Əqsa fırtınası sionist rejimin bütün Qərbi Asiya məntəqəsinin siyasət və iqtisadiyyatına hərtərəfli yiyələnmə planını sona çatdırdı və (sionist rejimin) bu planı yenidən dirçəltməsinə də ümid yoxdur.
Livanın son Fələstin və Qəzza hadisələrinə daxil olmasının dərin bir təsiri oldu və əgər belə olmasaydı, ən böyük xəsarətin Livanın özünə dəyəcəyi labüd idi.
İranın Ali Dini Lideri hacılara ünvanladığı məktubda müasir tarixdə misli görülməmiş olan Qəzza faciəsinə toxunaraq belə buyurub:
Sionist rejimindən və onun himayəçilərindən, xüsusəndə ABŞ-dan bəraət, Həcc mövsümünün və məkanının sərhədlərini aşmalı, dünyanın hər yerində müsəlmanların yaşadığı digər ölkələrə və şəhərlərə qədər davam etməli və hacıları da ötərək bütün insanlara sirayət etməlidir.
KHAMENEI.IR saytı Allah evini ziyarət edən hacılarla həmrəylik nümayiş etdirərək saytın dəyərli istifadəçilərini öz sosial şəbəkə hesablarında “Ölüm olsun İsrailə” şüarını yaymaqla bu hərətaka qoşulmağa dəvət edir.
Həzrət İbrahimin (əleyhissəlam) bizə verdiyi təlimlərə əsasən, builki Həcc düşmənlərdən bezarlıq Həccidir. (Builki Həcc) Qəzza cinayətini işə salan Qərb sivilizasiyasından doğan qaniçənlərdən bezarlıq etməkdir.
Bu gün Fələstinin dəstəyə ehtiyacı vardır. İran İslam Respublikası bu məsələdə onu-bunu gözləmir və gözləməyəcəkdir də. Lakin müsəlman millət və dövlətlərin güclü əlləri həmkarlıq edərsə, bunun təsiri daha da çox olacaqdır. Bu bir vəzifədir.
Əgər Amerikanın köməyi olmasaydı, sionist rejimin qadın, kişi və uşaqla bu cür vəhşicəsinə rəftar etməyə gücü çatardı? Bu qətldə birbaşa əli olan və bu qətlə dəstək verənə qarşı dostluq əli uzatmaq olmaz. Kim bunlara dostluq əli uzadırsa, zalımdır.
Həzrət İbrahim (əleyhissəlam) düşmənçilik etməyən kafirlərə yaxşılıq etməyin tərəfdarıdır, lakin başqa bir yerdə isə insanları qətliam edən, onları evlərindən və öz diyarlarından çıxaranlardan bezarlıq edir. Belələrinin bugünkü nümunəsi kimlərdir? Sionist, Amerika və onlara kömək edənlər.
Sionist rejimin cinayətlərinə göz yuman və onlara dostluq əli uzadan Qərbi Asiya dövlətlərinin xaqları o dövlətlərin əleyhinə qalxacaqdır. Bu gün region xalqları sionist rejimə qarışdırsa, gələcəkdə bu xalqlar öz dövlətlərinə qarşı olacaqlar.
Bəziləri elə düşünürlər ki, gedib ətraf ölkələri sionist rejimlə əlaqələri adiləşdirməyə vadar etməklə problem həll olacaqdır. Lakin səhv edirlər. Fələstin Fələstin xalqına qaytarılmayınca Qərbi Asiya problemi həll olan deyildir.
Qəzza məsələsi bu gün dünyanın birinci məsələsidir. Sionistlər və himayədarları olan Amerika və Avropa Qəzza məsələsini ictimai rəyin gündəmindən çıxarmaq üçün hər nə edirlərsə, nail ola bilmirlər. (Bunun üçün) ABŞ və Avropa universitetlərinə nəzər salın.
Fələstin aralarında müsəlman, xristian və yəhudi olmaqla Fələstin xalqının özünə aiddir. Fələstini onların özlərinə qaytarsınlar. Sionistləri ölkədən çıxarmaq və yaxud da saxlamaq qərarını onlar özləri versinlər. Bu bizim BMT-də qeyd olunan həll yolumuzdur.
