İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İran və Özbəkistan arasında bənzərsiz tarixi, mədəni və elmi yaxınlığın mövcudluğuna işarə edərək buyurdu:
"Gərək bu müştərək zəminlərdən əlaqələrin genişləndirilməsi və müxtəlif sahələr üçün istifadə olunsun".

İslam İnqilabının Rəhbəri iki ölkə arasında uzun fasilədən sonra münasibətlərin canlanmasından məmnunluğunu bildirərək buyurdu:
"Təəssüf ki, uzun illər İran və Özbəkistan əlaqələri çox məhdud formada idi və ümidvaram ki, bu səfər və Tehranda baş tutan bu danışıqlar iki ölkə arasındakı əlaqələr üçün yaxşı bir gələcəyin başlanğıcı olar".

Həzrət Ayətullah Xamenei buyurdu:
"İran İslam Respublikasının Özbəkistanı Türkmənistan və Əfqanıstan vasitəsi ilə asanlıqla azad sulara birləşdirmək bacarığı vardır və bu arada əməkdaşlıq zəminləri ticarət, yükdaşıma və nəqliyyatdan daha yüksəkdir və elmi, texnoloji və başqa sahələrdə müxtəlif yeniliklərlə digər əməkdaşlıqlara yiyələnmək olar".

O Həzrət sözlərinə belə davam etdi:
"Əlbəttə, İran və Özbəkistan arasındakı əlaqələrə zidd olanlar da vardır, lakin bu müxalifətçiliklərə baş qoşmamaqla, həmçinin iki ölkənin məsləhəti əsasında qərar verilməli və əməkdaşlıqlar mümkün qədər genişləndirilməlidir.