زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Dünya ətrafında 8 ay uğurlu səyahət Plakat

Dünya ətrafında 8 ay uğurlu səyahət

365 nəfərlik bir qrupun dünya ətrafında 65000 km yol qət etməsi və 8 ay müddətində su üzərində qalması dünyada böyük və nadir bir işdir. Üç okeanı səhayət etdiniz və başıuca şəkildə Vətənə qayıtdınız.
Plakat

"Nə qədər bacarırsınız, hazırlıqlı olun"...

86-cı Hərbi Dəniz Donanmasının dünya ətrafında çətin boğazlardan və su yollarından keçməsi "Nə qədər bacarırsınız, hazırlıqlı olun" ayəsinin bir nümunəsi idi. Sizin gördüyünüz iş zehinlərdə "Biz bacarırıq" şüarını gücləndirdi. Düşmən bunu görəndə özünü yığışdırmağa məcbur olur.
Amerikalıların dəniz oğurluğu Plakat

Amerikalıların dəniz oğurluğu

Gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi bütün ölkələr üçün təmin edilməlidir. Bu gün amerikalılar neft tankerlərinə təcavüz edir, dəniz qaçaqmalçılığı ilə məşğul olan qruplara kömək edirlər.
Qarətçilik Amerikanın səciyyələrindən biridir Plakat

Qarətçilik Amerikanın səciyyələrindən biridir

Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur.
İran İslam Respublikası 86-cı Hərbi Dəniz Donanması komandirləri, işçiləri və onların ailələri ilə olan görüşdən foto görüntülər Fotolar

İran İslam Respublikası 86-cı Hərbi Dəniz Donanması komandirləri, işçiləri və onların ailələri ilə olan görüşdən foto görüntülər

İran İslam Respublikasının 86-cı Hərbi Dəniz Donanması komandirləri, işçiləri və onların ailələri bu gün 06.08.2023-cü il tarixdə bazar günü səhər Ayətullah Xamenei ilə görüşüblər. Bir neçə müddət öncə 86-cı Hərbi Dəniz Donanması Yer kürəsini səkkiz aydan sonra 360 dərəcə dövr etməyi ilə öz dənizçilik fəaliyyətini uğurla başa vurdu.
Şeyx Fəzlullah Nuri niyə edam edildi? Plakat

Şeyx Fəzlullah Nuri niyə edam edildi?

Nə oldu ki, qərblilər, xüsusən də ingilislər bu məsələdə (məşrutə inqilabında) uğur qazandılar? Uğur qazanmaq üçün hansı üslubdan istifadə etdilər? Halbuki (bu işdə) əsas sayılan xalq alimlərin ixtiyarında ola bilərdi və Şeyx Fəzlullahın bu xalqın gözü qarşısında edam olunmasına imkan verilməzdi. (Əslində) İş belə olmalı idi. Məncə, problem ondan irəli gəldi ki, onlar ədalət tələb cinahının bəzi üzvlərini, yəni dindarları və əsasən də, alimləri aldadaraq həqiqəti onlardan gizlədə, ixtilaf yarada bildilər...İnsan görür ki, (düşmən) onların inhirafa (sapmağa) qarşı həssaslığını azaldıb. Amma mərhum cənab Şeyx Fəzlullah kimi bəzi insanlar öz həssaslığını itirmədilər. Eyni cinahdan olan başqa bir qrup isə bu həssaslığı itirərək nikbinliyə, hüsnü-zənnə qapıldı və bəlkə də, bir növ özünü görməzliyə vurdu. Təbii ki, insan təxmin edir ki, (bu işdə) bəzi şəxsiyyət və əxlaqi baxımdan zəifliklər və həvayi-nəfs təsirsiz deyildi.
Məhərrəm ayı dəyərlər ayıdır Plakat

Məhərrəm ayı dəyərlər ayıdır

Məhərrəm ayı İmam Hüseynin (ə) ayıdır, Hüseynə aid bir aydır, Seyyidüş- Şühədanın vücudunda təcəlli edən, parlayan dəyərlər ayıdır. (Məhərrəm) Şəhadət, cihad, ixlas, vəfa, güzəşt, dinin hifz olunmasına əhəmiyyət, Allah dini, habelə dinlə müxalif qüdrətlərin müqabilində dayanan müqavimət ayıdır.
Qərbdə qadına olunan böyük zülm Klip

Qərbdə qadına olunan böyük zülm

Avropalıların yenicə sənayeləri yaratdıqları o gün–19-cu əsrin əvvəllərində Qərb sərmayədarları tərəfindən bir çox zavodların ixtira edildiyi o gün onlar ucuz, gözləntisi olmayan və problem yaratmayan işçi qüvvəsinə ehtiyac duydular və “Qadın azadlığı” (şüarını) o gündən etibarən zümzümə etməyə başladılar.
İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin altıncı gecəsindən foto görüntülər Fotolar

İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin altıncı gecəsindən foto görüntülər

Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 29.07.2023-cü il tarixdə şənbə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 12-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi
İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin beşinci gecəsindən foto görüntülər Fotolar

İmam Xomeyni (r.ə) hüseyniyyəsində Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq məclisinin beşinci gecəsindən foto görüntülər

Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 28.07.2023-cü il tarixdə cümə hicri-qəməri təqvimi ilə 1445-ci ilin Məhərrəm ayının 11-ci gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi