12/09/2023
Qərb və hegemon qüdrətlər zəifləməkdədir. Amerika qüdrətinin göstəricisi tənəzzülə doğru getməkdədir. Amerika qüdrətinin göstəricilərindən biri də onun güclü iqtisadiyyatıdır ki, özlərinin dediklərinə əsasən, çökməkdədir.
05/07/2023
Bizim sərnişin təyyarəmizi Fars körfəzi səmasında bir amerikalı zabitin vasitəsilə hərbi gəmidən atılmış raketlə yerə saldılar. Bu təyyarədə üç yüz nəfərə yaxın sərnişin var idi və hamısı da qətlə yetirildi. Bu zabiti ciddi tənbeh etmək əvəzinə, Amerikanın o zamankı prezidenti ona mükafat və medal verdi. Millətimiz bunu yaddan çıxartsın? Yaddan çıxarda bilər məgər? Bunu bilin ki, sizin bu "Amerikaya ölüm olsun" şüarı və İran xalqının etdiyi bu fəryad əsaslı və güclü məntiqə söykənir. Bəziləri isə bunun əksini, yəni bu hərəkətin reallığı əks etdirmədiyini, emosional bir hərəkət olduğunu, habelə məntiq və ağıla söykənmədiyini göstərmək istəyirlər. Xeyr, belə deyil. Məlumdur ki, "Amerikaya ölüm olsun" şüarı Amerika millətinə ölüm olsun məqsədini daşımır. Amerika milləti də başqa millətlər kimidir, yəni (bu şüar) Amerikanın siyasətlərinə və hegemonlara ölüm olsun mənasındadır.
22/04/2023
Düşmənin bugünkü taktikası hiylə, təhrif, yalan, vəsvəsə, həqiqətin ziddini göstərmək, xalqları təhqir etmək, millətləri özlərinə qarşı bədbinləşdirmək, millətlərin qabiliyyət, üstünlük və parlaq tərəflərini gizlətməkdən ibarətdir. Düşmənin taktikasını bilməkdə yenilik ələ gətirmək və onu puç etməyin yollarını tapmalıyıq.
18/04/2023
Allahın mütləq qanunu budur ki, peyğəmbərlərin yolu qalib olacaqdır və Allah möminləri müdafiə edəcəkdir. Biz İslam İnqilabının qələbəsini gördük. Bu, haqqın batilə qələbə çalması idi. Səddam rejimi ilə müharibədə Amerika, Sovet İttifaqı, NATO və hətta bəzi müsəlman ölkələri, o cümlədən qonşumuz olan Türkiyə bizim əleyhimizə idilər, lakin biz qalib gəldik.
17/04/2023
Düşmənin zahiri baxımdan möhkəm və hərtərəfli hesablamalarının tamamilə məğlub edilə bilən olduğunu unutmamalıyıq. Gəlin indi bu deyəcəklərimi apardığımız bütün hesablamaların bir hissəsi qərar verək. Düzdür ki, düşmənin güclü informasiya sistemi, güclü hesablama sistemi, yaxşı silahlı qüvvələri və həmçinin çoxlu pulu var, lakin bunların hamısına baxmayaraq, insanın öz hesablamaları ilə düşməni məğlubiyyətə düçar etməsi tamamilə mümkündür. Əgər ağıl ilə məsələyə baxsaq və işin başını buraxmadan onun arxasınca getsək, düşmənin bütün cəhdləri məğlubiyyətlə sonlana bilər.
17/04/2023
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan daha zəif idi, Trampın Amerikası Obamanın Amerikasından daha zəif idi, bunun (Baydenin) Amerikası da Trampın Amerikasından daha zəifdir. Niyə deyirik zəifdir? Əvvəla, iki-üç il əvvəl Amerikada seçkilər zamanı ikiqütblülük yarandı. Bu ikiqütblülük hələ də şiddətli şəkildə öz gücündə qalır.Təbii ki, bu da zəiflikdir. Bu mətləb çox mühümdür. Bir neçə ay öncəki konqresdəki son seçkilərdə də məlum oldu ki, bu ikiqütblülük hələ də güclü şəkildə mövcuddur.
04/04/2023
Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan, Trampın Amerikası Obamanın Amerikasından və Baydenin də Amerikası Trampın Amerikasından daha zəifdir.
21/03/2023
  Amerikalılar dedilər ki, bizim İrana iqtisadi təzyiqimiz tarixdə görünməmiş bir təzyiqdir. Bütün yalanları ilə yanaşı, bunu düz dedilər. Məhz belə bir şəraitdə biz elm, texnologiya, nano, biotexnologiya, səhiyyə, nüvə və aerokosmik sahədə irəlilədik.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 21.03.2023
13/03/2023
ABŞ-ın sanksiyasına məruz qalan ölkələr bir-biri ilə əməkdaşlıq etməli, sanksiya taktikasını aradan qaldırmaq üçün birgə qrup yaratmalıdırlar və bu, mümkün olan bir işdir.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 13.03.2023
27/11/2022
Xoş gəldiniz əziz qardaş və bacılar! Qəhrəman bəsici gənclər! Sizin yüksək bəsici ruhiyyəniz bizim bu hüseyniyyəmizi nurlandırdı. Allaha həmd olsun ki, sizlər bu nura sahibsiniz. Bəsic həftəsi sizin hamınıza, o cümlədən bütün İran xalqına mübarək olsun.​
08/11/2003
Casus yuvasının ələ keçirildiyi həmin gün Amerika hökumətinin abır, etibar və vüqarı indikindən qat-qat yüksək idi. Siz bu günə baxmayın ki, Amerika insanların gözündə həqir olub, kiçilib və xalqlar açıq şəkildə Amerikanı söyür və onları lənətləyirlər. O gün isə belə deyildi. O gün Amerika dünyada birinci dərəcəli hegemon idi və heybətə sahib idi.