Dünyada Seyid Həsən Nəsrullah həddində neçə dənə böyük şəxsiyyətimiz var? O, Hizbullah sıralarından getdi. Düşmən və dost düşünürdülər ki, Hizbullah işi sona çatdı, amma bəzi hallarda Hizbullahın ruhiyyəsi daha da artdı və sionist rejim müqabilində durmağı bacardı.
Əgər şəhid Sinvar kimi son nəfəsinə qədər vuruşanlar tapılmasaydılar, Qərbi Asiyanın taleyi bir cür olardı, indi ki tapıldılar, tamamilə fərqli olacaq.
İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD, yəni İraqın və Suriyanın əmniyyətini aradan aparmaq və regionu əmniyyətsiz hala gətirmək. Sonra da əsas nöqtəyə və son məqsədə, yəni İran İslam Cümhuriyyətinə gələrək onu əmniyyətsiz vəziyyətə gətirmək... Bu düşmənlərin tökdüyü planlar İran İslam Respublikasının böyük və bacarıqlı qüvvəsi tərəfindən təsirsiz hala gətirildi. Bu böyük qüvvənin simvol və bayraqdarı isə Hacı Qasim Süleymani adlı bir şəxs idi.
General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin beşinci ildönümü ərəfəsində bu iki şəhidin ailələri və keçən il Kirman əyalətində baş verən terror hadisəsinin qurbanlarının ailələri 01.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşdülər.
General Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin beşinci ildönümü ərəfəsində bu iki şəhidin ailələri və keçən il Kirman əyalətində baş verən terror hadisəsinin qurbanlarının ailələri 01.01.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində Ayətullah Xamenei ilə görüşdülər.
Deyirlər ki, İran regiondakı niyabəti (proksi) qüvvələrini əldən verdi, halbuki İranın niyabəti qüvvələri yoxdur. Yəməni döyüşə imanı, Hizbullah, HƏMAS və Fələstin İslami Cihadını isə əqidələri vadar edir.
Seyid Həsən Nəsrullahın və Sinvarın ruhu diridir. Onların cismi aramızdan getsə də, düşüncələri qalır və yolları davam edir. Gündəlik Qəzzaya hücumlar edilir, şəhidlər verilir, özü də hər gün! Buna baxmayaraq, onlar hələ də dayanır və müqavimət göstərirlər. Livan da müqavimət göstərir.
Suriyada baş verən bu hadisə və sionist rejimlə Amerikanın törətdiyi cinayətlər nəticəsində onlar elə güman etdilər ki, müqavimət məsələsi sona çatıb. Onlar yanılırlar.
Hegemonların ünsürləri Suriyadakı bu hadisələrdən sonra sevinc halındadırlar, bu düşüncə ilə ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqut etməsi ilə artıq müqavimət cəbhəsi zəifləyib. Bu hadisələrlə müqavimət cəbhəsinin zəiflədiyini düşünənlər müqavimətin özü və müqavimət cəbhəsi haqqında düzgün bir anlayışa malik deyillər. Onlar müqavimət cəbhəsinin, əslində, nə olduğunu bilmirlər. Müqavimət cəbhəsi məhv edilə bilən bir texniki vasitə deyil. Müqavimət bir iman və təfəkkürdür, (həmçinin) qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət məktəbdir, etiqadi bir məktəb. Bir qrup insanın imanı olan bir düşüncə təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir. Müqavimət budur : hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək, hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir, onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər. Allahın qüdrət ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq bütün regionu əhatə edəcəkdir.
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Həzrət Zəhranın (s.ə) mövludu münasibətilə bir qrup müxtəlif qadın təbəqələri 17.12.2024-cü il tarixdə çərşənbə axşamı səhəri İmam Xomeyni hüseyniyyəsində Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Əmirəlmöminin buyurdu: "Öz evində düşmənlə mübarizə aparan millət zəlil olar, düşmənin evinizə qədər gəlib çatmasına imkan verməyin". Buna görə də qüvvələrimiz, görkəmli generallarımız, əziz şəhidimiz Süleymani, onun dostları və həmkarları, gənclərimiz Suriya və İraqa getdilər. İlk öncə İraqda, daha sonra Suriyada oranın öz cavanlarını təşkilatlandırdılar, silahlandırdılar. İŞİD-in müqabilində dayandılar, İŞİD-in belini qırdılar və ona qalib gələ bildilər.