Klip

Onun xəstə yatağına çatdıqda halım dəyişdi, özümü saxlaya bilmədim və ağlamağa başladım, narahat oldum.

Sonra o, mehribanlıq göstərdi və məhəbbətlə baxdı. Bir neçə cümlə dedi və o qısa cümlələri zehnimdə saxladım. Çölə çıxdım və o cümlələri yazmağa başladım. İmamın (r.ə) eynilə dediklərini yazdım, özümdə saxladım. Onun zehnində ən mühüm sözü də adəti üzrə, orada gərək bizə deyərdi, yəni həssas bir mövqe idi və mən də məsuliyyət daşıyırdım (hökumət başında idim).

Onun dediyi cümlə: "Kafirlərə qarşı sərt olun və öz aranızda isə mehriban".

Zənnimcə, İmamın vəsiyyəti (İmamın yazdığı otuz səhifəlik vəsiyyət) bu bir neçə cümlə ilə xülasələşə bilər.

Güclü olun, zəiflik göstərməyin, Allaha söykənib, zalımlara qarşı sərt, öz aranızda isə mehriban olun. Əgər birgə olsanız, heç kəs sizə zərər yetirə bilməz.