15/08/2025
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.
15/08/2025
Cinayətkar Amerika İslam və Quranın kölgəsində yaranan birliyin əleyhinədir, həmçinin siz İran xalqının elminə də düşmən kəsilmişdir.
14/08/2025
İslam inqilabından əvvəl İranda Amerika adı insanları qorxudurdu, əməli qarşıdurmadan isə söhbət belə gedə bilməzdi. İndi isə həmin xalq elə bir yerə çatıb ki, artıq Amerikadan qorxmur, əksinə, onu qorxudur və əli çatdığı qədər əməli baxımdan da ona qarşı hərəkət edir.
01/08/2025
İmam Xomeyninin yaratdığı İran xalqının İslam İnqilabı dünya hegemonlarının təyin etdiyi, qüdrətlərin müqabilində zəlil olan və İslama zidd bir nizamı (sistemi) meydandan çıxardı və müstəqil, xalqmehvər, milli izzətə söykənən bir nizamı onun yerinə gətirdi. Bu inqilab istibdadı azadlığa çevirdi.
06/07/2025
Bu gün bu alçaq, rəzil və xəbis kimliyə malik terrorçu sionistə qarşı qətiyyətlə hərəkət edilməlidir və inşallah, ediləcək də. Biz onlara heç bir güzəştə getməyəcəyik.
06/07/2025
Bunu dünyanın bütün güc sahibləri və hegemonları bilməlidirlər ki, İran xalqı heç bir gücə boyun əyməyəcək.
05/07/2025
İslam Şurası Məclisi üçün diplomatiya sahəsində fəaliyyət nümunələrindən biri həmin Qəzza məsələsidir. (Bu mövzuda) Rahat oturmayın, sakit qalmayın... Amerika kimi böyük bir hərbi, siyasi və iqtisadi sistem qəsbkar sionist rejimin arxasında dayanaraq, bir müqavimət qrupu ilə döyüşürlər, amma bununla belə, onları diz çökdürə bilmirlər. HƏMAS və müqaviməti diz çökdürə bilmədiklərinə görə öz hiddətlərini xalqın üzərinə tökürlər.
05/07/2025
Biz hegemoniyaya, hegemon quruluşa və bir neçə ölkənin dünyanın taleyinə hakim kəsilməsinə qəti şəkildə qarşıyıq, bununla mübarizə aparırıq və onların dünyanın taleyi ilə oynamasına imkan vermərik.
04/07/2025
Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır.
27/06/2025
Qondarma sionist rejim üzərində qələbə münasibətilə təbrik edirəm.
26/06/2025
  Allaha şükür edirik ki, Silahlı Qüvvələrimizə yardım etdi və onlar sionistlərin qabaqcıl çoxqatlı müdafiə sistemini yara bildilər və onların bir çox şəhər və hərbi bölgələrini yerlə-yeksan etdilər.
26/06/2025
Bu qədər hay-küyə, bu qədər iddiaya baxmayaraq, sionist rejim İran İslam Respublikasının zərbələri altında demək olar ki, diz çökdü və əzildi.
26/06/2025
İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq.
26/06/2025
İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır.
21/06/2025
Sionist rejimin ölkəmizə qarşı xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən hansısa hərbi addımın atılacağına dair bir əlamət yox idi.​
21/06/2025
  Sionist düşmən hazırda cəzalandırılmaqdadır. Elə bu anda da cəzalandırılır.​
18/06/2025
Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025
18/06/2025
Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis sionist düşmənə ağır zərbələr endirəcək.
18/06/2025
Əgər Amerika bu sahədə hərbi müdaxiləyə cəhd edərsə, ona vurulacaq zərər, şübhəsiz ki, bərpaolunmaz olacaq.
18/06/2025
Xalqımız da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq.
17/06/2025
Biz bu böyük cinayətdən sonra sionistlərin salamat qurtulmasına yol verməyəcəyik.
17/06/2025
Biçarə olacaqsınız
13/06/2025
Bağışlayan və mehriban Allahın adı ilə Əziz və böyük millətimizə salamımı çatdırıram. Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm. Ümid edirik ki, inşallah, Allah-təala onların məqamını yüksəltsin və pak ruhlarını öz xüsusi mərhəmətinə şamil etsin. Lakin əziz millətimizlə bölüşmək istədiyim məsələ budur ki, sionist rejim böyük bir səhvə yol verdi, qələt etdi və bunun nəticələri, Allahın izni ilə, onları aciz duruma salacaq. İran xalqı öz dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq, ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq. Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir və ölkə rəsmiləri, xalqın bütün təbəqələri onların arxasındadır. Bu gün ölkənin bütün siyasi cərəyanları və müxtəlif təbəqələri oxşar mövqedən çıxış etdilər. Hamı dərk edir ki, bu xəbis kimliyə malik olan rəzil və terrorist sionistə qarşı qüdrətlə hərəkət etmək lazımdır. Qüdrətlə hərəkət edilməlidir və inşallah, belə də olacaq. Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar. Biz onlara bu böyük cinayətdən sonra salamat çıxmağa imkan verməyəcəyik. Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis düşmənə ağır zərbələr endirəcək. Xalq da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq. Əziz xalqımız bu məsələni bilməli, əmin və xatircəm olmalıdır ki, bu sahədə heç bir səhlənkarlığa yol verilməyəcək. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.   13.06.2025 Seyid Əli Xamenei
05/06/2025
Bir neçə il əvvəl Amerika prezidentlərindən biri demişdi: “Əgər bacarsam, İranın nüvə sənayesinin bolt-qaykalarına qədər aradan qaldıraram”, əlbəttə, etiraf etmişdi ki, bunu bacarmır. Bu gün hakimiyyətdə olan sionistlər və amerikalılar da bilməlidirlər ki, bu mövzuda heç bir qələt edə bilməzlər.
