زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
İmam Kazim (ə) və təqiyyə zirehi vasitəsilə mübarizə Video

İmam Kazim (ə) və təqiyyə zirehi vasitəsilə mübarizə

İmam Musa ibn Cəfərin (ə) şəxsi həyatında o Həzrətin yaxınlarından və xüsusi səhabələrindən İmamın (ə) nə üçün çalışdığından xəbəri olmayan bir kəs yox idi. İmam Musa ibn Cəfərin (ə) özü aşkar əməlləri və işarələri ilə, həmçinin yerinə yetirdiyi gizli işləri ilə bunu başqalarına göstərirdi. Hətta İmamın oturduğu xüsusi otağı haqqında o Həzrətin yaxınlarından olan hədisi nəql edən deyir ki, mən daxil oldum və gördüm ki, İmam Musa ibn Cəfərin otağında üç şey vardır: biri hədəfin cihad olduğunu çatdıran qılınc, digəri hədəfə çatmaq yolunda inqilabi və əziyyətlə dolu həyatın vasitə olmasını çatdıran cod paltar və bir də Quran var idi ki, hədəfin bu vasitələrlə Qurani bir yaşam tərzinə yetişmək olduğunu bildirirdi. Bunun üçün də bu çətinliklərə qatlaşırıq.
İftixarla dolu bir tarixin nəqli Video

İftixarla dolu bir tarixin nəqli

“Həyat buradadır” kitabının təqdimatı münasibətilə KHAMENEI.IR-in Azərbaycan bölməsi mediası İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin atası Ayətullah Seyid Cavad Xameneinin (r.ə) həyatının xülasəsi olaraq "İftixarla dolu bir tarixin nəqli" klipini təqdim edir. Həzrət Ayətullah Xamenei: “Təbriz və Azərbaycan məntəqəsi iki sabit və daimi kimliyə malik olubdur: biri İslam və İslami dindarlığa dərin bağlılıq və ikincisi isə İrana qarşı şiddətli qeyrət xüsusiyyəti. 17.02.2021
Qədir-Xum, yəni insan həyatının bütün sahələrinin idarəsi Plakat

Qədir-Xum, yəni insan həyatının bütün sahələrinin idarəsi

İslamı ictimai və siyasi məsələlərdən çıxarıb onu fərdi və insanların həyatının şəxsi məsələləri ilə məhdudlaşdırmağa çalışanların cavabı Qədir-Xum məsələsidir. Dəyərli Peyğəmbər (s) o həssas mövqedə, ömrünün son aylarında Allahın göstərişi ilə əsaslı və əhəmiyyətli bir məsələni bəyan edir və bu məsələ Peyğəmbər (s) zamanından sonrakı hökumət məsələsini bəyan etməkdir. Burada Əmirəlmömininin (imam) təyin edilməsi məsələsi təkcə mənəvi cəhətlərdən deyildir, əksinə, deyə bilərik ki, mənəvi cəhətlər təyin etməklə mümkün deyildir. Təyin etmək hökumət, ölkə idarəçiliyi, siyasət və İslam camiəsinin idarəçiliyi məsələlərində mümkündür. Peyğəmbər (s) bunları insanlara tövsiyə etdi.
Qədir-Xum vilayət və bütün müsəlmanlara aid bir məsələdir Plakat

Qədir-Xum vilayət və bütün müsəlmanlara aid bir məsələdir

Qədir-Xum məsələsi bütün müsəlmanlara aid bir məsələdir, çünki ədalətli hakimiyyət, fəzilət, və Allah vilayəti mənasındadır. Əgər Əmirəlmömininin vilayətindən yapışanlardan olmaq istəyiriksə, özümüzü və öz yaşayış mühitimizi ədalətə yaxınlaşdırmalıyıq.
Budur insan hüquqlarını müdafiə etmək? Klip

Budur insan hüquqlarını müdafiə etmək?

