20/07/2023
Mən prezident idim və müəyyən həddə ölkə imkanları prezidentin ixtiyarında idi, yəni mənim ixtiyarımda idi. Lakin bu qoca kişi ilə qoca qadının azacıq belə olsun, gözləntiləri yox idi ki, bu evi daha yaxşısına dəyişələr, yaxud da bu evə əl gəzdirələr. Atam 1986-cı ilə qədər, anam da prezident (olduğum) dövrün axırlarına kimi o evdə yaşayırdılar, amma bu evin daha yaxşı bir vəziyyətə düşməsi üçün azacıq belə, dəyişiklik olunmadı. Bu, İslam Respublikası üçün iftixar və qürur mənbəyidir. Əlbəttə, bu işin fəziləti mənə aid deyildir, əksinə, sözün həqiqi mənasında zöhdə sahib olan və dünyanın zahiri zinətlərinə qarşı rəğbətsiz olan o iki alicənab şəxsə aiddir. Onlar üçün bunun əhəmiyyəti yox idi ki, necə və harada yaşasınlar. Atam rəhmətə gedərkən onun kitablarını çıxmaq şərtilə, bu evin əşyaları hamısı bir yerdə təxminən 45 min tümən pul elədi. Baxmayaraq ki, o gün o 45 min tümən pulu xərcləsəydilər, o pulla, məsələn, bir soyuducu və qaz almaq olmazdı. Bu onun 50 il bu şəhərin imam-camaatı, hörmətli ruhani olduğu və ona çoxlu insanların rəğbət etdiyi vaxtlar idi. Bizim keçmişdəkilərimiz belə yaşayıblar.
16/07/2023
Ayətullah Seyid Cavad Xameneinin həyatından xülasə nəql olunmuş "Həyat buradadır" kitabının təqdimat mərasimi və bu dəyərli alimin vəfatının il dönümü bu gün günorta.......
16/07/2023
Təbriz ruhaniləri Məşhədə gələrkən ağanın görüşünə gələrdilər və bu bir adət idi. Nəcəf dövründən bunların ağa ilə dostcasına əlaqələri var idi, özləri də azəridilli idilər və bu da təsirsiz deyildi. Cənab Təbətəbai hər dəfə Məşhədə gələndə gözləmirdi ki, atam onun görüşünə gedə və özü bizim evə, yəni atamın evinə gələrdi. Əvvəllər ki cənab Təbətəbainin halı yaxşı idi, bir dəfə (Məşhədə) çatarkən gələrdi və bir dəfə də qayıtmaq istəyərkən gələrdi. Güman edirəm ki, bu zarafatı özündən eşitmişəm. Dedi ki, bu bizim görüş idi, o biri isə baş çəkmək. Atamın xüsusiyyətlərindən biri də çoxlu dostları, ünsiyyətdə olduğu dostlarının olması idi. Çünki vəfalı bir insan idi. Atam çox vəfalı, çox məhəbbət göstərən və mənəvi cəhətdən sağlam idi. Yəni ümumiyyətlə, hiylə və bu kimi işlərin əhli deyildi. Çoxlu dostları var idi.Məşhədə gələn şəxslərdən biri də Cənab Qazi idi. O, atamı görməyə gəldi, oturdu və dedi ki, mən qırx il öncə atamla ağanı görməyə gəlmişdim. Həmin ev idi, həmin pilləkənlər və həmin otaq. Ağa indi harda oturubsa, onda da həmin yerdə oturmuşdu. Mənim indi oturduğum yerdə də atam oturmuşdu. Heç bir şey fərq etməyibdir. O demək istəyirdi ki, ağa zöhd sahibi idi və həqiqətdə də o cür idi. Onun xüsusiyyətlərindən biri də dünya həyatında zöhdünün olması idi. O, həqiqətən də, yaşayışını yaxşılaşdıracaq və yaşayışında zərrə qədər dəbdəbənin hiss olunacağına səbəb olan bütün şeylərdən qaçırdı.