03/06/2025
[Amerikanın] İslama və müsəlmanlara qarşı əsas siyasəti müharibə odunu alovlandırmaqdır… Müsəlmanlar ayıq olmalı və bu şeytani siyasəti puça çıxarmalıdırlar. Həcc bu ayıqlığın zəminini yaradır və həccdə müşriklərə və hegemonlara qarşı bezarlığın fəlsəfəsi də məhz budur.​
03/06/2025
Mənim israrlı tövsiyəm bu xoşbəxt zəvvarların hamısına, xüsusilə də bu İlahi görüş məkanında iştirak edən İslam ölkələrinin alim və xətiblərinə, həmçinin bu iki şərafətli iki Hərəmin cümə xətiblərinə budur ki, məsələni doğru anlayaraq bugünkü və təcili vəzifələrini dərk etsinlər… Bütün qəzəb və fəryadlarını İslam ümmətinin düşmənlərinə, fitnələrin başında duran sionizm və Amerikaya yağdırsınlar. Müşriklərdən bezarlığı sözlərində və əməllərində açıq şəkildə göstərsinlər.
02/06/2025
Xəbis sionist düşmənə ağır zərbələr
02/06/2025
Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatmışdır. Bu, onillər əvvəl, təqribən, altmış il öncə bu rejimin əsas qurucularından və ilk Baş nazirlərindən biri olan Ben Qurionun xəbərdarlıq etdiyi məsələ idi. O demişdi ki, nə vaxtsa bizim qabaqlayıcı qüdrətimiz tükənsə, rejimimiz süqut edəcək. İndi isə həmin qabaqlayıcı qüdrət ya başa çatıb, ya da bitmək üzrədir.​
14/05/2025
Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.
12/04/2025
Mən bildirmək istəyirəm ki, bu bölgədə həqiqi niyabəti qüvvə yalnız bir dənədir, o da işğalçı və fəsad törədən sionist rejimdir.
08/04/2025
Niyabəti müharibə o şəraitə deyilir ki, böyük bir güc öz düşməni ilə birbaşa qarşıdurmaya girmək əvəzinə, başqa qruplardan və ya dövlətlərdən niyabət və proksi kimi istifadə edərək öz maraqlarını irəli aparır. ABŞ İkinci Dünya Müharibəsindən sonra öz rəqiblərinin əleyhinə dəfələrlə bu üsula əl atıb. Latın Amerikası və Afrikada üsyançı qrupları dəstəkləməkdən tutmuş Orta Şərqdə təkfirçi terrorçuları gücləndirməyə qədər müxtəlif addımlar atıb. Bunların hamısı göstərir ki, Vaşinqton başqalarını daim öz alətinə çevirməyə çalışır.
31/03/2025
İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin imamlığı ilə bazar ertəsi günü 31.03.2025-ci il tarixdə Tehranda İmam Xomeyni müsəllasında Fitr bayramı namazı qılınıb.
20/02/2025
Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan və Təbriz əhalisi ilə görüşdə Səttarxan barədə bir hadisəni nəql edir. Bu video klip bu barədədir. Ayətullah Əl-Üzma Seyid Əli Xamenei:   Çarın (Rusiya) məmurları Səttarxana israr edirdilər ki, evinin üstünə ağ bayraq tax ki, orada olan rus qoşunlarının hücumundan qorunasan. Səttarxan isə cavabında dedi: "Mən Əbülfəzl Abbasın bayrağı altındayam, onun tədbiri ilə desək, "Beydəq", başqa heç kimin bayrağı altına girmərəm". 17.02.2025
07/02/2025
İnşallah, başda bu çox tamahkar və cinayətkar Amerika olmaqla düşmən və təcavüzkarların hamısı Qərbi Asiya əhalisindən əl çəkməyə və zillətli formada bu regiondan çıxmağa məcbur olacaqlar.
04/02/2025
Kiçik bir məhdud ərazi olan Qəzza tam silah-sursata sahib və arxasında Amerikanın kamil dəstəyi olan sionist rejimi dizə çökdürdü. Bu həmin müqavimətin bir təzahürü və qəlbi Allaha bağlamaqdır. Bu həmin "İzzət bütünlüklə Allaha məxsusdur" ayəsinə etiqad bəsləməkdir. 
02/02/2025
İran milləti ilə başqa millətlər arasında olan fərq budur ki,  Amerikanın təcavüzkar, yalançı və kələkbaz olduğunu deməyə cəsarəti vardır, lakin başqaları cürət etmirlər və öz öhdələrinə düşəni yerinə yetirmirlər. Yerinə yetirmədikdə də nəticə hasil olmur.
30/01/2025
(İslam İnqilabından öncə) Amerikanın istəyi bu idi ki, İran tam itaətkar olsun, Amerika və sionist rejimin mənafeyini təmin etsin. Bunlar İran üçün bunu arzulayırdılar, bu gün də elə bunun arzusunu edirlər. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu qəbrə aparacaqlar.
27/12/2024
Amerikanın ölkələrə hakim kəsilmək proqramı bu ikisindən biridir: ya onlarla saziş edən, dialoqa girən və ölkə mənafelərini aralarında bölüşdürən fərdi diktatorluq hökuməti yaratmaqdır, ya da hərc-mərclik və iğtişaş icad etmək. Suriyada isə iğtişaşa gətirib çıxardılar.
26/12/2024
Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.
26/12/2024
Amerika rəsmilərinin bir ünsürü deyir ki, İranda iğtişaş edən hər kəsə biz kömək edərik. İran milləti bu zəmində Amerika muzdurluğunu qəbul edən hər kəsi öz möhkəm ayaqları altında əzəcəkdir.