زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Hərəmin qonşuluğunda Video

Hərəmin qonşuluğunda

Təbriz ruhaniləri Məşhədə gələrkən ağanın görüşünə gələrdilər və bu bir adət idi. Nəcəf dövründən bunların ağa ilə dostcasına əlaqələri var idi, özləri də azəridilli idilər və bu da təsirsiz deyildi. Cənab Təbətəbai hər dəfə Məşhədə gələndə gözləmirdi ki, atam onun görüşünə gedə və özü bizim evə, yəni atamın evinə gələrdi. Əvvəllər ki cənab Təbətəbainin halı yaxşı idi, bir dəfə (Məşhədə) çatarkən gələrdi və bir dəfə də qayıtmaq istəyərkən gələrdi. Güman edirəm ki, bu zarafatı özündən eşitmişəm. Dedi ki, bu bizim görüş idi, o biri isə baş çəkmək. Atamın xüsusiyyətlərindən biri də çoxlu dostları, ünsiyyətdə olduğu dostlarının olması idi. Çünki vəfalı bir insan idi. Atam çox vəfalı, çox məhəbbət göstərən və mənəvi cəhətdən sağlam idi. Yəni ümumiyyətlə, hiylə və bu kimi işlərin əhli deyildi. Çoxlu dostları var idi.Məşhədə gələn şəxslərdən biri də Cənab Qazi idi. O, atamı görməyə gəldi, oturdu və dedi ki, mən qırx il öncə atamla ağanı görməyə gəlmişdim. Həmin ev idi, həmin pilləkənlər və həmin otaq. Ağa indi harda oturubsa, onda da həmin yerdə oturmuşdu. Mənim indi oturduğum yerdə də atam oturmuşdu. Heç bir şey fərq etməyibdir. O demək istəyirdi ki, ağa zöhd sahibi idi və həqiqətdə də o cür idi. Onun xüsusiyyətlərindən biri də dünya həyatında zöhdünün olması idi. O, həqiqətən də, yaşayışını yaxşılaşdıracaq və yaşayışında zərrə qədər dəbdəbənin hiss olunacağına səbəb olan bütün şeylərdən qaçırdı.
Elmdən insanları aldatmaq üçün istifadə edən Qərb Plakat

Elmdən insanları aldatmaq üçün istifadə edən Qərb

Müxtəlif elmlərdən, o cümlədən psixologiyadan istifadə edən qərblilər yüz faiz yalan mesajları öz müxatəblərinin beyninə həqiqət kimi yerləşdirirlər.
Hazırkı zamanda təbliğatın üstünlüyü Plakat

Hazırkı zamanda təbliğatın üstünlüyü

İslam Respublikası qurulandan sonra elmiyyə hövzələrinin vəzifələri arasında təbliğin üstünlüyü ikiqat artmışdır, çünki dinə əsaslanan siyasi nizamın qurulması hegemonların İslamla düşmənçiliyinin artmağına səbəb olmuşdur.
Allahın dini moizə ilə həyata keçirilə bilər Plakat

Allahın dini moizə ilə həyata keçirilə bilər

Allahın dini moizədən başqa bir yolla kütlə səviyyəsində düzgün şəkildə həyata keçirilə bilməz.
Fransızların Əlcəzairdə saysız-hesabsız cinayətləri Plakat

Fransızların Əlcəzairdə saysız-hesabsız cinayətləri

Fransızlar yüz ildən çox Əlcəzairdə cinayətlər törətmiş və insanları öldürüblər. Bəlkə də bir neçə il ərzində on minlərlə insan qətlə yetirilib. Budur liberalizm?
İddiaları ilə əməlləri bir olmayan Qərb Plakat

İddiaları ilə əməlləri bir olmayan Qərb

Əgər siz liberal və azadlıq tələb edənsinizsə, necə olur ki, Hindistan kimi çoxmilyonlu bir xalqı yüz ildən artıq müddət ərzində müstəmləkə altında saxlayıb bütün sərvətlərini oradan çıxarıb kasıb bir millətə çevirirsiniz? Budur liberalizm?!
Yalançı liberal-demokratiya cəbhəsi Plakat

Yalançı liberal-demokratiya cəbhəsi

Bu gün dünyada iki cəbhə arasında qarşıdurma mövcuddur. Bir cəbhə İslam nizamıdır, digər cəbhə isə özünü liberal- demokratiya adlandıran yalançı cəbhə. Halbuki o nə liberaldır, nə də demokrat.
Ölkə boyu bir qrup din mübəlliğləri və elmiyyə hövzəsi tələbələrinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Ölkə boyu bir qrup din mübəlliğləri və elmiyyə hövzəsi tələbələrinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

Ölkə boyu bir qrup mübəlliğ və elmiyyə hövzəsi tələbələri 12 iyul 2023-cü il tarixdə çərşənbə günü səhər saatlarında İmam Xomeyni (r.ə) hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
İmam Kazim (ə) və təqiyyə zirehi vasitəsilə mübarizə Plakat

