Plakat
İmam Xomeyni sürgün olan dövrdə bu nadir və sözün həqiqi mənasında müstəsna olan kişinin şəxsiyyətinin bilinməyən və yeni xüsusiyyətləri üzə çıxdı. Yəni insanın böyük şəxsiyyətlərin həyatında nadir hallarda müşahidə etdiyi xüsusiyyətlərdən söz gedir. Birincisi, İmam Xomeyni bir ideoloq mövqeyində yer alır və yeni bir hökumət, nizam, bina və təşkilatın proqramını cızır... İkincisi isə, bu şəxsiyyət İranda olmamasına rəğmən, uzaq bir məkandan 14 il ərzində İranda İslami mübarizə və İslami hərəkat məsələlərinə sözün həqiqi mənasında rəhbərlik edir.