Bağışlayan və mehriban Allahın adı ilə
Qüds Günü yürüşü həmişə İran xalqının vəhdət və qüdrətinin nişanəsi olmuşdur. Bu, həm də onu göstərir ki, İran xalqı mühüm, siyasi və əsas hədəflərinə sadiq və dözümlüdür. Belə deyil ki, Fələstini dəstəklədiyini bəyan edib bir-iki ildən sonra bu məsələdən əl çəksin. Artıq qırx neçə ildir ki, İran xalqı Qüds Günündə isti və soyuq hava demədən, oruc halında, təkcə böyük şəhərlərdə deyil, kiçik şəhərlərdə və kəndlərdə də yürüşlərdə iştirak edir. Deməli, Qüds yürüşü və Qüds Günü İran xalqının iftixarlarından biridir. Mənim fikrimcə, builki yürüş daha da önəmlidir. Dünya xalqları bizim tərəfdarlarımızdır. İran xalqını tanıyanlar onun tərəfdarıdırlar. Lakin müxalif olan bəzi siyasətlər və dövlətlər İran xalqına qarşı təbliğat aparırlar. Onlar sanki ölkədə ixtilaf və zəiflik mövcuddurmuş kimi göstərməyə çalışırlar. Sizin Qüds Günü yürüşünüz bu hiylələrin və batil iddiaların hamısını alt-üst edəcək. Ümidvaram ki, inşallah, Allah sizə yardım etsin və builki Qüds Günü yürüşü son illərin ən möhtəşəm, ən izzətli və ən əzəmətli yürüşlərindən biri olsun.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.