Qoyun evlilik müsəlman bir qız üçün Fatimeyi-Zəhranın (əleyha əs-salam) evliliyi kimi olsun. Yəni mömin kişi və xanım arasında İlahi eşq və bənzərsiz şövqlə düyünlənmiş, həmçinin İlahi və şərif olan iki ünsür arasında sözün həqiqi mənasında yoldaşlıq əsasında olmaqla yanaşı, bütün cah-cəlaldan, təmtəraqdan, puç və mənasız şöhrətlərdən uzaq bir evlilik olsun.
16.01.1990
Biz insanlar arasında başqa problemlərdən biri də aşırı həddə təmtəraq dalınca olmaqdır. Məhz təmtəraq dalınca olmaqdır ki, evliliklərdə problem yaradıb. İstər gənc oğlan, istərsə də gənc bir qız evlilik yaşında evlənməyə qadir deyildir. Nə üçün? Çünki ata-anası qohumları arasında, məsələn, filan cür mehriyyə, filan cür cehiz, filan cür təmtəraq və qonaqlıqlara görə üzə düşüblər. Bunlara görə evlilik xərcləri çoxalıb.
Belə bir təmtəraqlıq müsabiqəsindən uzaqlaşmaq lazımdır. Bir dəstə bu cür təmtəraqlıq ardınca olmaq müsabiqəsini başladıblar. Özünüzü bu müsabiqədən kənarlaşdırmalısınız və bu bizim işlərimizdə olan eyiblərdən biridir.
Seyid Əli Xamenei
21.03.2023
Sionist rejimi İki ildən az bir müddətdə təxminən iyirmi min uşağı şəhid edib və onların ata və analarını yasa boğub.
Amma insan hüquqları şüarı verənlər bunu seyr edirlər.
Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi.
Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
İmam Həsən Əskəri (ə) öz tərəfdarı olan qrupu özünə yaxın hesab edir və buyurur ki, bizimlə sizin aranızda yaxın qohumluq münasibəti vardır. Yəni biz ata-oğul və qardaş kimi birinci dərəcəli qohumuq və mömin də möminin qardaşıdır. Yəni iki mömin arasındakı əlaqə bir ata və anadan olan qardaşlıq bağıdır, ögey qardaş deyil. Mömin dedikdə kim nəzərdə tutulur? İmam Əskərinin yolu ilə gedən kəs nəzərdə tutulur. Bu, İmamla onun tərəfdarları arasında möhkəm təşkilati əlaqədir.
Allahın adı ilə
Salam olsun göz yaşları şəhidinə
Mehriban və candan əziz olan ata, İslam İnqilabının böyük rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameneinin mübarək hüzuruna
Salam ərz edirik. Mənnan olan Allahın lütfü və Əmirəl-möminin və Seyidüş-Şühədanın köməyi ilə övladlarınızdan bir qrupu tövfiq dapdılar ki, dəstə halında Ərbəin ziyarətinə getsinlər.
Dəyərli və canyandıran ata, çoxlu xeyiri olan mənəvi səfərin astanasında, bu dəyərli ziyarətin mümkün qədər daha yaxşı bərqərar və səmərəli olması üçün öz mərhəmət və müşviqanə olan göstərişlərinizdən bizi faydalandırmanızı xahiş edirik.
Bu cəm- sizin övladlarınız və davamçılarınızın hamısı bütün hallarda sizin dəyərli və nazənin vücudunuz üçün dua edirlər. Sizin duanıza ehtiyaclıyıq.
Mədəniyyət və tərbiyə məcmuəsinin bir qrup şagird və məktəb məzunları
Ötən günlərdə Tehran məktəblərindən birinin şagird və məzunlarının Kərbəlaya və İmam Hüseynin (ə) Ərbəin ziyarətinə yola düşməzdən öncə öz məktublarında Ayətullah Xameneidən Ərbəin yürüşünün daha da səmərəli və faydalı olmasından ötrü tövsiyələr etməsini istəyiblər.
Şəhidin balaca övladları vardır,–təbii ki, cavandır və iki-üç övladı vardır,– bunlara bağlıdır, xanımına bağlıdır, ata və anasına məhəbbəti vardır, lakin Allaha görə, habelə dinin, İslamın və inqilabın müdafiəsindən ötrü öz övlad və xanımına olan şiddətli məhəbbətindən keçir, bunları tərk edir və gedir.
Şəhid üçün şəhid olduğu an onun ilkin rahatlıq anı olsa da, ata-anası və həyat yoldaşı üçün ilk əziyyətləridir. Şəhid bu dünyadan gedəndə Allah qatında Allahın öz qonağı olur, ruzisini Allah özü verir və onun ilkin rahatlığıdır. Bəs ata, ana və həyat yoldaşı üçün necə? Əzizlərinin şəhid olduğunu eşidəndə onların iztirabları elə oradaca başlayır, daha bitmək bilmir.
İnqilab Rəhbəri 2044 Səbzivar şəhidləri və eləcə də 2498-dən çox Nişapur şəhidlərinin Milli Anım Konqresi iştirakçıları və bu iki şəhərin bir qrup şəhid ailəsi ilə görüşüb.
Şəhidin xatirəsini qorumaq cihaddır, şəhid yetişdirənin xatirəsini qoruyub saxlamaq da cihaddır. Şəhidi yetişdirən kimdir? Həqiqətdə o, ata, ana, müəllim, şəhidin həyat yoldaşı və yaxşı dostdur. Onu hansı şəkildə qorumaq lazımdır? Kitab, yazıçılıq, divar rəsmləri və s. ilə. Bunların hamısı yaxşıdır, amma buna nail olmağa çalışın və incəsənəti bu işin xidmətində qərar verin.
Kişi çöl-bayıra get-gəl etdiyi, müxtəlif insanlarla ünsiyyətdə olduğu və evə pul gətirdiyi üçün evdə hər şeyin ixtiyar sahibi olduğunu güman etməməlidir. Xeyr, belə deyil ...