Plakat
Mübarizənin başlandığı ilk vaxtlarda (1963-cü ilin əvvələrində) İmam Xomeyninin evində olan şəxslərdən biri Qumda mənə belə dedi: "İmam (r.ə) gecələr iki saat yatır və gecənin qalan vaxtlarını ölkə alimlərinə, böyüklərinə və xalqın fikirlərinə təsir edə biləcək şəxslərə məktub yazmaqla keçirərdi". Bəli, əgər bu hiss o mərkəzdə (İmam Xomeynidə) olmasaydı, mərkəzlə onu əhatə edənlər arasında olan çərçivədə o coşqunluq meydana gəlməzdi və tarixin bu böyük və əzəmətli hadisəsi baş verməzdi. Sonra da gördünüz ki, bu şəxsiyyət təqribən 80 yaşında ürək xəstəsi olmasına baxmayaraq, ən ağır yükləri çiyninə götürdü və heç zaman yorulmuşam sözünü dilinə gətirmədi.