Bizim sərnişin təyyarəmizi Fars körfəzi səmasında bir amerikalı zabitin vasitəsilə hərbi gəmidən atılmış raketlə yerə saldılar. Bu təyyarədə üç yüz nəfərə yaxın sərnişin var idi və hamısı da qətlə yetirildi. Bu zabiti ciddi tənbeh etmək əvəzinə, Amerikanın o zamankı prezidenti ona mükafat və medal verdi. Millətimiz bunu yaddan çıxartsın? Yaddan çıxarda bilər məgər? Bunu bilin ki, sizin bu "Amerikaya ölüm olsun" şüarı və İran xalqının etdiyi bu fəryad əsaslı və güclü məntiqə söykənir. Bəziləri isə bunun əksini, yəni bu hərəkətin reallığı əks etdirmədiyini, emosional bir hərəkət olduğunu, habelə məntiq və ağıla söykənmədiyini göstərmək istəyirlər. Xeyr, belə deyil. Məlumdur ki, "Amerikaya ölüm olsun" şüarı Amerika millətinə ölüm olsun məqsədini daşımır. Amerika milləti də başqa millətlər kimidir, yəni (bu şüar) Amerikanın siyasətlərinə və hegemonlara ölüm olsun mənasındadır.
Qədir-Xum, yəni İslamın idarəçilik sistemi Plakat

Qədir-Xum, yəni İslamın idarəçilik sistemi

Qədir-Xum hadisəsi və Əmirəlmömininin (ə) dəyərli İslam Peyğəmbəri (s) tərəfindən İslam ümmətinin Əmr sahibi ünvanında təyin olunması böyük və dolğun mənalı bir hadisədir. Bu, həqiqətdə əziz Peyğəmbərin (s) camiənin idarəçilik məsələsinə dəxalət etməsidir. Hicrətin onuncu ili Zihəccə ayının on səkkizi baş verən bu hərəkətin mənası İslamın camiənin idarəçilik məsələsinə əhəmiyyət verməsidir. Bu cür deyil ki, İslam nizamında və İslam camiəsində idarəçilik işləri öz başına buraxılsın və buna etinasız yanaşılsın. Səbəb budur ki, bir cəmiyyətin idarə olunması məsələsi həmin cəmiyyətdə olan ən təsirli məsələlərdən biridir.
Allah yolundakı çətinliklərə tab gətirmək Plakat

Allah yolundakı çətinliklərə tab gətirmək

İmam Hadi və digər imamların (əleyhimussəlam) hamısı Allah hakimiyyətini və İlahi qanunları cəmiyyətlər üzərində bərqərar etmək xətti üzrə hərəkət ediblər. (Bu yolda) Səylər göstərildi, cihadlar edildi, əziyyətlər çəkildi. Bu yolda zindanlara, sürgünlərə, səmərəli və mənfəət dolu şəhidliklərə təhəmmül edilmişdir.
Məhkəməyə müraciət edənlərlə yaxşı rəftar olunmalıdır Plakat

Məhkəməyə müraciət edənlərlə yaxşı rəftar olunmalıdır

Məhkəməyə müraciət edən şəxs qaşqabaqla qarşılaşsa, işinə baxılmış olsa belə, qəlbi sınıq halda oradan çıxacaq, ona görə də insanlarla yaxşı rəftar etmək vəzifəsi səbir və dözümlülüklə yerinə yetirilməlidir.
Məhkəmə sistemində olan az fəsadla köklü mübarizə Plakat

Məhkəmə sistemində olan az fəsadla köklü mübarizə

Bu gün qərəzli və xəstə qəlbli insanlar məhkəmə sisteminə qarşı şayiə yayırlar, cəncəl yaradırlar. Məhkəmə sistmenin daxilindəki fəsad hər nə qədər az olsa da, kökündən təmizləməlisiniz.
Həcc bəşəriyyətin tərəqqisinə xidmət edə bilər Plakat

Həcc bəşəriyyətin tərəqqisinə xidmət edə bilər

Həcc mərasimi bəşər cəmiyyətinin tərəqqisinə və bütün insanların əmniyyət və (mənəvi cəhətdən) sağlamlığına xidmət edə bilər. Həcc bütün bəşəriyyəti ruhi, mənəvi və əxlaqi ucalığa çatdıra bilər, bu isə bugünkü bəşərin həyati ehtiyacıdır.