Əqsa fırtınası hadisəsindən sonra Qərbi Asiya məntəqəsindəki hesablamalar dəyişdi və dəyişəcəkdir. Müqavimət düşmənləri bu dəyişikliklərlə razılaşmağa məcburdurlar və bilsinlər ki, bu məntəqədə hökmranlıq edə bilməzlər.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Qüds Günü Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərmək, onlara müsbət ruhiyyə ötürmək və sözün həqiqi mənasında bu meydanlarda olmalarına görə onların qəlbinə qüvvət vermək üçün yaxşı bir fürsətdir.
Bu gün Fələstin, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisəsinin unudulamasına imkan vermirlər. Düşmənin təcavüzü və cinayəti müqabilində dayanıblar.
Birinci məğlubiyyət bərpası mümkün olmayan 7 oktyabr hadisəsi idi. Məlumatın doğruluğuna arxalanan və uçan hər quşun nəzarəti altında olduğunu iddia edən bir rejim imkanları az olan bir müqavimət qrupu tərəfindən məğlub edildi.
Qərbin tam dəstəyi ilə həyata keçirilən Qəzza xalqının sionist rejimin cinayət və vəhşiliklərinə qarşı tarixi səbri İslama izzət bəxş edən böyük bir hadisədir.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində.
Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.
Ramazan ayının 23-cü günü Ədliyyə naziri, dövlət işçiləri, millət vəkilləri və bir qrup sabiq ictimai və mədəniyyət fəalları bu gün 03.04.2024-cü il tarixdə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ramazan ayının 23-cü günü Ədliyyə naziri, dövlət işçiləri, millət vəkilləri və bir qrup sabiq ictimai və mədəniyyət fəalları bu gün 03.04.2024-cü il tarixdə günorta saatlarından sonra İmam Xomeyni hüseyniyyəsində iştirak edərək İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Bu gün Qəzzada baş verən işlər iki tərəfdən pik həddədir. Bir tərəfdən sionistlərlə Qərb sivilizasiyasının cinayət və qaniçənliyi, o biri tərəfdən də xalqın misilsiz səbir və müqaviməti, HƏMAS-ın və Qəzzada mövcud olan Fələstin müqavimətinin döyüş gücü.
Son bir neçə ayda müqavimət öz bacarıqlarından (bəzilərini) nümayiş etdirdi və Amerikanın hesablamalarını bir-birinə vurdu. Amerika bu məntəqələrdə, yəni İraqda, Suriyada, Livanda və s. hökmranlıq etmək ardınca idi. Müqavimət göstərdi ki, belə bir şey mümkünsüzdür və Amerikalılar məntəqədən çıxmağa məcburdurlar.
Sionist rejim təkcə özünü qorumaqda böhran yaşamır, əksinə, yaranmış böhrandan çıxmaqda da böhran içərisindədir və özünü xilas edə bilmir. Sionist rejim bu gün Qəzzadan çıxsa da məğlub olub, çıxmasa da.
Əgər biz istehsalda sıçrayışın olmasını istəyiriksə, iqtisadiyyatı xalqın öhdəsinə qoymalıyıq, istehsal sahələrinə xalqın ayağını gözə çarpan dərəcədə açmalı və xalqın iştirakına maneə yaradan amilləri aradan qaldırmalıyıq. Buna görə də mən bu ilin şüarını "Xalqın iştirakı ilə istehsalatın sıçrayışı" olaraq təyin etdim. Bu ilin şüarı budur.
Sionist rejimin rəsmiləri arasında qərar qəbul etməkdə ziddiyyət, sərgərdanlıq və dərin ixtilafın olması bu rejimi bir o qədər süqut etməyə yaxınlaşdacaqdır, inşallah.
Yəməndə, İraqda, Suriya və Livanda müqavimət qüvvələri tərəfindən göstərilən hər bir fəaliyyəti Amerika öz hesablamalarında onu İrana bağlayır. Bu səhv hesablama qəti şəkildə Amerikanı diz çökdürəcəkdir. Onlar (Fələstin) xalqını tanımırlar, bu xalqın özü düşüncə və iradə əhlidir. Əlbəttə, biz müqavimət dəstələrini dəstəkləyirik.
Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad Əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti bu gün 28.03.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Fələstinin HƏMAS İslami müqavimət hərəkatının siyasi bürosunun rəisi cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti bu gün 26.03.2024-cü il tarixdə günorta saatlarından sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər