Plakat
Əli ibn Əbu Talibin vilayəti, yəni nə? Yəni fikirlərində Əlinin ardınca olasan, fəaliyyətlərində Əlinin yolunu izləyəsən. (Vilayət) Səni Əli ibn Əbu Talib ilə güclü, möhkəm və nöqsansız bir əlaqə ilə bağlasın, (yəni) Əlidən ayrılmayasan. Budur, vilayətin mənası. Yaxşı anladınız ki, vilayət nədir? Məhz burada bu hədisin mənasını başa düşürük: "Əli ibn Əbu Talibin vilayəti mənim qalamdır". Əli ibn Əbu Talibin vilayəti mənim qalam və hasarımdır. Allah buyurur: "Hər kəs bu qalaya daxil olarsa, mənim əzabımdan amanda qalar". Hər kəs bu hasara daxil olarsa, Allahın əzabından amanda qalar. Çox maraqlı bir sözdür. Yəni nə? Yəni müsəlmanlar, Quran ardıcılları əgər həm fikir və düşüncə və həm də əməl və fəaliyyət cəhətindən Əli ibn Əbu Talibə bağlansalar, Allahın əzabından amanda qalarlar. Məgər bundan başqa bir şeydir? Məgər bundan qeyrisidir? Əgər Əli ibn Əbu Talib bu gün tanınsa, tanındıqdan sonra mən və sən alicənab onun kimi əməl etsək, o zaman vilayətə yiyələnərik; vilayət, yəni bu.