Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.
Livan və Qəzzada bir il ərzində əksəriyyəti qadın və uşaq olmaqla əlli min nəfərin şəhid olması az bir şeydirmi? Amerikalılar insan hüquqlarından dəm vurduqları halda bu cinayətləri dəstəkləyirlər. Nəinki dəstəkləyir, hətta bu cinayətlərdə iştirak da edirlər. Silah da Amerikanın, plan da Amerikanındır.
“Fələstin” adlı parlaq tarixi kimliyə sahib müstəqil bir ölkə, Qərbin dəhşətli bir fitnəsi əsasında 20-ci əsrin qırxıncı illərində ingilisin başçılığı ilə o millətdən qəsb edib silah, qırğın və aldatmaq gücünə, əsasən, Avropa ölkələrindən köçürülən camaatın ixtiyarına verildi. Bu böyük qəsb şəhərlərdə və kəndlərdə bir dəstə müdafiəsiz insanların kütləvi qırğını ilə yanaşı idi Dünya (bunu) unutmayıb və unutmayacaq o günü ki Ariel Şaron adlı bir cinayətkar qatil Səbra və Şətilanı qan gölünə çevirdi Amerika rəsmilərinin zehnində terrorizm məfhumu yanlış bir məfhumdur.
Onlar terrorizmi yanlış məna ediblər; elə bir tərzdə məna edirlər ki, Səbra və Şətila (yəni fələstinlilərin iki yaşayış düşərgəsi) əhalisinin bir gecədə soyqırım və qətliamı terrorizm hesab olunmur!
Qondarma sionist rejimin başçılarında olan vəhşilik və cinayət qərizəsi Fələstin facisəinin başlandığı ilk onilliklərdəki vaxtla heç bir fərq etməyib, həmin siyasət, həmin yırtıcılıq və amansızlıq əxlaqı Səbra və Şətila faciəsini vücuda gətirdiyi Kimi bu gün də eynilə zamanə tağutlarının zülmət içində olan zehn və qəlblərinə hakimdir Əlbəttə, bu gün inkişaf etmiş texnologiyalardan yararlanmaqla cinayətin əhatə dairəsi kifayət qədər genişlənib və daha faciəvi olub Yırtıcı və qaniçən düşmən- qəsbkar terrorist rejim cinayət üçün bir hədd-hüdud bilmir. Bunlar dövlət deyillər, bunlar cinayətkar bir bandadırlar, qatil bir bandadırlar, terrorist bir bandadırlar.
Sionistlər HƏMAS kimisini diz çökdürə bilmirlər, çünki müqaviməti diz çökdürə bilmirlər. İnsanların başına məktəbdə, xəstəxanada, habelə uşağa və qadına baxmayaraq bomba yağdırırlar. Ən böyük cinayət dünya insanlarının gözü qarşısında törədilir.
İndi düzdür ki, aylar keçməsinə baxmayaraq, əvvəldə olan həyəcan bəzi şəxslərdə yoxdur, lakin həqiqət budur ki, ilk günlərdə Qəzza məsələsinə verilən əhəmiyyət bu gün daha da çox mövcuddur.
İslam Şurasının sədri və nümayəndələri bu gün bazar günü 21.07.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşüblər.
Bu görüşdə Ayətullah Xamenei Qəzza məsələsinə toxunaraq bildirdi:
"Qəzza məsələsi hələ də İslam dünyasının birinci məsələsidir".
Sionistlər tərəfindən Qəzza soyqırımının törədilməsi və dırnaqarası liberal Qərb hökumətlərinin bu qaniçən canavarı dəstəkləməsi Qərbdə azadlıq və bəşər hüquqlarının mənasını vicdanları oyaq olanlar üçün aşkar edir.
Biz dünyada ayıq vicdanları dəvət edirik ki, onlar zülmə, fəsada, qadın izzəti, həyat yoldaşı və analıq məqamının aşağı salınmasna və dini mənəviyyatdan uzaq düşən hökumətlərdə başqa problemlərə diqqət yönəltsin, habelə İslami hökmranlıq proqramı üzərində düşünsünlər.
Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur. "Biz filan gəmilərin filan boğazdan keçməsinə icazə vermirik" deməsi çox böyük qələtdir.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Amerika universitetlərində Fələstini dəstəkləyən vicdanlı tələbələrə xitabən yazdığı məktubda bu tələbələrin sionistlərə qarşı etirazlarla yanaşı (fələstinlilərə qarşı) həmrəylik göstərmələrinə görə onları müqavimət cəbhəsindən olduqlarını bildirdi və Qərbi Asiya məntəqəsinin vəziyyətinin dəyişməsi və taleyinin əvəz olunmasını təkidlə vurğuladı.
Daim riyakar formada bəşər hüquqdan danışan Qərb sivilizasiyası bir cinayətkarın edam olunmasına qarışıdır və buna görə səs-küyləri yüksəlir. Lakin sionist rejim tərəfindən üç-dörd ay ərzində 30 min nəfərin edam olunması müqabilində sanki heç bir hadisə baş verməmiş kimi gözlərini yumurlar.