İnqilab Rəhbəri 2044 Səbzivar şəhidləri və eləcə də 2498-dən çox Nişapur şəhidlərinin Milli Anım Konqresi iştirakçıları və bu iki şəhərin bir qrup şəhid ailəsi ilə görüşüb.
Bu görüşdə Ayətullah Xamenei buyurdu:
"Şəhidlər örnəkdirlər. İndi Şəhid Şüştəri bir cür, Şəhid Bronsi başqa cür, Şəhid Bağani də bir cür, yaxud da şəhidliyi ilə ölkənin ictimai rəyini silkələyən Şəhid Həmidrza Əldaği də bir cür örnəkdir. Bütün bunların hamısı nümunədirlər".
Ayətullah Xamenei şəhidlərin vəsiyyətnamələrinin dərs olduğunu qeyd etdi və buyurdu:
"İmam Xomeyni öz ümumi çıxışında tövsiyyə etdi ki, gedin şəhidlərin vəsiyyətnamələrini oxuyun. Həqiqətən də, oxunmalı vəsiyyətdirlər. Bunlar dərsdir, bu vəsiyyətnamələr dərsdir".
Hegemon qüdrətlərin şəhidlərin anılması ilə müxalif olduğunu qeyd edən o Həzrət:
"Bugünkü hegemon qüvvələr razı deyillər ki, bu ölkənin şanlı bayraqları üzərində şəhidlərimizin adları, şəhidlərimizin xatirəsi görünsün. Siz bu şeytancasına və xəbis hərəkata qarşı çalışırsınız və bu da, cihaddır",- deyə buyurdu.
Ayətullah Əl-Üzma Xamenei sözlərinin davamında şəhidlər üçün keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq belə qeyd etdi:
"Bu konfransların özü böyük bir cihaddır. Bu həmin cihaddır ki, Kərbəlada tökülən müqəddəs qanların aradan getməsinə imkan vermədi. Bu, İslam böyüklərinin, din və şiə böyüklərinin min illik xidmətini bu günə qədər yaşadan cihaddır".
Şəhidlərlə bağlı olan işlərin görülməsinin cihad olduğunu vurğulayan o Həzrət dedi:
"Şəhidin xatirəsini qorumaq cihaddır, şəhid yetişdirənin xatirəsini qoruyub saxlamaq da cihaddır. Şəhidi yetişdirən kimdir? Həqiqətdə o, ata, ana, müəllim, şəhidin həyat yoldaşı və yaxşı dostdur. Onu hansı şəkildə qorumaq lazımdır? Kitab, yazıçılıq, divar rəsmləri və s. ilə. Bunların hamısı yaxşıdır, amma buna nail olmağa çalışın və incəsənəti bu işin xidmətində qərar verin".
Şəhidlərin uca məqamının vəsf edilməz olduğunu qeyd edən Ayətullah Xamenei:
"Şəhidlərin vəsiyyətləri bizim üçün dərsdir, onlar örnəkdirlər. Mənim kimilər şəhidləri, həqiqətən də, vəsf edə bilməzlər, çünki onlar bizim onları vəsf edə bilməyimizdən daha ülvi, uca, daha lətif, daha nuranidirlər, amma biz onları örnək qərar verməliyik",- deyə vurğuladı.