Plakat
1979-cu il fevral ayının yeddisi günorta saatlarından sonra Tehranda komendant saatı elan olundu. İmam Xomeyni (r.ə) xalqa buyurdu: "Küçələrə tökülün". Əgər İmam Xomeyni o anda belə bir qərara gəlməsəydi, bu gün Məhəmmədrza bu ölkədə hökumət başında olardı. Yəni əgər komendant saatı icra olunsaydı və xalq da evlərində otursaydılar, birinci İmam Xomeynini və Rifah mədrəsəsində sakin olanları və sonra da digər məntəqələrin əhalisini qətliam edib, aradan aparardılar. 500 min nəfəri Tehranda öldürərdilər və məsələ tamam olardı. Necə ki, İndoneziyada bir milyon nəfəri öldürdülər və məsələ də bağlandı.