqlaşmaq lazımdır. Bir dəstə bu cür təmtəraqlıq ardınca olmaq müsabiqəsini başladıblar. Özünüzü bu müsabiqədən kənarlaşdırmalısınız və bu bizim işlərimizdə olan eyiblərdən biridir.   Seyid Əli Xamenei  21.03.2023
İranın peşman edici zərbə vurmasını gözləmirdilər Plakat

İranın peşman edici zərbə vurmasını gözləmirdilər

Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Peyğəmbərin hökumət əxlaqı Plakat

Peyğəmbərin hökumət əxlaqı

Peyğəmbərin hökumət əxlaqı belə idi: düşmənin vəsvəsələri qarşısında ayıq-sayıq, möminlər qarşısında isə təvazökar.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 12.05.2000
İbadət və istiğfardan qəflət etməmək Plakat

İbadət və istiğfardan qəflət etməmək

Peyğəmbər (s) o məqam, şan-şöhrət və əzəməti ilə belə ibadətindən qafil olmurdu, gecənin yarısında ağlayır, dua və istiğfar edirdi. Ümmü Sələmə belə dedi: “Ya Rəsuləllah! Allah-taala səni bu qədər ucaldıb, günahlarını bağışlayıb, bəs nə üçün ağlayırsan?” Buyurdu: “Əgər Allahdan qafil olsam, məni nə saxlayar?” Bu isə bizim üçün dərsdir.   Seyid Əli Xamenei 27.09.1991