Təbriz ruhaniləri Məşhədə gələrkən ağanın görüşünə gələrdilər və bu bir adət idi.
Nəcəf dövründən bunların ağa ilə dostcasına əlaqələri var idi, özləri də azəridilli idilər və bu da təsirsiz deyildi. Cənab Təbətəbai hər dəfə Məşhədə gələndə gözləmirdi ki, atam onun görüşünə gedə və özü bizim evə, yəni atamın evinə gələrdi. Əvvəllər ki cənab Təbətəbainin halı yaxşı idi, bir dəfə (Məşhədə) çatarkən gələrdi və bir dəfə də qayıtmaq istəyərkən gələrdi. Güman edirəm ki, bu zarafatı özündən eşitmişəm. Dedi ki, bu bizim görüş idi, o biri isə baş çəkmək.
Atamın xüsusiyyətlərindən biri də çoxlu dostları, ünsiyyətdə olduğu dostlarının olması idi. Çünki vəfalı bir insan idi. Atam çox vəfalı, çox məhəbbət göstərən və mənəvi cəhətdən sağlam idi. Yəni ümumiyyətlə, hiylə və bu kimi işlərin əhli deyildi. Çoxlu dostları var idi.Məşhədə gələn şəxslərdən biri də Cənab Qazi idi. O, atamı görməyə gəldi, oturdu və dedi ki, mən qırx il öncə atamla ağanı görməyə gəlmişdim. Həmin ev idi, həmin pilləkənlər və həmin otaq. Ağa indi harda oturubsa, onda da həmin yerdə oturmuşdu. Mənim indi oturduğum yerdə də atam oturmuşdu. Heç bir şey fərq etməyibdir. O demək istəyirdi ki, ağa zöhd sahibi idi və həqiqətdə də o cür idi.
Onun xüsusiyyətlərindən biri də dünya həyatında zöhdünün olması idi. O, həqiqətən də, yaşayışını yaxşılaşdıracaq və yaşayışında zərrə qədər dəbdəbənin hiss olunacağına səbəb olan bütün şeylərdən qaçırdı.