Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində.
Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.