11/07/2023
Məclisdən bir iş üçün çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi namazların tətil olunması haqda qərara gəlinib. Ayətullah Seyid Cavad Xamenei camaatla Pəhləvi rejimi arasında olan problemdə açıq-aşkar mövqe tutmuşdu. SAVAK-ın (Şah zamanı Hüquq-Mühafizə orqanları) hesabatlarında o, Şaha zidd olan ruhanilərdən biri kimi tanınırdı. Pəhləvi rejimi öz hökumətini qanuni göstərməkdən ötrü mütamadi olaraq məzhəbi və mədəni mərasimlər keçirirdi. Atamız Məşhədin tanınmış əksər ruhanilərinin əksinə olaraq, bir dəfə də olsun, dövlətin rəsmi məclislərində iştirak etmədi. Bir dəfə də olsun, hətta onların yeməklərini, şam və naharlarını yemədi. Yəni haradan dövlət və rejimlə azacıq əlaqə şübhəsi olsa və iyi gəlsəydi, o, mütləq orada iştirak etməzdi. Babamız mərhum Seyid Haşim də o şəxslərdən idi. Bəlkə də Məşhəd alimləri içərisində iki-üç nəfər belə şəxslər var idilər ki, heç vaxt onların məclislərinə ayaq belə qoymamışdılar. Hamı bilirdi ki, Ayətullah Seyid Cavad Xamenei Şah və onun tərəfdarlarını rəsmi olaraq tanımırdı. Bir zaman o mənə deyirdi ki, əgər İmam Xomeyni xuruc (qiyam) etsə (xuruc keçmiş terminoloji mənasında), onunla ilk beyət edən şəxs mən olacağam. Bunu o özü deyirdi. Əlbəttə, onun İmam Xomeyni ilə əvvəldən əlaqə və dostluğu var idi, bir-birilərinə yaxın idilər və bunun da təsiri var idi. O, İmam Xomeynini çox istəyirdi. 1964-cü ildə Pəhləvi rejimi İmam Xomeynini Türkiyəyə sürgün etdikdə cənab Seyid Cavad bu hərəkətə etiraz olaraq Siddiqlər məscidində öz camaat namazını tətil edir. Heç vaxt bu namaz tətil olmamışdı. Cənab Quminin evində bir məclis təşkil olundu və qərara gəlindi ki, namazlar tətil olunsun. O məclisdə alimlər var idi və bütün alimlər orada idilər. Lakin o məclisin aparıcı qüvvələri mən, cənab Təbəsi, mərhum Haşimi Nejad, mərhum Seyid Mahmud Müctəhidi, cənab Muhami və başqa üç-dörd nəfər biz cavanlar idik. Biz orada dedik ki, namazlar tətil olunmalıdır. Bir neçə qərara gəldik və onlardan biri də namazların tətil olunması idi. Sonra mən bir iş üçün məclisdən çölə çıxdım və gördüm ki, ağa namaza gedir. Dedim ki, ağa, indi qərara gəlindi ki, namazlar tətil olsun, siz də namaza getməyin və o da qayıtdı. Ayətullah Seyid Əli Xamenei mübarizə illərinin ən şiddətli vaxtında atasının tutduğu mövqeni belə izah edir: "Alimlərin olduğu məclislərdə iştirak edirdi. Məşhəddə o məclisləri idarə edən mən idim və bəzən mənə deyirdi ki, sən mənim əvəzimə ona səs ver və de ki, mən də varam və bu işlə müvafiqəm”. Cənab Seyid Cavad qocalıq səbəbindən övladlarının yanında olmasına və köməklərinə ehtiyac duyurdu, amma siyasi mübarizələrin çətinliklərinə xatir bunları qəbul edirdi və çətinliklərinə qatlaşırdı. Hətta dörd oğlundan üçü eyni zamanda rejimin zindanında olduğu dövrdə belə. Mən, hətta bir dəfə də olsun, görmədim ki, o mənə etiraz olaraq desin ki, niyə zindana getməyinə səbəb olacaq işlər görürsən? Xeyr, heç vaxt. Atam nəinki narahat deyildi, hətta baş vermiş hərəkətlərin bu çətinlikləri yaradan səbəblərlə yanaşı olmasına baxmayaraq, atam sonradan bizimlə görüşmək üçün yanımıza da gəldi. Onun Pəhləvi hökuməti və səltənətinə qarşı münasibəti çox pis idi və bu da dini maraqlarına görə idi, siyasi və bu kimi cəhətlərdən deyil. Bunlar (hökumət) onun nəzərində dinsiz, fasiq, açıq-aşkar fəsad edən, zalım və bu qəbildən idilər. O, (Şah rejiminə) nifrət edirdi.
07/07/2023
“Həyat buradadır” kitabının təqdimatı münasibətilə KHAMENEI.IR-in Azərbaycan bölməsi mediası İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin atası Ayətullah Seyid Cavad Xameneinin (r.ə) həyatının xülasəsi olaraq "İftixarla dolu bir tarixin nəqli" klipini təqdim edir. Həzrət Ayətullah Xamenei: “Təbriz və Azərbaycan məntəqəsi iki sabit və daimi kimliyə malik olubdur: biri İslam və İslami dindarlığa dərin bağlılıq və ikincisi isə İrana qarşı şiddətli qeyrət xüsusiyyəti. 17.02.2021