Plakat
Mən prezident idim və müəyyən həddə ölkə imkanları prezidentin ixtiyarında idi, yəni mənim ixtiyarımda idi. Lakin bu qoca kişi ilə qoca qadının azacıq belə olsun, gözləntiləri yox idi ki, bu evi daha yaxşısına dəyişələr, yaxud da bu evə əl gəzdirələr. Atam 1986-cı ilə qədər, anam da prezident (olduğum) dövrün axırlarına kimi o evdə yaşayırdılar, amma bu evin daha yaxşı bir vəziyyətə düşməsi üçün azacıq belə, dəyişiklik olunmadı. Bu, İslam Respublikası üçün iftixar və qürur mənbəyidir. Əlbəttə, bu işin fəziləti mənə aid deyildir, əksinə, sözün həqiqi mənasında zöhdə sahib olan və dünyanın zahiri zinətlərinə qarşı rəğbətsiz olan o iki alicənab şəxsə aiddir. Onlar üçün bunun əhəmiyyəti yox idi ki, necə və harada yaşasınlar. Atam rəhmətə gedərkən onun kitablarını çıxmaq şərtilə, bu evin əşyaları hamısı bir yerdə təxminən 45 min tümən pul elədi. Baxmayaraq ki, o gün o 45 min tümən pulu xərcləsəydilər, o pulla, məsələn, bir soyuducu və qaz almaq olmazdı. Bu onun 50 il bu şəhərin imam-camaatı, hörmətli ruhani olduğu və ona çoxlu insanların rəğbət etdiyi vaxtlar idi. Bizim keçmişdəkilərimiz belə yaşayıblar.