13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu.
Amerika İrana hücum etdi və bizim cavab zərbəmiz Amerikaya qarşı olduqca həssas bir zərbə idi. İnşallah, senzuralar aradan qalxacaq və ondan sonra bəlli olacaq ki, İran nə edib
İran xalqı heç bir meydanda zəif tərəf kimi zahir olmayacaq. Çünki biz bütün lazım olan vasitələrə malikik, həm məntiqimiz var, həm də gücümüz, həm diplomatiya sahəsində, həm də hərbi sahədə.
İranın hücum etdiyi o mərkəz [Əl-Üdeyd bazası] Amerikanın bu bölgədəki son dərəcə həssas bir mərkəzi idi. Zərbə böyük bir zərbə idi, əlbəttə, Amerikaya və başqalarına bundan da böyük zərbələr endirmək mümkündür.
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.
Allaha şükür edirik ki, Silahlı Qüvvələrimizə yardım etdi və onlar sionistlərin qabaqcıl çoxqatlı müdafiə sistemini yara bildilər və onların bir çox şəhər və hərbi bölgələrini yerlə-yeksan etdilər.
İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq.
Bu gün 13.04.2025-ci il tarixdə (bazar ertəsi) günorta saatlarında İran İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup komandiri yeni il münasibətilə Ali Baş Komandan Həzrət Ayətullah Xamenei ilə görüş keçirdi.

Fəcr ongünlüyü ərəfəsində İslam Respublikası ordusunun Silahlı Qüvvələr və Hava Hücumundan Müdafiə komandirləri 07.02.2025-ci il tarixdə səhər saatlarında İslam İnqilabının Rəhbəri ilə görüşüblər.