Hegemonların ünsürləri Suriyadakı bu hadisələrdən sonra sevinc halındadırlar, bu düşüncə ilə ki, müqaviməti dəstəkləyən Suriya hökumətinin süqut etməsi ilə artıq müqavimət cəbhəsi zəifləyib. Bu hadisələrlə müqavimət cəbhəsinin zəiflədiyini düşünənlər müqavimətin özü və müqavimət cəbhəsi haqqında düzgün bir anlayışa malik deyillər. Onlar müqavimət cəbhəsinin, əslində, nə olduğunu bilmirlər. Müqavimət cəbhəsi məhv edilə bilən bir texniki vasitə deyil. Müqavimət bir iman və təfəkkürdür, (həmçinin) qəlbi və qəti qəbul edilən bir qərardır, müqavimət məktəbdir, etiqadi bir məktəb. Bir qrup insanın imanı olan bir düşüncə təzyiq göstərməklə nəinki zəifləmir, əksinə, daha da güclənir. Müqavimət budur : hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək, hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir, onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər. Allahın qüdrət ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq bütün regionu əhatə edəcəkdir.