Çox mömin, zahid (dünya malına qarşı rəğbətsiz) və ixlaslı alimlərdən biri olan Hacı Mirzə Cavad Tehrani 30-ilə yaxın bundan öncə mənə dedi: "Təhsil almaq üçün Quma getdim və o zaman gördüm ki, seyid olan gənc bir nurani tələbə hərəmdə dayanıb, əmməsinin bir ucunu açıb sinəsinin üzərinə salmış halda namaz qılır, ağlayır və (Allah dərgahına) yalvarırdı. Tanımadığım halda ona valeh oldum. Soruşdum ki, bu nurani cənab kimdir? Dedilər ki, Ruhulllah Xomeynidir". Cənab Ruhullah cavanlıq dövründə bu sərmayə və xəzinəni (özündə) yaradırsa, (təbiidir ki) 80 yaşında İmam və İslam Cümhuriyyətinin banisi olacaqdır.
İslam Cümhuriyyətinin banisi İmam Xomeyninin 50 il bundan öncə, ya ondan da qabaq Fələstinin gələcəyi haqda proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir.
Mübarizənin başlandığı ilk vaxtlarda (1963-cü ilin əvvələrində) İmam Xomeyninin evində olan şəxslərdən biri Qumda mənə belə dedi: "İmam (r.ə) gecələr iki saat yatır və gecənin qalan vaxtlarını ölkə alimlərinə, böyüklərinə və xalqın fikirlərinə təsir edə biləcək şəxslərə məktub yazmaqla keçirərdi". Bəli, əgər bu hiss o mərkəzdə (İmam Xomeynidə) olmasaydı, mərkəzlə onu əhatə edənlər arasında olan çərçivədə o coşqunluq meydana gəlməzdi və tarixin bu böyük və əzəmətli hadisəsi baş verməzdi. Sonra da gördünüz ki, bu şəxsiyyət təqribən 80 yaşında ürək xəstəsi olmasına baxmayaraq, ən ağır yükləri çiyninə götürdü və heç zaman yorulmuşam sözünü dilinə gətirmədi.
İmam Xomeyni Qum elmi hövzəsində öz (layiqli) yerini tutmuş bir şəxs idi. Onun ətrafında bir qrup ləyaqətli və mömin gənclər var idi. Onun başqa təbəqələrlə də əlaqələri var idi. İmam öz mesajları və sözləri ilə insanları sözün həqiqi mənasında tərbiyə edib, islah edirdi; həm fikri tərbiyə, həm də ruhi-əxlaqi tərbiyə.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 03.06.2024-cü il tarixdə İmam Xomeyninin 35-ci ildönümü mərasimində iştirak edərək İran İslam İnqilabı banisini sevənlərin cəmi arasında xütbə etdi.
1979-cu il fevral ayının yeddisi günorta saatlarından sonra Tehranda komendant saatı elan olundu. İmam Xomeyni (r.ə) xalqa buyurdu: "Küçələrə tökülün". Əgər İmam Xomeyni o anda belə bir qərara gəlməsəydi, bu gün Məhəmmədrza bu ölkədə hökumət başında olardı. Yəni əgər komendant saatı icra olunsaydı və xalq da evlərində otursaydılar, birinci İmam Xomeynini və Rifah mədrəsəsində sakin olanları və sonra da digər məntəqələrin əhalisini qətliam edib, aradan aparardılar. 500 min nəfəri Tehranda öldürərdilər və məsələ tamam olardı. Necə ki, İndoneziyada bir milyon nəfəri öldürdülər və məsələ də bağlandı.
Onun xəstə yatağına çatdıqda halım dəyişdi, özümü saxlaya bilmədim və ağlamağa başladım, narahat oldum.
Sonra o, mehribanlıq göstərdi və məhəbbətlə baxdı. Bir neçə cümlə dedi və o qısa cümlələri zehnimdə saxladım. Çölə çıxdım və o cümlələri yazmağa başladım. İmamın (r.ə) eynilə dediklərini yazdım, özümdə saxladım. Onun zehnində ən mühüm sözü də adəti üzrə, orada gərək bizə deyərdi, yəni həssas bir mövqe idi və mən də məsuliyyət daşıyırdım (hökumət başında idim).
Onun dediyi cümlə: "Kafirlərə qarşı sərt olun və öz aranızda isə mehriban".
Zənnimcə, İmamın vəsiyyəti (İmamın yazdığı otuz səhifəlik vəsiyyət) bu bir neçə cümlə ilə xülasələşə bilər.
Güclü olun, zəiflik göstərməyin, Allaha söykənib, zalımlara qarşı sərt, öz aranızda isə mehriban olun. Əgər birgə olsanız, heç kəs sizə zərər yetirə bilməz.
İmam Xomeyni sürgün olan dövrdə bu nadir və sözün həqiqi mənasında müstəsna olan kişinin şəxsiyyətinin bilinməyən və yeni xüsusiyyətləri üzə çıxdı. Yəni insanın böyük şəxsiyyətlərin həyatında nadir hallarda müşahidə etdiyi xüsusiyyətlərdən söz gedir. Birincisi, İmam Xomeyni bir ideoloq mövqeyində yer alır və yeni bir hökumət, nizam, bina və təşkilatın proqramını cızır... İkincisi isə, bu şəxsiyyət İranda olmamasına rəğmən, uzaq bir məkandan 14 il ərzində İranda İslami mübarizə və İslami hərəkat məsələlərinə sözün həqiqi mənasında rəhbərlik edir.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 03.06.2024-cü il tarixdə İmam Xomeyninin 35-ci ildönümü mərasimində iştirak edərək İran İslam İnqilabı banisini sevənlərin cəmi arasında xütbə etdi.
1978-cı il fevral ayının 18-də Təbriz əhalisinin tarixi qiyamının ildönümündə bu səhər (18.02.2024) bir qrup Şərqi Azərbaycan əhalisi İslam İnqilabının Rəhbəri ilə görüşdü
İslam Respublikasının əleyhinə müşahidə etdiyiniz bu qədər çox cəncəl bizim qüdrətimizdən xəbər verir. İmam Xomeyni (r.ə) bir zaman buyurmuşdu ki, əgər İslam Respublikası önəmli bir şey deyilsə, nə üçün onun əleyhinə bu qədər düşmənçilik edirlər? Əgər əhəmiyyəti yoxdursa, nə üçün onunla qarşıdurma yaradırlar və özlərini öldürürlər? Bu, İslam Respublikasının qüdrətinə dəlildir.