İmam Kazim (ə) və təqiyyə zirehi vasitəsilə mübarizə

İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
Təqva siyasəti Video

Təqva siyasəti

Məclisdən bir iş üçün çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi namazların tətil olunması haqda qərara gəlinib. Ayətullah Seyid Cavad Xamenei camaatla Pəhləvi rejimi arasında olan problemdə açıq-aşkar mövqe tutmuşdu. SAVAK-ın (Şah zamanı Hüquq-Mühafizə orqanları) hesabatlarında o, Şaha zidd olan ruhanilərdən biri kimi tanınırdı. Pəhləvi rejimi öz hökumətini qanuni göstərməkdən ötrü mütamadi olaraq məzhəbi və mədəni mərasimlər keçirirdi. Atamız Məşhədin tanınmış əksər ruhanilərinin əksinə olaraq, bir dəfə də olsun, dövlətin rəsmi məclislərində iştirak etmədi. Bir dəfə də olsun, hətta onların yeməklərini, şam və naharlarını yemədi. Yəni haradan dövlət və rejimlə azacıq əlaqə şübhəsi olsa və iyi gəlsəydi, o, mütləq orada iştirak etməzdi. Babamız mərhum Seyid Haşim də o şəxslərdən idi. Bəlkə də Məşhəd alimləri içərisində iki-üç nəfər belə şəxslər var idilər ki, heç vaxt onların məclislərinə ayaq belə qoymamışdılar. Hamı bilirdi ki, Ayətullah Seyid Cavad Xamenei Şah və onun tərəfdarlarını rəsmi olaraq tanımırdı. Bir zaman o mənə deyirdi ki, əgər İmam Xomeyni xuruc (qiyam) etsə (xuruc keçmiş terminoloji mənasında), onunla ilk beyət edən şəxs mən olacağam. Bunu o özü deyirdi. Əlbəttə, onun İmam Xomeyni ilə əvvəldən əlaqə və dostluğu var idi, bir-birilərinə yaxın idilər və bunun da təsiri var idi. O, İmam Xomeynini çox istəyirdi. 1964-cü ildə Pəhləvi rejimi İmam Xomeynini Türkiyəyə sürgün etdikdə cənab Seyid Cavad bu hərəkətə etiraz olaraq Siddiqlər məscidində öz camaat namazını tətil edir. Heç vaxt bu namaz tətil olmamışdı. Cənab Quminin evində bir məclis təşkil olundu və qərara gəlindi ki, namazlar tətil olunsun. O məclisdə alimlər var idi və bütün alimlər orada idilər. Lakin o məclisin aparıcı qüvvələri mən, cənab Təbəsi, mərhum Haşimi Nejad, mərhum Seyid Mahmud Müctəhidi, cənab Muhami və başqa üç-dörd nəfər biz cavanlar idik. Biz orada dedik ki, namazlar tətil olunmalıdır. Bir neçə qərara gəldik və onlardan biri də namazların tətil olunması idi. Sonra mən bir iş üçün məclisdən çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi qərara gəlindi ki, namazlar tətil olsun, siz də namaza getməyin və o da qayıtdı. Ayətullah Seyid Əli Xamenei mübarizə illərinin ən şiddətli vaxtında atasının tutduğu mövqeni belə izah edir: "Alimlərin olduğu məclislərdə iştirak edirdi. Məşhəddə o məclisləri idarə edən mən idim və bəzən mənə deyirdi ki, sən mənim əvəzimə ona səs ver və de ki, mən də varam və bu işlə müvafiqəm”. Cənab Seyid Cavad qocalıq səbəbindən övladlarının yanında olmasına və köməklərinə ehtiyac duyurdu, amma siyasi mübarizələrin çətinliklərinə xatir bunları qəbul edirdi və çətinliklərinə qatlaşırdı. Hətta dörd oğlundan üçü eyni zamanda rejimin zindanında olduğu dövrdə belə. Mən, hətta bir dəfə də olsun, görmədim ki, o mənə etiraz olaraq desin ki, niyə zindana getməyinə səbəb olacaq işlər görürsən? Xeyr, heç vaxt. Atam nəinki narahat deyildi, hətta baş vermiş hərəkətlərin bu çətinlikləri yaradan səbəblərlə yanaşı olmasına baxmayaraq, atam sonradan bizimlə görüşmək üçün yanımıza da gəldi. Onun Pəhləvi hökuməti və səltənətinə qarşı münasibəti çox pis idi və bu da dini maraqlarına görə idi, siyasi və bu kimi cəhətlərdən deyil. Bunlar (hökumət) onun nəzərində dinsiz, fasiq, açıq-aşkar fəsad edən, zalım və bu qəbildən idilər. O, (Şah rejiminə) nifrət edirdi.