Əlimdə olan dərc olunmuş bir sənəddə deyilir ki, 1979-cu ilin dekabrında Karter MKİ-yə İran İslam Respublikasını devirmək əmri verir, yəni məhz inqilabın əvvəlindən onların planı bu idi. Maraqlı məqam budur ki, onlar bu işi propaqanda vasitəsilə etmək istəyirdilər
Casus yuvasının ələ keçirildiyi həmin gün Amerika hökumətinin abır, etibar və vüqarı indikindən qat-qat yüksək idi. Siz bu günə baxmayın ki, Amerika insanların gözündə həqir olub, kiçilib və xalqlar açıq şəkildə Amerikanı söyür və onları lənətləyirlər. O gün isə belə deyildi. O gün Amerika dünyada birinci dərəcəli hegemon idi və heybətə sahib idi.