Məclisdən bir iş üçün çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi namazların tətil olunması haqda qərara gəlinib.
Ayətullah Seyid Cavad Xamenei camaatla Pəhləvi rejimi arasında olan problemdə açıq-aşkar mövqe tutmuşdu. SAVAK-ın (Şah zamanı Hüquq-Mühafizə orqanları) hesabatlarında o, Şaha zidd olan ruhanilərdən biri kimi tanınırdı.
Pəhləvi rejimi öz hökumətini qanuni göstərməkdən ötrü mütamadi olaraq məzhəbi və mədəni mərasimlər keçirirdi.
Atamız Məşhədin tanınmış əksər ruhanilərinin əksinə olaraq, bir dəfə də olsun, dövlətin rəsmi məclislərində iştirak etmədi. Bir dəfə də olsun, hətta onların yeməklərini, şam və naharlarını yemədi.
Yəni haradan dövlət və rejimlə azacıq əlaqə şübhəsi olsa və iyi gəlsəydi, o, mütləq orada iştirak etməzdi. Babamız mərhum Seyid Haşim də o şəxslərdən idi. Bəlkə də Məşhəd alimləri içərisində iki-üç nəfər belə şəxslər var idilər ki, heç vaxt onların məclislərinə ayaq belə qoymamışdılar.
Hamı bilirdi ki, Ayətullah Seyid Cavad Xamenei Şah və onun tərəfdarlarını rəsmi olaraq tanımırdı.
Bir zaman o mənə deyirdi ki, əgər İmam Xomeyni xuruc (qiyam) etsə (xuruc keçmiş terminoloji mənasında), onunla ilk beyət edən şəxs mən olacağam. Bunu o özü deyirdi. Əlbəttə, onun İmam Xomeyni ilə əvvəldən əlaqə və dostluğu var idi, bir-birilərinə yaxın idilər və bunun da təsiri var idi. O, İmam Xomeynini çox istəyirdi.
1964-cü ildə Pəhləvi rejimi İmam Xomeynini Türkiyəyə sürgün etdikdə cənab Seyid Cavad bu hərəkətə etiraz olaraq Siddiqlər məscidində öz camaat namazını tətil edir. Heç vaxt bu namaz tətil olmamışdı.
Cənab Quminin evində bir məclis təşkil olundu və qərara gəlindi ki, namazlar tətil olunsun. O məclisdə alimlər var idi və bütün alimlər orada idilər. Lakin o məclisin aparıcı qüvvələri mən, cənab Təbəsi, mərhum Haşimi Nejad, mərhum Seyid Mahmud Müctəhidi, cənab Muhami və başqa üç-dörd nəfər biz cavanlar idik. Biz orada dedik ki, namazlar tətil olunmalıdır. Bir neçə qərara gəldik və onlardan biri də namazların tətil olunması idi. Sonra mən bir iş üçün məclisdən çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi qərara gəlindi ki, namazlar tətil olsun, siz də namaza getməyin və o da qayıtdı.
Ayətullah Seyid Əli Xamenei mübarizə illərinin ən şiddətli vaxtında atasının tutduğu mövqeni belə izah edir: "Alimlərin olduğu məclislərdə iştirak edirdi. Məşhəddə o məclisləri idarə edən mən idim və bəzən mənə deyirdi ki, sən mənim əvəzimə ona səs ver və de ki, mən də varam və bu işlə müvafiqəm”. Cənab Seyid Cavad qocalıq səbəbindən övladlarının yanında olmasına və köməklərinə ehtiyac duyurdu, amma siyasi mübarizələrin çətinliklərinə xatir bunları qəbul edirdi və çətinliklərinə qatlaşırdı. Hətta dörd oğlundan üçü eyni zamanda rejimin zindanında olduğu dövrdə belə.
Mən, hətta bir dəfə də olsun, görmədim ki, o mənə etiraz olaraq desin ki, niyə zindana getməyinə səbəb olacaq işlər görürsən? Xeyr, heç vaxt.
Atam nəinki narahat deyildi, hətta baş vermiş hərəkətlərin bu çətinlikləri yaradan səbəblərlə yanaşı olmasına baxmayaraq, atam sonradan bizimlə görüşmək üçün yanımıza da gəldi.
Onun Pəhləvi hökuməti və səltənətinə qarşı münasibəti çox pis idi və bu da dini maraqlarına görə idi, siyasi və bu kimi cəhətlərdən deyil. Bunlar (hökumət) onun nəzərində dinsiz, fasiq, açıq-aşkar fəsad edən, zalım və bu qəbildən idilər. O, (Şah rejiminə) nifrət edirdi.